"Tottenhem"in sabiq futbolçusu faciəvi hadisə nəticəsində ölüb
İngiltərənin "Tottenhem" komandasının sabiq futbolçusu Anton Uolks faciəvi hadisə nəticəsində ölüb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi qayıq qəzasında dünyasını dəyişib.

Son olaraq ABŞ-da "Şarlott" komandasının formasını geyinən ingiltərəli oyunçu Mayami yaxınlığında qəzaya uğrayıb.

Qeyd edək ki, Anton Uolks 2016 - 2018-ci illərdə "Tottenhem"in şərəfini qoruyub.
 

Dünyapress TV

Xəbər lenti