"Bu, çox vacib sənəddir"
Uzun illərdir Azərbaycanda “Rəqabət Məcəlləsi”nin qəbulu istiqamətində müzakirələr gedir. Sözügedən Məcəllənin qəbulunun ölkə iqtisadiyyatının inkişafı üçün vacib amil olduğu dəfələrlə önə sürülməsinə baxmayaraq, indiyədək bu istiqamətdə konkret olaraq hansısa addımlar atılmayıb. Lakin “Rəqabət Məcəlləsi”nin qəbulu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

DİA.AZ xatırladır ki, bu layihə bir neçə dəfə Milli Məclisdə müzakirəyə çıxarılsa da, qəbul olunmayıb. 2023-cü ildə məcəllənin qəbul olunması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən ““2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb. 2006-cı ildən təqdim edilən ləyahinənin hələ də qəbul olunmamasının səbəbləri nələrdir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında deyib ki, bu istiqamətdə hökumət üzvləri ilə danışıqlar aparılır:

“Hökumət üzvləri, struktur rəhbərləri bu məsələnin üzərində işləyirlər. Bu, çox vacib sənəddir. Azərbaycanda rəqabət mühitini daha da münbitləşdirmək üçün biz bu sənədin qəbulunda maraqlıyıq. Ümidvaram ki, bu ilin sonuna olmasa da, gələn ilin əvvəlinə biz bu məsələ ilə məşğul olacağıq. Bundan başqa, bu Azərbaycanın bütün sahibkarlıq mühitinə, daxili bazarına təsir edən qanun olacaq. Bizim əsas fikrimiz ondan ibarətdir ki, monopoliya, oliqopoliyanın qarşısı alınsın. Daha çox satış subyektləri yaransın. Təbii ki, bu inflyasiyanın da qarşısını almağa təkan verəcək və mal çeşidlərini artıracaq. Mən həmişə demişəm, inflyasiya ilə ən yaxşı mübarizə daxildə istehsal olunan malların bolluğunu yaratmaqdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin daha bir üzvü Vüqar Bayramov isə bildirib ki, “Rəqabət Məcəlləsi” artıq hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub:

“Buna görə güman olunur ki, yaxın vaxtlarda müzakirə üçün Milli Məclisə təqdim olunacaq. Nəzərə alsaq ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasından sonra həm də yol xəritələri hazırlandı və islahatların dərinləşdirilməsi nəzərdə tutuldu. Artıq 2022-2026-cı illəri əhatə edən strategiya tətbiq olunub və bu istiqamətdə də rəqabətin gücləndirilməsi prioritetlərdəndir”.

Deputat onu da əlavə edib ki, məcəllə rəqabətin müdafiəsi və gücləndirilməsi ilə bağlı fərqli baxışları özündə ehtiva edir:

“Biz də “Rəqabət Məcəlləsi”nin daha qısa zamanda hazırlanması və qəbul edilməsinin tərəfdarı olmuşuq. Bununla bağlı təkliflərimizi də təqdim etmişik. Gözlənilir ki, layihə Milli Məclisə təqdim olunandan sonra müzakirələr başlanacaq və o zaman da biz bu istiqamətdə öz töhfələrimizi və təkliflərimizi təqdim etməyə çalışacağıq”- deyə bildirib.

Bölmənin digər xəbərləri

02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib

Dünyapress TV

Xəbər lenti