Güləşçimiz Avropa çempionu oldu
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan güləşçisi qızıl medal qazanıb.
57 kiloqram çəki dərəcəsində Əliabbas Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təmsilçimiz həlledici görüşdə türk Süleyman Atlıyla üz-üzə gəlib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə Avropa çempionu olub.

Dünyapress TV

Xəbər lenti