Rəsmi Bakıdan Azərbaycan bayrağının İrəvanda yandırılmasına REAKSİYA - FOTO/VİDEO
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Twitter”də yazıb.

O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:
“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”

Dünyapress TV

Xəbər lenti