Bakıda sürücüsü tanınmış həkimi soydu - TƏFƏRRÜAT
Bakıda Dünya Göz Klinikasının həkimi Mehmet Şeref Öğretmenoğlu sürücüsü tərəfindən soyulub. TEREF.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılıb.

Belə ki, təqsirləndirilən Elşən Süleymanov (soyad-şərtidir) 2021-ci ilin may ayının əvvəllərindən başlayaraq iş vaxtı qurtarandan sonra, Türkiyə vətəndaşı Mehmet Şeref Öğretmenoğlunun Badamdarda yerləşən evinə hasardan tullanaraq qanunsuz daxil olub.

O, bu üsulla evə daxil olan zaman həkimin əl çantasının içərisindəki pulun bir hissəsini yəni, 420 manat, 15 gün sonra 700 manat, bir ay sonra 1000 manat, 16 iyul tarixində 900 dollar, ümumilikdə isə zərərçəkmiş şəxsə 5350 manat maddi ziyan vurmaqla oğurluq edib.

Lakin Elşən bu əməli ilə kifayətlənməyib. O, növbəti dəfə Tural adlı tanışı ilə həkimin evinə gələrək oğurluq edib. Belə ki, Elşən Turala həkimin çantasından 1000 manatdan artıq pul götürməməyi, əks halda Mehmet Şerefin şübhələnəcəyini bildirib. Tural isə evə girib oğurluq etdikdən sonra Elşənə 1100 manat götürdüyünü bildirib. Sonradan məlum olub ki, Tural evdən 1100 yox, 6 min manat oğurlayıb və o, Elşəni də aldadıb. Sonradan Turala zəng çatmayıb.

Oğurluqlara rəğmən, həkim ilk baxışda Elşəndən şübhələnməyib. Belə ki, bir müddət sonra Şeref Öğremenoğlu Azərbaycana gələn həyət yoldaşı ilə birlikdə dincəlmək üçün Qubaya yollanıb. Səhəri günü Bakıya qayıtdıqdan sonra o, Elşənə zəng edərək gəlib onu işə aparmasını deyib. Elşən isə həkimin dediyin yerinə yetirməyib, daha sonra isə telefonu söndürüb.

Elşənin davranışlarından şübhələn M.Şeref polisə evindən oğurluq edilməsi ilə bağlı şikayət edib. O, ümumilikdə ona 11350 manat maddi ziyan dəydiyini bildirib. Bundan sonra Elşən barəsində polis tərəfindən axtarış elan edilib. O, bu ilin martında tutularaq istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 3 il əvvəl taksi fəaliyyəti ilə məşğul olarkən Badamdar qəsəbəsində yaşayan və Dünya Göz Klinikasında həkim işləyən Mehmet Şerefi işə aparıb gətirərkən tanış olub. Mehmet Şeref bir müddət sonra yaşadığı evin həyətinə qulluq etmək lazım olduğunu bildirərək evinin giriş darvazasının və evin açarlarını bir nüsxəsini ona verib. Bir müddət evin həyətinə baxdıqdan sonra, 2021-ci ilin may ayından başlayaraq hərdən Mehmet Şeref evə sərxoş vəziyyətdə gəlməsindən istifadə edib onun yatmasını gözləyib və o, yatandan sonra qeyd olunan cinayət əməllərini törədib.

Prosesin yekununda hökm oxunub. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxsə 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudulaşdırılması cəzası təyin edilib. Məhkəmə, Elşənin törətdiyi əməlindən peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, vurulmuş ziyanın bir qisminin (5000 manat) ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Qeyd edək ki, M.Şeref Öğremenoğlu 3 ildir Bakıda fəaliyyət göstərir. O, bu müddət ərzində öz sahəsi üzrə yetərincə tanınan mütəxəssislərdən birinə çevrilib.

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycanda kazino oyunlarına icazə verilir – Yeni layihə
18 İyun 2025 Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər
17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO

Dünyapress TV

Xəbər lenti