Səfir Elmira Axundova Misir Qasımlı ilə bağlı sükutu pozdu
Ukraynadakı qazimizi qazamatdan necə xilas edək?
Bir ildən çoxdur Ukraynada saxlanılan soydaşlarımız Misir Qasımlı və Sübhan Quliyevlə bağlı hələ də məhkəmə qərarı verilməyib. Kiyev vilayəti Obuxovski Rayon Məhkəməsində keçirilən növbəti prosesdən sonra Misir Qasımlı Baku TV-yə açıqlama verib. Həbsdə olan Qarabağ qazisi bildirib ki, onlar haqqında irəli sürülən ittihamlar yalandır.

“Bütün hüquqlarımız apelyasiya məhkəmələri tərəfindən pozulur. 8 aydır bizi heç bir məhkəməyə aparmırlar. Tərcüməçisiz, vəkilsiz məhkəmələr keçirirlər”, - deyə o əlavə edib.

M.Qasımlı nə Xarici İşlər Nazirliyindən, nə Ombudsman Aparatından, nə də səfirlikdən vəkillərinin müraciətlərinə cavab verilmədiyini də qeyd edib.

Xatırladaq ki, bu günlərdə Misir Qasımlının vəkili Aygül Rəfiyeva da Musavat.com-a açıqlamasında dəfələrlə Ombusdman və Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət edildiyini, lakin müraciətlərin nəticəsiz qaldığını bildirmişdi:

“Dəfələrlə Misir Qasımlının şəxsi zaminliyə götürülmə məsələsi ilə bağlı səfirliyə müraciət edilsə də, səfirlik hər dəfə bundan imtina edib. Halbuki səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin, bunu etmək istəmirlər. Görünür ki, bir qazinin taleyi onlar üçün heç maraqlı deyil.

Elmira Axundova qazinin ailəsini səfirliyə buraxmadı: Kiyevdə utancverici olay - Video Yenipress.az

Eyni zamanda Azərbaycanın Ombusdmanına dəfələrlə müraciət edirik ki, vətəndaşlarımızın haqqları tapdalanır, köməklik edin, cavab verirlər ki, heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil. Görünən odur ki, heç kəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər".

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın mövqeyini öyrənməyə çalışıb. Səfir səslənən iddiaları rədd edib: “Biz Misir Qasımlı ilə əlaqədar nə lazımdırsa etdik. Səfirlik notalar yazdı, məhkəmədə konsulumuz iştirak etdi. Lakin biz məhkəmə işlərinə qarışa bilmərik axı”.

“Yeni Müsavat” səslənən iddialara cavab almaq üçün Ombusdman Aparatına sorğu göndərib. Qurumdan məsələyə bu cür mövqe bildirildi: “Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəkili Dobranitsa Valeriy Mixayloviç Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevaya müraciət edib. O, hüquqlarını müdafiə etdiyi Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu barəsində başlanmış cinayət işinin istintaqı zamanı prosessual hüquq pozuntularına yol verildiyini, Ukraynanın Kiyev vilayəti üzrə Obuxov Rayon Məhkəməsində işə qeyri-obyektiv baxıldığını bildirib. Ombudsman Səbinə Əliyevaya həmin məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət edib. İnsan hüquqları üzrə müvəkkil S.Əliyeva vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib. Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili tərəfindən verilmiş cavab əsasında vəkil Dobranitsa Valeriy Mixayloviçə rəsmi məktub ünvanlanıb”.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bildirdi ki, Azərbaycan hökuməti Misir Qasımlının hələ də həbsdə saxlanılması ilə bağlı ortaya mövqe qoymalı, qazini vəkil və hüquqşünasla təmin etməlidir: “Azərbaycanın bir qazisi Ukraynada şərlənib, həbs edilir, dövlətin hüquq sistemi, Ombusdmanı isə susub. Bu, yolverilməzdir, dərhal tədbir görülməlidir! Məlum məsələdir ki, Ukraynadakı səfirliyimizin adı var, özü yoxdur. Heç olmasa, digər aidiyyəti orqanlar hərəkətə keçməlidir”.

Bəs Azərbaycan Qaziləri İctimai Birliyi qazi Misir Qasımlı ilə maraqlanırmı? Qurumun sədri, Qarabağ qazisi Asəf Əliyev sorğumuza bu cür cavab verdi: “İlk növbədə Ombusdman, Ukraynadakı səfirliyimiz işə keçməlidir. Araşdırılmalıdır ki, Misir Qasımlı hansı şəraitdə, niyə həbs edilib? Bütün bunlar araşdırılandan sonra məsələyə müdaxilə edilməlidir. İctimai təşkilat olaraq bizim əlimiz Ukrayna çatmır, əsasən ölkə daxilindəki qazilərimizin problemləri ilə maraqlanır, onlara dəstək olmağa çalışırıq. Tutaq ki, burdan onlara müraciətlər ünvanlasaq, hara gedib çıxacaq ki?

Xatırladım ki, bir müddət bundan əvvəl Misir Qasımlı ilə bağlı məsələ Milli Məclisdə də qaldırıldı və QHT-lər də müraciətlər etdi. Lakin nəticəsi olmadı. Bunun üçün də bir daha qeyd edirəm ki, bu məsələni dövlət qaldırmalıdır. Əgər Ukraynada yaşayan bir Vətən müharibəsi qazimiz Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda döyüşlərə qatılıbsa, canın, qanın fəda edibsə, onu qorumaq hər birimizin borcudur".

Xalidə GƏRAY,
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Səhiyyə nazirliyinin fəaliyyəti yoxdur.
18 İyun 2025 Azərbaycanda kazino oyunlarına icazə verilir – Yeni layihə
18 İyun 2025 Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər
17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA

Dünyapress TV

Xəbər lenti