“Bağlanan 21 bankın sığortalanmayan əmanətlərinin cüzi hissəsi qaytarılıb”
Mayın 17-dən Azərbaycanda daha bir bank azaldı. “Günay Bank” ASC-nin lisenziyası ləğv edildi. Mərkəzi Bank (AMB) bununla bağlı İdarə Heyətinin qərarını onun məcmu kapitalının nəzərdə tutulan minimum miqdarından az olması ilə izah etdi. “Günay Bank” ASC-dən qərara, hələlik, münasibət almaq mümkün olmayıb.

Dünyada 2014-2015-ci illərdə neftin kəskin şəkildə ucuzlaşmasından bəri Azərbaycanda təqribən 20 civarında bank ləğv edilib.

AMB vurğulayıb ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6, kredit portfelində 1, sektorun öhdəliklərində isə cəmi 0.5 faiz təşkil edir: “”Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”.

Deputat Rüfət Quliyev mövzu ilə bağlı “Turan”a deyib ki, Azərbaycan bank sektorunda sağlam rəqabət var: “Burada sadəcə normal və sağlam rəqabətdir. Bizdə aktiv işləyən 25 (hazırda 24) bankdan 8-10 bank qala bilər. Amma bu, yalnız o deməkdir ki, onlar məsuliyyətlidirlər. Onlar dövlətin, ölkə maliyyə sisteminin, əmanətçilərinin qarşısında məsuliyyət daşıyır”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə düşünür ki, Azərbaycan bank sektorunda inhisarçılıq var. Onun vurğulamasına görə, inhisarçı banklar faktiki olaraq bir əldən idarə olunurlar və bir-biri ilə bağlıdırlar: “Düzdür, sahiblər formal olaraq müxtəlif ola bilər, amma faktiki olaraq bir əldən idarə olunur”.

Hüquqşünasın fikrincə, əvvəl balaca bankları bazardan çıxarmağa başlayıblar, amma get-gedə orta banklara da növbə çatacaq. “Mərkəzi Bankın adətən banklara iradı odur ki, kapitalları azdır. İndi məlum olur ki, “Günay Bank” ötən həftə elan verib ki, iyulun 5-də səhmdarların ümumi yığıncağı çağırılır və gündəlikdə yalnız bir məsələ olub – kapitalın artırılması. İndi sual olunur – əgər səni, doğrudan da, kapital narahat edirsə, bir ay yarım gözləyə bilməzdin? Buradan bir nəticə çıxır: kapitalı artıracaqlarını görüblər və imkan verməyiblər”, -Ə.Həsənov AzadlıqRadiosuna bildirib.

O deyir ki, Azərbaycanda bağlanan 21 bank var və yalnız bəzilərinin sığortalanmayan əmanətlərinin cüzi hissəsi vətəndaşlara qaytarılıb: “Qalanlara isə formal olaraq deyir ki, pul yoxdur. Avropada və ABŞ-da isə kreditorlar komitəsi var və onun ləğvetmə prosesinə geniş nəzarət səlahiyyətləri var. Bizdə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank nəzarət edir. Yəni, bizdə sistem qanunvericilik səviyyəsində elə qurulub ki, Mərkəzi Bank ləğv edir, ötürür Fonda və kreditorları yaxın buraxmırlar”.

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti