Belçikalı futbolçunun “Qəbələ”yə transferi dəqiqləşib
Mərakeş əsilli belçikalı futbolçu Ayyub Allaşın karyerasını “Qəbələ”də davam etdirəcəyi dəqiqləşib.

Bunu “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın XXI turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra 25 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını söyləyib. O, hazırda Qəbələdə olan pleymeykerə böyük ümidlər bəsləyir:

“Allaş ötən ilin yayından bəyəndiyim futbolçudur. İnanıram ki, çıxışı ilə komandamıza əlavə rəng qatacaq”.

Qeyd edək ki, Ayyub Allaşın son klubu Belçika təmsilçisi “Virton” olub.
 

Dünyapress TV

Xəbər lenti