Goranboyda həkimin başına açılan sensasion oyun: -
Goranboy rayonu, Dəliməmmədli kəndində 3 qohum sözün əsl mənasında həkimin başına oyun açıb. Onlar qurduqları hiyləgər planla həkimin 20 min manata yaxın pulunu ələ keçiriblər.

Musavat.com xəbər verir ki, kənd sakinləri Eldəniz, İmdad və Ələddin bu cinayəti törədən şəxslərdir. Onların əməlindən ziyan çəkən isə Goranboy rayonu, Dəliməmmədli kəndində Ailə Sağlamlıq Mərkəzində işləyən Natiq adlı həkim olub.

Əvvəlcə qeyd edək ki, adı çəkilən 3 nəfərin hər biri daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıblar.

Bu planı quran Eldəniz olub. Eldəniz qohumları olan İmdad və Ələddinə deyib ki, Natiq həkimin yanına gedib xəstələndiyini deyərək müalicə yazmasını istəyəcək. Eldəniz həmin vaxt bacısıgildə olub və həqiqətən də soyuqdəyməsi var imiş. Natiq həkimin yanına gedərək müayinə olunub, həkim ona bir neçə dərman məsləhət görüb. Bundan sonra Natiq həkimin “qara günləri” başlayıb...

Natiq həkim başına gələnləri belə danışıb:

“Eldənizi müayinə etdim. Ev şəraitində müalicə etdirməyi məsləhət gördüm. Təxminən 1 saat sonra xəstənin bacanağı Kamal adlı (Ələddin özünü Kamal kimi təqdim edib- red.) şəxs zəng elədi. Dedi ki, dərman qəbulundan sonra xəstə şoka düşüb. Xəstəxanaya apardıqlarını bildirdi. Narahat olub vaxtaşırı mənə məlumat verməsini istədim. Yalandan xəstənin qazi olduğunu da dedi. Bildirdi ki, xəstənin həyat yoldaşı onun Bakıya- Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparılmasını tələb edir. Mən də dedim ki, xəstə bu vəziyyətdə uzaq yola çıxmamalıdır. Kamal dedi ki, həyat yoldaşı belə istəyir və təcili yardım maşını ilə danışılıb”.

Bura qədər Natiq həkimdən xəstəxana, dərman və təcili yarım maşınına ödəniş adı ilə 1050 manat alıblar.

İş bununla bitməyib. Natiq həkim deyir:

“Bir neçə gün sonra Kamal yenə zəng edib dedi ki, Eldənizin səhhəti birdən-birə pisləşib və ölüb. Eldənizin ailəsinin imkansız olduğunu, cənazənin ailəyə çatdırılması üçün kömək istədi. 200 manat verdim. Sonra bir qadın zəng edib Eldənizin arvadı olduğunu dedi. Qayınansı ilə yola getmədiyini, iki uşaqla küçədə qaldığını dedi. Yas mərasimi üçün 500 manat istədi, yenə verdim.

1 həftədən sonra bir şəxs zəng edib özünü polis kimi təqdim etdi. Məndən şikayət olduğunu, polisə gəlməli olduğumu dedi. Mən də gəlməyəcəyimi dedim. Gəlməsəm, qolu bağlı gətizdirəcəyini dedi. Ona qədər də Eldənizin ailəsindən özünü onun anası, arvadı, qaynı kimi təqdim edən şəxslər yas xərcləri üçün pul istəyirdilər. Özünü polis kimi təqdim edən şəxs dedi ki, şikayətçiləri razı salmalıyam. Yas xərcləri və məzar daşı üçün 6 min pul verdim. Özünü polis kimi təqdim edən şəxs zəng edib dedi ki, şikayətçiləri razı salıb. Bunun üçün o da məndən 2 min tələb elədi. Onu da verdim”.

Bütün yalanlara inanan Natiq həkim yenə də canını quratara bilməyib. Bu işin üstü açılmasın deyə heç kimə bir söz də deməyib.

Bu dəfə də başqa bəhanə ilə Natiq həkimdən pul alıblar:

“Özünü ölənin qaynı Sərxan (bu dəfə İmdad zəng edib- red.) kimi təqdim edən şəxs zəng elədi. Ölənin ailəsinə baxdığını, xərclərinin çıxdığını dedi. Uşaqları Rusiyaya aparacağı üçün bilet pulu istədi. 840 manat pul verdim. Başqa-başqa yalanlara da inanıb pul vermişəm”.

İstintaq zamanı məlum olub ki, Natiq həkim 3 kəndlisinin toruna düşərək onlara ümumilikdə 20 min manata yaxın pul verib.

İşin üstü isə Natiq həkimin tanışlarından birinə vəziyyəti danışması ilə açılıb. Məlum olub ki, Eldəniz adlı şəxs ölməyib.

Təqsirləndirilən şəxsləri bağışlamadığını deyən Natiq həkim pulunu tələb etdiyini və onlara ağır cəza verilməsini istəyiblər.

Həbs edilən 3 şəxs özünü təqsirli bilib və Natiq həkimin danışdığı kimi baş verənləri izah ediblər.

Məhkəmə hər üç şəxsi təqsirli bilib. Eldəniz 2 il 6 ay, İmdad 2 il 9 ay, Ələddin isə 3 il azadlıqdan məhrum ediliblər.

Bölmənin digər xəbərləri

17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
14 İyun 2025 Müharibələr nəticəsində məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyapress TV

Xəbər lenti