Axtarışda olan İbrahim Cəfərovu Naxçıvanda gizlədiblər - İDDİA
Teref.az yazır ki, Azinform.az saytının baş redaktoru sosial şəbəkədə maraqlı bir məqalə ilə çıxış edib. Məqaləni oxuculkara təqdim edirik:
Naxçıvanda gizlənən İbrahim Cəfərov Arayik Arutunyanandır ki…
Azərbaycan siyasi rəhbərliyinin, hüquq - mühafizə orqanlarının, mediasının və ictimaiyyətinin diqqətinə ciddi bir faktı çatdırıram. Məlumatın doğruluğuna adım kimi əminəm və buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm.
Azərbaycan Cinayət Məcəlləsinin 13 ağır maddəsi ilə ittiham edilən və barəsində rəsmi axtarış elan olunan, Naxçıvan Tütün Fermentasiya Zavodunun sabiq rəhbəri, 2000-2005-ci illər Naxçıvan Ali Məclisinin deputatı olmuş - Cəfərov İbrahim Mustafa oğlu məhz Naxçıvanın indiki rəhbərliyinin dəstəyi ilə məsuliyyətdən yayındırılaraq, orada gizlədilir.
İbrahim Cəfərov hazırda Kəngərli rayonunun Xok kəndində yaşayır. Özünün Bakıdakı və Naxçıvankakı geniş biznes şəbəkəsini oradan idarə edir. İbrahim Cəfərovla bağlı cinayət işini Bakı Şəhər Prokurorluğu aparıb, ona yaxın olan adamlar həbs edilib, əslində girov götürülüb ki, İbrahimdən lazım olan pulu alsınlar. Bu adam həmin vaxt deputat toxunulmazlığından istifadə edərək , Naxçıvana qaçıb. Barəsində qaldırılan cinayət işi ayrı icraata verilib.
Həmin vaxt sabiq Baş Prokuror Zakir Qaralovun təqdimatı əsasında Naxçıvan Ali Məclisi onun deputat toxunulmazlığını götürüb. Məntiqlə, sonrakı addımda bu adam həbs edilməliydi. İbrahim Cəfərov isə o vaxt deyirdi: “Vasif Talıbovun qorxusundan heç kim gəlib burada məni həbs edə bilməz”. Doğrudan da belə oldu. Həmin vaxtdan indiyə kimi, həbsdən yayınmaq üçün İbrahim Cəfərov bir addım da olsun Naxçıvandan kənara çıxmayıb.
Hətta deyilənə görə 2000-ci illərin ortalarında onu həbs etmək üçün arxasınca Naxçıvana gedən hüquq - mühafizə işçilərinə ciddi basqı olub. Onları təhqir edilmiş halda təyyarəyə mindirib geri qaytarıblar. İbrahim Cəfərov deyir ki, azadlıqda qalmaq üçün var-dövlətinin əhəmiyyətli hissəsindən Naxçıvan rəhbərliyinin xeyrinə imtina edib.
Şəxsən mən bununla bağlı Naxçıvanın iki sabiq daxili işlər naziri: Əhməd Əhmədov və Fazil Ələkbərovla söhbət etmişəm. Onlar mənə deyiblər ki, İbrahimi həbs etmək şəlahiyyətində deyillər. Bu barədə rəsmi müraciətlərim də olub.
Sual oluna bilər: bəs Naxçıvanın indiki daxili işlər naziri Rəşad İsmayılov niyə İbrahim Cəfərovu həbs etmir?
Çünki Rəşad müəllim İbrahim Cəfərovla yaxın qohumdur. Hər ikisi Xok kəndindəndir. Qohumluq əlaqələri isə belədir: nazir İbrahim Cəfərovun bacısı qızı ilə evlidir.
Bir jurnalist kimi mənə məlumdur ki, bizim hüquq-mühafizə orqanları Qarabağda gizlənən Arayik Arutunyan və digər separatçılar barədə cinayət işi açaraq, onları beynəlxalq axtarışa verib. Onların yaşadığı ərazidə bizim yurizdiksiyamız hələ ki tam təmin edilmədiyi üçün , həmin adamları ədalət mühakiməsinı təqdim edə bilmirik.
Naxçıvan bizim yurizdiksiyamızdadırsa, onda niyə ağır maddələrlə axtarışda olan bir şəxs əlini-qolunu salayaraq orada gəzib, 20 ildir ölkənin hüquq sisteminə meydan oxuya bilir?
Mövzu barədə daha ətraflı yazacam!
Məhəmmədəli Qəribli
Teref.az
 

Bölmənin digər xəbərləri

03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti