Bahalaşma səbəbi: Oliqarx fermerlərə 100 milyon kredit
Kənd təsərrüfatının inkişafı və məhsul bolluğu üçün fermerlərə dəstək mühüm amildir.

Ancaq hazırda bu sahədə əsas problemlərdən biri kimi fermerlərin asan kredit əldə edə bilməməsi göstərilir. Mütəxəssislər hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu vaxta qədər sahibkarlara və fermerlərə 100 milyon manata qədər kreditlər verilib ki, bu da azdır. Ölkəmizin ÜDM-də aqrar sahənun payı cəmi 7 faizdir ki, bu da 7-8 milyard dollarlıq bir dövriyyədir. Burada da AKİA tərəfindən ayrılan 100 milyon dollarlıq vəsaitin də payı olsa da, elə də böyük rol oynamır.

Bildirilir ki, bu sahəyə ayrılan kreditlərin uzun müddətliliyi təmin olunmalıdır. Hazırda AKİA-nın fermerlərə ayırdığı kreditin müddəti 60 ay təşkil edir. Bu da aqrar sahənun inkişafı üçün elə əlverişli hesab edilmir.

Bu sahədə mövcud vəziyyət bahalaşmanın əsas səbəbidirsə, kredit problemini necə həll etmək olar?

DİA.AZ-ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cümhuriyət”ə bildirdi ki, bu gün ölkədə kreditlər hamı üçün əlçatan deyil:

“Kənd təsərrüfatı təyinatlı ucuz kreditlər bütün fermerlər üçün əlçatan olmalıdır. Azərbaycan kimi ölkədə kənd təsərrüfatı təyinatı üçün verilən kreditin faiz dərəcəsi 3-4 faizdən çox olmamalıdır. AKİA tərəfindən verilən 100 milyon manat krediti araşdırsaq görərik ki, ortalama rəsmi faiz dərəcəsi 8-9 faiz təşkil edir. Üstünə də “şapka”nı gəldikdə 15 faizə gəlib çatır. Bundan başqa sənədləşmə dedikdə fermerin adına olan torpaq sahəsi kifayət etməlidir.

Yəni çox sayda sənədlər istəyirlər, bürokratiya yaradırlar. Bunların hamısı “süzgəcin” qoyulmasına, yəni hər adama kreditin verilməməsinə xidmət edir. Özünə güvənən istənilən fermer gedib öz sahəsinə uyğun olaraq gedib kredit götürməlidir. Məsələn, 1 hektarı olana bir limit, 10 hektarı olana başqa limit qoyulmalıdır. Öz fəaliyyətini qurmaq, realizasiya etmək üçün müəyyən kredit limitləri ilə hamıya kredit verilməlidir. Ancaq birinin 100 hektar torpaq sahəsi var, sənəd aparır ki, 100 hektar sahəm var. Həmin 100 hektar sahəsi olana 500-600 min manat kredit verirlər. bu da yığılıb olub 100 milyon manat.

Həmin 100 milyon manatı alanların içərisində real olaraq kənd təsərrüfatı ilə məşğul olan bəlkə 15-20 faizdir. Bu biabırçılığı aradan qaldırmaq lazımdır. Mən fermer tanıyıram ki, gedib 15-18 faizlə adi kommersiya krediti alır. Güzəştli krediti ala bilmir. Hazırda ət istehsalına töhfə verən fermer gedib 15 faizə kredit götürür. O öz biznes planını təqdim etdiyi halda gəlib onun şəraitini yoxlayıb ona 10 min güzəştli kredit versəydilər, onun gəliri indikindən 15-20 faiz olardı, təsərrüfatını genişləndirərdi. Ancaq 100 milyon krediti oliqarx fermerlər götürüblər. Sadə fermerlərin bundan xəbəri yoxdur. Sadə fermerin o kreditə əli çatmır, gedib kommersiya krediti götürür. Bu da inkişafı boğur. Kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə bu problemləri aradan qaldırmaq lazımdır”.

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
18 İyun 2025  Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir

Dünyapress TV

Xəbər lenti