Qaz gəlirlərimiz neft gəlirlərimizə çatır
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2023-cü ilin ilk 5 ayı ərzində 7 milyard 220 milyon 253 min dollar dəyərində xam neft, 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edilib. 2022-ci ilin ilk 5 ayı ərzində isə 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 793 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri artıb. Diqqəti cəlb edən isə, təbii qaz ixracının dəyərinin xam neft ixracının dəyərinə yaxınlaşmasıdır.

TEREF.AZ yazır ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, dünya bazarlarında baş verən hadisələr bizə də təsir edir:

“2022-ci ilin fevral ayından Ukrayna ətrafında baş verən hadisələrlə bağlı dünyanın enerji bazarları, həmçinin qlobal enerji landşaftı yenidən quruldu. Ona görə qlobal enerji, həmçinin əmtəə bazarlarında qeyri-müəyyən vəziyyət yarandı. Əgər qlobal qaz bazarlarındakı mövcud qiymətlərə nəzər salsaq görərik ki, keçən ilin fevral ayından başlayaraq ilin sonuna kimi təbii qaz qiymətləri kifayət qədər yüksək olub. Avropada 1000 kub metr qazın orta satış qiyməti 300-330 dollar arasında olmuşdusa, ilin sonunda bu qiymət kifayət qədər artdı. Təbii qaz qiymətləri artan dinamika ilə davam etdiyinə görə bizim təbii qaz satışından gəlirlərimiz də kifayət qədər yüksəkdir”.

Z.Vəliyevin fikrincə, gələn il üçün də qaz gəlirlərimizin yüksək olacağı gözlənilir:

“Keçən illə müqayisədə təbii qaz bazarlarında sabitlik var. Həm Avropa İttifaqının, həm Amerika Birləşmiş Ştatlarının, həm də Asiya ölkələrinin yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri var. Bu ilin dördüncü rübündə qlobal qaz bazarlarında tələb təklifi üstələyəcək və bu, 3 milyon ton disbalans yaradacaq. 2024-cü ilin birinci rübündə isə 6 milyon ton disbalans yaranacaq. 2024-cü ildə də təbii qaz, həmçinin neft satışından kifayət qədər gəlir əldə edəcəyik. Bu ilin yanvar-may ayı ərzində 13,7 milyon ton neft hasil olunub. Onun 10,6 milyon tonu ixraca yönəldilib. 20 milyard kub metrdən çox qaz hasil olunub. Hasilat həcmlərinin 4,6 milyard kubmetri Avropaya, 4,3 milyard kubmetri Türkiyəyə, 1,9 milyard kubmetri Gürcüstana ixrac olunub. Bu il Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac ediləcək. İxrac coğrafiyamıza Yunanıstan, İtaliya, Bolqarıstan, Balkan ölkələri daxildir. Bütövlükdə isə, 22 milyard kubmetr ixrac həcmlərimiz olacaq. Satış həcmlərindən kifayət qədər gəlir gözlənilir. Yaxın 10 ildə dünya bazarında təbii qaz qiymətləri artan dinamika ilə davam edəcək. Təbii qazdan əldə etdiyimiz gəlirlər əvvəlki illərdə neftdən əldə etdiyimiz gəlirləri kompensasiya edəcək”.


Enerji məsələləri üzrə ekspert İlham Şaban isə düşünür ki, bu rəqəmlər reallığı əks etdirmir:

“Mühasibatlıq əməliyyatları nəticəsində qaz gəlirləri neft gəlirlərini üstələyir. Çünki, ötən il 2022-ci ilin nəticəsinə görə, Dövlət Gömrük Komitəsi qazın faktiki ixracından 3 milyard kubmetr aşağı bəyan edib. Cari ildə isə onu həcmlərin üzərinə gəlir. Ötən ilin göstəricilərinə baxdıqda da görmək olar ki, bu dördüncü rübdən başlayaraq belədir. Ondan öncə real ixrac həcmləri ilə bəyan edilmiş həcmlər arasındakı fərq çox kiçik idi. Fərqi Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Energetika Nazirliyinin aylıq hesabatlarında da görmək mümkündür. Amma yenə də qaz gəlirləri qalxacaq. Çünki neft hasilatımız azalır. Bu səbəbdən, qaz gəlirləri arta bilər”.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, bu il daha çox qaz ixrac etmişik:

“Qaz gəlirlərinin neft gəlirlərinə yaxınlaşmasının səbəbi Azərbaycanın qaz hasilatını artırmasıdır. Neft hasilatı isə yavaş-yavaş aşağı düşür. Neftin qiymətlərində də enmələr müşahidə olunur. Həmçinin qaz qiymətləri də azalıb. Eyni zamanda, Azərbaycan bu il daha çox qaz ixrac etməyə başlayıb. Yaxın 5 ildə Avropaya qaz ixracı 2 dəfəyə qədər artacaq”.

X.Kərimlinin sözlərinə görə, gələcəkdə qaz gəlirləri daha da artacaq, hətta neft gəlirlərini keçəcək:

“Ölkənin 90-92 faiz gəlirləri neft və qazdandır. Gələn gəliri əməkhaqqılara, cari xərclərə - orduya, silaha, işğaldan azad olunmuş ərazilərin bərpasına, investisiya xərclərinə istifadə edirik. Amma yaxın gələcəkdə böyük neft yataqları tapılmasa neft hasilatı tədricən azalan templə gedəcək. Çünki köhnə neft yataqları uzun illər əvvəl kəşf edilib və onlarda da hasilat getdikcə azalır. Amma qaz hasilatının yaxın 5 ildə artırılacağı gözlənilir. Bu səbəbdən qaz gəlirləri neft gəlirlərini keçə bilər. Amma burada qiymətlərin də təsiri var. Qiymətlər hazırda dünyadakı baş verən hadisələr fonunda dəyişir. Həm də alternativ enerji mənbələrinin ənənəvi enerji mənbələrini nə dərəcədə əvəzləməsi də qiymətləri formalaşdırır”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti