Türkiyə millisi FİFA reytinqində irəliləyib
Futbol üzrə Türkiyə millisi FİFA reytinqində 1 pillə irəliləyib.

Türkiyə yığması 1465,38 xalla 44-cüdür. “Ay-ulduzlular” bir pillə irəliləyib.

Reytinq sıralamasında Braziliya 1-ci sıradakı yerini qoruyub – 1840,77. Son dünya çempionu Argentina (1838,38) və vitse-çempion Fransa (1823,39) hərəyə bir pillə irəliləyərək, Belçikanı ilk üçlükdən sıxışdırıb.
 

Dünyapress TV

Xəbər lenti