Ardını oxu...
Son günlər dünyada kakao paxlasının qiyməti kəskin artıb. ICE Futures birjasının məlumatına əsasən, bu məhsulun qiyməti yeni rekorda imza ataraq bir ton üçün 8900 dolları ötüb. Kakao böhranı səbəbindən şokoladın qiymətlərinin də artacağı istisna edilmir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünya bazarında kakaonun qiymətinin qalxması Azərbaycanda istehsal olunan və ölkəyə gətirilən məhsullarda adekvat olaraq öz əksini tapacaq. Onun sözlərinə görə, dünya bazarında qalxan qiymətə Azərbaycan bazarı çox tezliklə reaksiya verir.

Sədr söyləyib ki, dünya maliyyə böhranında bütün malların, xidmətlərin qiymətinin aşağı düşdüyü zaman Azərbaycanda qiymətlər enməyib: “Biz ümumdünya maliyyə böhranında da gördük ki, dünya bazarında malın qiyməti qalxanda Azərbaycan bazarı ona bir gün öncə reaksiya verir. Lakin dünya böhranı zamanı bütün malların, xidmətlərin qiyməti aşağı düşdü, Azərbaycanda isə bu baş vermədi. Bu o deməkdir ki, əslində Azərbaycan bazarı müəyyən inhisarçıların, kartel sözləşmələrinin əsiridir”.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünyada kakaonun qiymətinin artımı karamel və şokolad, eləcə də digər şirniyyat məhsullarının qiymətinin artımına təsir göstərəcək.

Onun sözlərinə görə, həmçinin kakaodan istifadə olunan tortlar, pirojnaların da qiymətlərində mümkün artım qaçılmaz olacaq: “Bu bahalaşma həm yerli istehsal olunan qənnadı məhsullarında, həm də ölkəmizə idxal edilən şirniyyatlarda özünü göstərə bilər. Bizim bu məhsulla bağlı daxili istehsalımız olmasına baxmayaraq, xarici ölkələrdən də idxal edirik. Nəticədə bu, ölkəmizdə satılan şokoladların qiymətində müəyyən artıma səbəb olacaq”.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycana kakao idxalı 13,8 milyon dollar dəyərində olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkənin kakao idxalına çəkdiyi xərc ötən ilin yanvar ayı ilə müqayisədə 5,2 milyon dollar çoxdur. Hesabat dövründə Azərbaycandan 465,2 min dollarlıq kakao ixrac edilib.
 
Ardını oxu...
Paytaxtdakı Bakı Dəmiryol Vağzalının qarşısında, eləcə də “Qış parkı”nın altında yerləşən avtodayanacaqlarda fərdi avtomobillər üçün yeni parkinq tarifləri müəyyənləşib.

Dəmiryol Vağzalının qarşısında qiymətlər parklanma müddətinə əsasən müəyyən edilib.
Ardını oxu...
Ərazidə quraşdırılan məlumat lövhəsində qeyd olunub ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuz olsa da, əlavə parkinq xidməti üçün ödəniş tələb olunacaq. Sürücülər parklanma müddəti 15-30 dəqiqə olduqda bir manat, 30-60 dəqiqə olduqda iki manat, 1-2 saat olduqda dörd manat, 2-3 saat olduqda altı manat, 3-5 saat olduqda 10 manat, 5-7 saat olduqda 14 manat, 7-10 saat olduqda 18 manat, 10-15 saat olduqda 22 manat, 15-20 saat olduqda 26 manat, 20-24 saat olduqda isə 30 manat ödəniş etməli olacaqlar.

“Qış parkı”-nın altında yerləşən avtodayanacaqda isə aylıq paketin qiyməti 2 dəfədən çox bahalaşıb. Əvvəl 12 saat üçün 30 manat ödəyən sürücülər aprelin 1-dən qüvvəyə minəcək dəyişiklikdən sonra 80 manat ödəməli olacaqlar. 24 saatlıq aylıq paketin qiyməti də iki dəfə bahalaşıb. Yeni tarifə əsasən, parkinq haqqı 60 manatdan 120 manata qədər artırılıb. Qonşular üçün isə aylıq tarif 50 manat müəyyən edilib.
Ardını oxu...
Saatlıq tariflərə gəlincə, sürücülər parklanma müddətinə uyğun olaraq 1-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat,4-6 saat üçün 3 manat, 6-10 saat üçün 4 manat, 10-12 saat üçün 5 manat, 12-24 saat üçün isə 8 manat vəsait ödəyəcəklər.
 
Ardını oxu...
Son günlər bölgələrdə yağışlı və qarlı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün də Azərbaycanın rayonlarında gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq.

Maraqlıdır, qeyri-sabit hava məhsuldarlığa necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, bunların hamısının məhsuldarlığa müsbət təsiri var:

"Əslində hava o qədərdə soyuq deyil. Düşünürəm ki, hazırda hava ilə bağlı baş verənlər - soyuq, şaxta, qar bunların hamısının məhsuldarlığa müsbət təsiri var. Bizim hazırda ən çox torpaqda olan bir illik bitkilərimiz taxıl və soğandır. Payız əkilən soğan və payız səpilən buğda, taxıl üçün qar da, yağış da, soyuq da müsbət təsir göstərir.

Amma ümumilikdə götürəndə havalar soyuq və qarlı keçəndə yerin üst qatında olan o zərərvericilər, həşəratların bir hissəsi qırılır. Bir hissəsi isə yerin daha çox dərinliklərinə hərəkət edir və nəticədə yazda havalar isinəndə onlar yenidən yerin üzünə qalxana qədər əkilən bitkilər inkişaf edir və güclənir, onlara müqavimət göstərə bilir. Ona görə də havaların indi soyuq keçməsinin elə ciddi problemi yoxdur".

Onun sözlərinə görə, bu hava şəraiti çiçəkləyən ağaclar üçün mənfi amildir:

"Bəzi ərazilərdə, əsasən aran rayonlarında bəzi ağaclar çiçəkləyib. Məsələn, alça ağacı artıq çiçəkləyib. Bu hava indi çiçəkəyən alça ağacının məhsuldarlığına mənfi təsir göstərə bilər. Hansı ağac çiçəkləyib, yağış onun məhsuldarlığına mənfi təsir göstərə bilər. Çünki çiçəyin tozlanan hissəsi islanır, islananda artıq o mayalanıb meyvə gətirə bilmir, məhsuldarlıq aşağı düşür.

Hazırda isə çiçəkləyən ağaclardan yalnız alçadır və bəzi gilas növləri erkən çiçəkləyir. Digər ağaclar hələlik çiçəkləməyib. Nə qədər ki ağaclar çiçəkləməyib, havanın soyuq keçməsi, yağışlı keçməsi ağacların da meyvələrin də məhsuldarlığına müsbət təsir göstərir.

Çiçəkləyəndən sonra yağan yağış, düşən şaxta meyvənin məhsuldarlığına mənfi təsir göstərə bilər. Amma faktiki hazırda o baş vermir. Hazırda baş verənlər ümumilikdə kənd təsərrüfatının xeyrinədir".
 
Ardını oxu...
“Rusiyanın ən azı yeddi neft emalı zavodu 2024-cü ilin birinci rübündə Ukrayna pilotsuz uçan aparatlarının hücumlarına görə neft emalı gücünü azaltdı”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” öz hesablamalarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 7 neft emalı zavodu pilotsuz təyyarələrin hücumları səbəbindən 4,6 milyon ton və ya ümumi neftin 7%-ni emalını dayandırıb:
“Gücü azaldan sonunculardan biri Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən Kuybışev neft emalı zavodu olub. Martın 23-nə keçən gecə pilotsuz təyyarələr bu zavoda hücum edib. Hücumdan sonra zavod CDU-5 neft emalı qurğusunun fəaliyyətini dayandırıb, buna görə zavodun gücü iki dəfə azalıb. Ukrayna son aylarda Rusiyada və işğal olunmuş ərazilərdə yerləşən bir neçə neft emalı zavodu, terminal və anbar obyektlərinə hücum edib”
Britaniya kəşfiyyatından olan mənbə bildirib ki, hücumlar fonunda Rusiya hökuməti artan tələbat fonunda daxili bazarda qiymətləri sabitləşdirmək üçün mart ayından altı ay müddətinə benzin ixracına qadağa qoyub:
“Rusiyanın neft emalı gücü, çox güman ki, Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisindəki neft emalı zavodlarına çoxsaylı zərbələri nəticəsində müvəqqəti olaraq azaldılacaq”.
 
Ardını oxu...
Baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı milyoner və milyarderlərlə bağlı yeni hesabat yayıb.

Siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.

Sənədə görə ABŞ-da son 5 ildə milyonerlərin sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonerlərin təxminən üçdə biri ABŞ-da yaşayır.

Siyahıda ikinci yerdə gələn Çindəki milyonerlərin sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.

Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyoner və milyarderlərin sayının artmasına mane olub.
Azərtac
 
 
 
Ardını oxu...
Bu ilin ilk aylarında Azərbaycanda yumurta istehsalı artıb, ət istehsalı isə azalıb.
2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2024-cü ilin ilk aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib.
 
Ardını oxu...
Azərbaycanda torpaq bazarında canlanma gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, mövsümlə əlaqədar ölkədə torpaq sahələrinə tələbat yenidən artacaq.

Onun sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisinə əsasən yaz və yay aylarında üstünlük verildiyi üçün torpaq alqı-satqısında aktivlik müşahidə edilir.

Ekspert bildirib ki, tələbatın artması torpaq bazarında qiymətlərə də təsir edəcək. O qeyd edib ki, son vaxtlar bölgələrdə də torpaq sahələrinə maraq artıb.

Ekspert onu da əlavə edib ki, qarşıdakı aylarda tikinti materiallarının qiymətində də artım gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqları tapmaq müşkülə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, çeşid çox olsa da, müştərilərə ya xaricdən gətirilmiş, ya da süni göllərdə yetişdirilmiş balıqlar təklif olunur.

Satıcılar deyirlər ki, hər il bu vaxtlarda bazarlarda Xəzər fareli və kefalı, növbəti aydan isə kütüm olardı. Bu il isə vəziyyət tam fərqlidir.

Yerli dəniz məhsullarına alternativ olaraq təklif edilən balıqlar isə Rusiya və İrandan gətirilir. Satışda olan yetişdirilmə balıqların isə qiymətində artım yoxdur.

Satıcılar deyirlər ki, Xəzərin İran və Rusiya hövzəsindən tutulan balıqlarla yanaşı, Türkiyədən və şimal ölkələrindən gətirilən dondurulmuş balıqlara da tələbat var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Azərbaycanda 10 yeni sututar tikiləcək. Bununla da sakinlərin suvarma problemi həll olunacaq.

Onlardan üçü şimal bölgəsinin payına düşür.

Belə ki, su ehtiyatları ilə bağlı artan narahatlıq fonunda təbii su mənbələrindən istifadə alternativ çıxış yollarından biridir.

Ətraflı “AzTV Xəbər”in süjetində:

 
 
 
Ardını oxu...
Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumət nazirləri maaş və müavinətlərindən könüllü olaraq imtina ediblər.

Buna səbəb Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönəlmiş kəskin qənaət tədbirləri olub.

Eyni zamanda, daha əvvəl Pakistan Prezidenti Asif Ali Zardari də maaşını və müavinətlərini almaqdan imtina edib. “Vəzifəyə görə hökumətdən aldığım rəsmi ödənişlərlə milli xəzinəni çox yükləməmək qərarına gəldim”, – deyə o bildirib.

Qeyd edək ki, hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanın fevral ayında keçirilən parlament seçkisindən sonra formalaşan və Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.
 

Dünyapress TV

Xəbər lenti