Azərbaycan çempionatında futbolçular bir-birini yumruqladılar
Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.

Bu, AFFA Region Liqası matçına təsadüf edib.

Belə ki, "Balakən” - "Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən dördoyunluq diskvalifikasiyaya məruz qalıblar.

Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən "Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli üçoyunluq cəza ilə üzləşib.\\Report
 

Dünyapress TV

Xəbər lenti