Azərbaycan millisi dünya reytinqində ikinci pilləyə yüksəldi (FOTO)
Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci yerə yüksəlib.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda üç pillə irəliləyərək buna nail olub.

Yığmamızın hesabında 3 000 xal var. Dünya Minifutbol Federasiyasının (WMF) açıqladığı yeni reytinq cədvəlinə 4 125 xalla Rumıniya başçılıq edir. İlk üçlüyü Macarıstan (2 600 xal) qapayır.

Qeyd edək ki, Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.
 

Dünyapress TV

Xəbər lenti