"Yuventus" "Real"la "Barselona"nı yarıyolda qoydu
"Yuventus" Super Liqa layihəsindən ayrılıb.

Publika.az xəbər verir ki, Turin təmsilçisi saytı vasitəsiylə müvafiq prosedura başladığını açıqlayıb.

"Yuventus" 2021-ci ilin aprelində Super Liqanın yaradılmasını elan edən 12 klub arasında idi. Turnirin təsisçilərinin çoxu həmin ay layihədən çıxıb.

Beləliklə, layihədə təkcə İspaniyanın "Real" və "Barselona" klubları qalıb.
 

Dünyapress TV

Xəbər lenti