Ronaldo bunu etsə, yeni rekord qıra bilər
Dünya futbolunun ən önəmli adlarından biri olan 39 yaşlı Kristiano Ronaldo 2023-cü ilin əvvəlində “Əl-Nəsr”lə müqavilə imzalayıb.

İndex.az xəbər verir ki, Səudiyyə Ərəbistanı yığması ilə 2,5 illik müqavilə imzalayan portuqaliyalı ulduz müqaviləsinin son ilinə qədəm qoyub.

“Ntvspor”un İtaliya mətbuatından aldığı məlumata görə, “Əl-Nəsr” Kristiano Ronaldo ilə yeni müqavilə danışıqlarına başlayıb.

Xəbərdə Ronaldonun futbolu davam etdirmək və 2026-cı il dünya çempionatında oynamaq istədiyi vurğulanıb.

Kristiano Ronaldo 2026-cı il dünya çempionatında iştirak etsə, 6 müxtəlif dünya çempionatında oynayan ilk futbolçu kimi tarixə düşəcək.

Ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 31 matçda 35 qol vuraraq bombardir olan Kristiano Ronaldo bu mövsüm liqada 5 matça çıxıb və 4 qola imza atıb.
 

Dünyapress TV

Xəbər lenti