Ardını oxu...
Səudiyyə Ərəbistanı çempionatında çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Kazemiro və Naço Fernandesin “Əl-Nəsr”ə keçməsini istəyir.

Fanat.az xəbər verir ki, informasiyanı “Marca” yayıb.

Xəbərə görə, Ronaldu artıq hər iki futbolçu ilə danışıb. O, Səudiyyə Ərəbistanı Liqasında çempion olmaq üçün özünü yüksək keyfiyyətli oyunçularla əhatə etmək istəyir.

Xatırladaq ki, Naço bu mövsüm İspaniya çempionatında 29 oyunda iştirak edib, 1 məhsuldar ötürmə edib. Kazemiro isə Premyer Liqada 25 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
 
Ardını oxu...
Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-də 18-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda evdə “Sent Luis Siti”ni qəbul edib. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

Matçda “İnter Mayami”nin ulduzları Lionel Messi, Luis Suares və Jordi Alba fərqləniblər.

Hazırda “İnter Mayami” Şərq Konfransında 35 xala liderdir. “Sent Luis Siti” isə Qərb Konfransında 17 xalla 11-cidir.

“İnter Mayami” – “Sent Luis Siti” – 3:3

Qollar: Lionel Messi, 25, Luis Saures, 45+2 Jordi Alba, 85 – Kris Darkin, 15, İndiana Vasilev, Luis Suares-avtoqol, 68
 
Ardını oxu...
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutan matçda Estoniya ilə qarşılaşan yığmamız 3:0 (25:21, 25:12, 25:20) hesablı qələbə qazanıb.

Qeyd edək ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.
 
Ardını oxu...
“Fənərbaxça” baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.

Bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Superliqasında 2023/24 mövsümünü 99 xalla 2-ci pillədə başa vurub.

Xatırladaq ki, yeni baş məşqçi vəzifəsinə Joze Mourinyonun gətiriləcəyi iddia olunur. \\Savaş.org
 
 
 

 

 

Ardını oxu...

 

UEFA Konfrans Liqasında kubok sahibinin adına aydınlıq gəlib.

Final görüşündə "Olimpiakos"la (Yunanıstan) "Fiorentina" (İtaliya) klubları qarşılaşıblar.

Afinada baş tutan matçı portuqaliyalı hakimlər briqadası idarə edib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac yaranıb.
Artırılmış 30 dəqiqənin 26-ci dəqiqəsində "Olimpiakos"un mərakeşli futbolçusu Əyyub əl-Kaabinin dəqiq zərbəsi yunan klubuna mükafatı qazandırıb.

 

Gundemxeber.az

Ardını oxu...
UEFA Konfrans Liqasının qalibi bəlli olub.

Finalda Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Fiorentina" klubları üz-üzə gəlib.

Afinadakı "AEK Arena"da baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

UEFA Konfrans Liqası

Final

23:00. "Olimpiakos" - "Fiorentina" 0:0 (Birinci hissə)

Qol: Eyyub El Kaabi 116

Baş hakim: Artur Diaş

"AEK Arena"

Qeyd edək ki, bu, yunan klubunun avrokuboklar tarixində ilk qələbəsidir.

 
 
 
Ardını oxu...
Sloveniyanın Koper şəhərində keçiriləcək idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastı bəlli olub.

Gununsesi.info xəbər verir ki, məşqçi Olqa Barkalavanın rəhbəliyi altında Nazənin Teymurova qalib adı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış mayın 30-dan iyunun 2-dək keçiriləcək.
 
Ardını oxu...
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın beşinci gününün axşam sessiyasında Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.

Şamil Əsgərov (57 kq) 1/16 final çərçivəsində Rujakran Jantronqla (Tailand) üz-üzə gəlib. Görüş boksçumuzun 3:0 (30:26, 28:28, 30:26, 29:27, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, üçüncü döyüşündə Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkəcək. Görüş mayın 30-da olacaq.

Zeynəb Rəhimova da adını 1/8 finala yazdırıb. 54 kq-da çıxış edən boksçumuz ilk döyüşündə İtati Zuletanı (Boliviya) mübarizədən kənarlaşdırıb. O, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. Rəhimova növbəti görüşünü iyunun 1-də Ornella Havyarimanaya (Burundi) qarşı keçirəcək.

Qeyd edək ki, lisenziya turniri iyunun 3-də yekunlaşacaq.
 

Dünyapress TV

Xəbər lenti