"Futbolçuları və azarkeşləri təbrik edirəm. Bu gün gərgin oyun alınsa da, nəticə bizi qane etdi".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis oyunçuların çox əziyyət çəkdiyini bildirib: "Qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, amma orada qalmaq çətindir. Ən azından ilin sonunadək avrokuboklarda davam edəcəyik".
Ruslan Tağıyev Özbəkistanın məşhur idmançısını məğlub edərək çempion oldu - FOTOLAR Budo döyüş növləri üzrə dünya və Asiya çempionu Ruslan Tağıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən EFC 35 -də rəqibi üzərində parlaq qələbə qazanıb.
Hurriyyet.az xatırladır ki, bu, Ruslan Tağıyevin peşəkar döyüşdə 5-ci qələbəsidir. Ruslan Tağıyevin rəqibi Özbəkistan Respublikasının tanınmış, məğlubedilməz idmançısı titulunu qazanan Baktierjon Kosimkhodjaevdir. O, 4 peşəkar döyüşdə məğlub olmayan idmançıdır. Ruslan Tağiyev həmçinin budodan Azərbaycan çempionudur. Hal-hazırda SOCAR “Azəriqaz” İstehsalat Birliyində mühəndiz vəzifəsində çalışır.
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə növbəti qollarını vurub. Oxu.Az xəbər verir ki, “Yurqorden”in hücumçusu ölkə çempionatının 21-ci turunda “Degefors”la matçda dubl edib.
Gənc forvard 23 və 34-cü dəqiqələrdə fərqlənib. O, iki ikinci dəqiqədə komandasının ilk qolunda da assistlə yadda qalıb.
Xatırladaq ki, M.Qurbanlı daha əvvəl “Yurqorden”in ölkə kubokunda “Sandviken”lə matçında fərqlənmişdi.
Qeyd edək ki, “Degefors”la matçın ilk hissəsini "Yurqorden" 3:1 öndə başa vurub.
ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edib.
Publika.az xəbər verir ki, futbolçu oyunun 60-cı dəqiqəsində meydana çıxıb.
"İnter Mayami"də səkkiz oyunda Messi on qol vurub və üç məhsuldar ötürmə edib. Avqustun 20-də argentinalı ilk Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.
“İnter Mayami” ABŞ Açıq Kubokunun finalında “Hyuston”la da oynayacaq.
Messi 7 qat "Qızıl top"un qalibi, Argentina millisinin heyətində dünya çempionu, 10 qat İspaniya çempionu, 2 qat Fransa çempionu, 4 dəfə Çempionlar Liqasının qalibidir.
Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu gün Ağdamın “Qarabağ” futbol komandası UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub. “Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər. Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq (Report). Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.