“Hakimləri, prokurorları axtarılanlar siyahısının başına qoyun” -
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan şəxsin ölkədə terrora açıq çağırışlar etdiyi, qadağan olunmuş dini kitablar yaydığı müəyyən edilib.

Musavat.com xəbər verir ki, 25 yaşlı Elşən bu təbliğatı sosial şəbəkə hesabında aparıb.

O, DTX əməkdaşları tərəfindən saxlanılıb.

Elşənə qarşı ağır ittihamlar irəli sürülüb. Belə ki, qanunsuz olaraq dini təyinatlı ədəbiyyat satma, yayma, dini ekstremist materialları hazırlama, saxlama, yayma və terrorçuluğa açıq çağırış ittihamları ilə təqsirli bilinib.

İttihama görə, Elşən instaqramda “baqiyah_media” adlı profil açıb. 2020-ci ildən etibarən həmin hesabdan “tək aktor terroru” hesab edilən “yalnız canavar” hücumlarının planlaşdırılması və həyata keçirilməsi qaydalarını açıqlayan “yalnız kurdun el kitabı” adlı kitabı paylaşıb.

2021-ci ildə Bakıda Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə keçirilmiş hərbi paradı əks olunmuş videogörüntüyə “Kafirlər tağut yolunda vuruşurlar, elə isə şeytanın dostları ilə vuruşun” məzmunlu paylaşım edib.

Elşənin həmin hesabdan “Biz sizi mübarizəmizdə yeni bir mərhələyə girdiyimiz mövzusunda müjdələyirik”, “Sizə ən əvvəldəki öncələyimiz mövzusunda xatırlatma etmək istəyirəm. O da “Əsirlərin Qurtarılmasıdır”, “Bu mərhələyə “Divarların Dağıdılışı” adını verdiyimiz əməliyyat ilə başlayacağıq”, “Əsirlərimizə zülm edən hakimlər, prokurorlar, sorğu zabitləri və gözətçiləri axtarılanlar siyahısının ən başında qoyun”, “Düşmənlərimizin qalalarını parçalayacağıq” məzmunlu paylaşımlar yayıb.

Əməliyyat zamanı onun yaşadığı evdən 100-dən artıq dini təbliğat vasitəsi hesab edilən kitab aşkar edilərək götürülüb.

Elşən özünü qismən təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

O, sosial şəbəkədə dini məsələlər və dövlət əleyhinə olan paylaşımlar etdiyini etiraf edib.

“Paylaşımları dövlət əleyhinə çağırışlar məqsədi ilə etməmişdim. Sonra bütün paylaşımları sildim. Hər şeyi yanlış dərk edib, dini anlayışımı bu cür təsvir etmişəm. Partlayış törədib insanlara zərər yetirmək niyyətim olmayıb”, - deyə Elşən qeyd edib.

O, dini kitabları satmaq məqsədi ilə gətirmədiyini, həmin kitabların qadağan olunmasından xəbərsiz olduğunu söyləyib.

Məhkəmənin hökmü ilə Elşən 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
14 İyun 2025 Müharibələr nəticəsində məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyapress TV

Xəbər lenti