Bahalaşma elə GÖMRÜKDƏN BAŞLAYIR...
Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu il dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Dəyişikliyə qədər idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15, 67 mal üzrə isə 5 faiz təşkil edirdi. Bu siyahıya balıq unu, şəkər əlavələri, siroplar, bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
TEREF.AZ “Turan”a istinadla xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının 2021-ci il hesabatına görə, Azərbaycana idxal edilən aqrar məhsullarının 30, qeyri-aqrar məhsullarının isə 26.2 faizindən gömrük rüsumu tutulmur. Həmin ildə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilmişdi ki, idxalın dəyərinin 59 faizi gömrük rüsumundan azaddır. Lakin buna baxmayaraq, qiymətlərdə nəinki azalma, hətta artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin analoji dövrünə nisbətən 13.8 faiz təşkil edib. Ərzaq məhsullarında bu rəqəm 17.1 faiz göstərilir. Müstəqil iqtisadçılar isə bu rəqəmlərin daha yüksək olduğunu düşünürlər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Turan"a bildirib ki, sonuncu qərar bilavasitə ölkəyə idxal olunmuş həmin malların qiymətinə öz təsirini göstərəcək: "Çünki sahibkar öz gətirdiyi malların qiymətinə də əlavə qiymət qoyur və bir sıra hallarda bu qiymətlər çox ədalətsiz müəyyən olunur. Bu da nəticədə qiymətlərə təsir göstərir və biz ölkədə qiymətlərin süni şişirdilməsinin şahidi oluruq. İstənilən halda Nazirlər Kabinetinin malların idxal rüsumundan azad edilməsi qərarı özünü qiymətlərdə büruzə verəcək".
Deputat gələcəkdə də malların gömrük rüsumundan azad olunması prosesinin davam edəcəyinə ümid bəslədiyini vurğulayıb.
İqtisadçı, işadamı Nazim Bəydəmirli xatırladır ki, koronavirus pandemiyası vaxtı sərhədlərin bağlı olmasını nəzərə alaraq hökumətə gömrük rüsumlarını sıfırlamaq təklif edilmişdi: "Amma hökumət buna getmədi, baxmayaraq ki, bir çox ölkələrdə həmin rüsumlar ləğv olundu. Hətta geridə qalmış Rusiyanın Gömrük Komitəsi idxal zamanı malların minimal qiyməti ilə rəsmiləşdiriləcəyini əvvəlcədən bəyan edib. Sahibkar da hesablayır, onun gətirəcəyi malları gətirməyə dəyər, ya da ki, dəyməz".
O vurğulayıb ki, bütün bu qərarlar iqtisadi analizdən sonra verilir: "Azərbaycanda isə qiymətləri artıran gömrükdür. Bu qiymət artımı sahibkarların gətirdiyi mallara statistik dəyər adı ilə bəyannamə qiymətlərinin tətbiqinə görədir".
Bəydəmirli hesab edir ki, daxili bazarlarda qiymət artımına təsir edən əsas faktorlardan biri hökumətin tarif siyasətidir: "Hansı ki əhalinin həyatına mənfi təsir edir. Hökumət bazar iqtisadiyyatı adını qoyaraq sovet sistemində planlı iqtisadiyyatda olduğundan daha betər idarəçilik edir. Burada feodal üsullardır - qapını kəsərək sahibkarı artıq vəsait ödəməyə məcbur edirlər. Yəni, ölkədə bahalaşmanın əsas səbəbi hökumətin fəaliyyətidir".
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan əvvəllər bildiriblər ki, sahibkarların şikayətlərini araşdırmağa hazırdırlar.

Bölmənin digər xəbərləri

01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı

Dünyapress TV

Xəbər lenti