Prokurorla polisin 20 il əvvəl törətdiyi cinayətin üstü açılıb – Məhkəmə başladı
20 il əvvəl Bakıda əcnəbilərdən rüşvət almaqda təqsirləndirilən prokuror və polis barəsində açılmış cinayət işi üzrə məhkəmə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə proses start götürüb

Məhkəmədə məlum olub ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal Rayon Polis İdarəsinin 28-ci Bölməsinin əməkdaşı, baş leytenant Ramin Talıbovla əlbir olaraq Bakıda yuyucu toz məmulatları satışı ilə məşğul olan Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Belə ki, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətdə qəfil yoxlama keçirib. Onların yararsız yuyucu tozlar satdığı aşkar olunub. Prokuror və polis əməli ört-basdır etmək müqabilində onlardan rüşvət alıb. Bir müddət sonra rüşvət faktının üstü açılıb. S.Kərimov prokurorluq orqanlarından xaric olunub. Faktla bağlı S.Kərimov və R.Talıbov barəsində cinayət işi başlanıb. Lakin iş başlananda artıq Samir Kərimov ölkəni tərk etmiş olub. Buna görə də istintaq dayandırılıb. Samir Kərimov barəsində axtarış elan edilib, polis zabiti isə zaminə buraxılıb.

20 il sonra, yəni ötən il 62 yaşında olarkən Samir Kərimov Bakıya qayıdıb. O, ölkəyə giriş edən kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İndi keçmiş prokuror həbsdədir. R.Talıbov isə polisin nəzarəti altına verilməklə azadlıqda qalıb. Hazırda məhkəmə araşdırması davam edir.

Məhkəmədə məlum olub ki, sabiq Baş prokuror Zakir Qaralovun Samir Kərimovla yaxşı münasibətləri olub. Hindistanlıların işlətdiyi şirkət isə sabiq baş nazir Artur Rəsizadənin birinci müavini olmuş Abbas Abbasovun oğlu Aydın Abbasovun olub.

Məhkəmə oktyabrın 31-də davam etdiriləcək.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Səhiyyə nazirliyinin fəaliyyəti yoxdur.
18 İyun 2025 Azərbaycanda kazino oyunlarına icazə verilir – Yeni layihə
18 İyun 2025 Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər
17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA

Dünyapress TV

Xəbər lenti