"Taxıl sazişi" bitdi: Sonuncu gəmi Odessa limanını tərk etdi
"Taxıl sazişi” çərçivəsində sonuncu gəmi iyulun 16-da səhər tezdən Ukraynanın Odessa limanını tərk edib.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Rusiya iyunun 27-dən etibarən yeni gəmiləri qeydiyyata almaqdan imtina edib və taxıl müqaviləsi Moskvanın onun uzadılmasına razılıq vermədiyi halda bazar ertəsi günü başa çatır.

Türkiyə bayraqlı gəmi TQ Samsun taxıl təşəbbüsü çərçivəsində Rusiya tərəfindən qəbul edilən sonuncu gəmi olub. O, Niderlanda 15,3 min ton kolza və 23,5 min ton qarğıdalı tədarük etməlidir.

BMT rəsmisi cümə günü bildirib ki, baş katib Antonio Quterreş Rusiya prezidenti Vladimir Putindən razılaşmanın uzadılması təklifi ilə bağlı cavab gözləyir.

Şənbə günü telefon danışığı zamanı Putin Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa bildirib ki, Rusiyanın ərzaq və gübrə ixracına maneələrin aradan qaldırılması ilə bağlı öhdəliklər hələ də yerinə yetirilməyib.

Qeyd edək ki, Rusiyanın müdaxiləsi ilə əlaqədar Ukrayna dəniz limanlarının işi bağlanıb. Ukrayna və Rusiya dünyanın ən böyük taxıl ixracatçıları sırasındadır. Bir il əvvəl Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan ərzaq ixrac edən gəmilər üçün Qara dənizdə dəhliz açmağa imkan verən "taxıl sazişi” bağlanıb.

Bu il ərzində Rusiya dəfələrlə sazişdən çıxmaqla hədələyib. Moskva müqavilənin uzadılması üçün bir sıra ultimatumlar irəli sürür, o cümlədən "Rosselxozbank”ın SWIFT sisteminə qoşulması kimi şərtlər qoyur. Sonuncu dəfə müqavilənin müddəti mayın 17-də iki ay müddətinə uzadılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizinin işinin davam etdirilməsinin zəruriliyini bəyan edib. BMT də "taxıl sazişi”ni uzatmağa çalışır.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti