Premyer Liqa:  "Qarabağ" "Turan Tovuz"-a məğlub oldu
Dünən Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb.

"Azersun Arena"da keçirilən matçda qonaqlar qələbə qazanıb - 0:1.

Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.

Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
 

Dünyapress TV

Xəbər lenti