“Qızıl top”un veriləcəyi tarix açıqlandı
2023-cü il üçün “Qızıl top” mükafatının təqdim ediləcəyi tarix müəyyənləşib.
Bakupost.az xəbər verir ki, ilin ən yaxşı futbolçusuna veriləcək mükafat oktyabrın 30-da sahibini tapacaq. Mərasim Fransanın paytaxtı Parisdə təşkil olunacaq.
Kişilər arasında 30, qadınlar arasında isə 20 nəfərlik namnizəd siyahısı sentyabrın 20-də açıqlanacaq.
“Qızıl top”un son sahibi bir neçə gün öncə “Real Madrid”dən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçən Kərim Benzemadır.

Dünyapress TV

Xəbər lenti