Messi “Real”da oynaya bilərmiş
Argentina millisinin üzvü Lionel Messi Madrid “Real”ında da çıxış edə bilərmiş.

Bunu ulduz futbolçunun ilk agenti Horasio Qaqqoli açıqlayıb.

Onun sözlərinə görə, Messi 16-17 yaşlarında “kral klubu”ndan təklif alıb:

“Real” gənc yaşlarında onunla maraqlanırdı. Lakin Leo heç vaxt “Barselona”dan ayrılmaq istəmirdi. “Arsenal”dan da təklif gəlmişdi. Sadəcə, futbolçunun qalmaq qərarı qəti idi”.

Qeyd edək ki, Lionel Messi 2000-ci ildə - 13 yaşında “Barselona” akademiyasına cəlb olunub. 36 yaşlı futbolçu hazırda “İnter Mayami”nin formasını geyinir.
 

Dünyapress TV

Xəbər lenti