Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ -
Bakıda yol-nəqliyyat problemləri həll olunmaq əvəzinə daha da dərinləşir. Buna səbəb isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sistemsiz və məntiqsiz qərarlarıdır. Paytaxtın Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yolayrıcı aylardır bağlı qalsa da, bu müddət ərzində problemin həlli istiqamətində heç bir addım atılmayıb.

Yenicag.az-ın məlumatına görə, orada yerləşən işıqfor artıq funksionallığını itirsə də, AYNA onu saxlamaq üçün qeyri-ciddi bir üsula əl atıb – həmin ərazidə əlavə piyada keçidi zolağı çəkilib. Halbuki, cəmi 20 metr məsafədə piyadalar üçün keçid mövcuddur. Şəhərin bir çox nöqtələrində piyadalar təhlükəsiz keçid tapmadığı halda burada süni şəkildə ikinci keçid yaradılması, sözün əsl mənasında, məntiqsizdir. Bu addımın yeganə məqsədi isə həmin işıqforu orada saxlamaqdır.

Yeri gəlmişkən, onu da bildirək ki, bu yol əvvəllər sürücülər üçün önəmli keçid nöqtəsi olub. Belə ki, əvvəllər Əziz Əliyev küçəsindən Neftçilər prospektinə birbaşa çıxış mümkün olduğu üçün nəqliyyat rahat hərəkət edirdi. Lakin yol bağlandıqdan sonra sürücülər məcbur olub alternativ yollardan istifadə edirlər. Nəticədə isə Neftçilər prospektinə əlavə nəqliyyat axını yaranıb ki, bu da günün istənilən saatında uzun tıxaclara səbəb olur.

Ən böyük problem isə AYNA-nın bu vəziyyəti həll etmək yerinə, daha da ağırlaşdırmasıdır. Çünki qurum Bakının yol infrastrukturunu tənzimləmək əvəzinə, vəziyyəti qeyri-peşəkar qərarlarla xaosa sürükləyir.

Onu da deyək ki, AYNA-nın sistemsiz yanaşması yalnız bu yolla məhdudlaşmır. Bakıda taksilər üçün xüsusi zolaqlar yaradılmadığına görə sürücülər məcbur olub sərnişinləri təyinat nöqtəsindən uzaqda düşürməyə çalışırlar. Bu da yol kənarında nizamsız dayanmalara, həmçinin paytaxtın əsas küçə və prospektlərində süni sıxlığa səbəb olur. Əgər AYNA bu problemi həll etmək istəsə, dünya təcrübəsinə uyğun olaraq paytaxtın əsas yollarında taksi zolaqları təşkil edərdi. Lakin görünən odur ki, qurum vəziyyəti düzəltmək əvəzinə, sürücüləri çətin vəziyyətə salmağa davam edir.

Bundan əlavə, AYNA həmçinin sözügedən ərazidə yerləşən avtobus yollarında da xaotik vəziyyət yaradıb. Daha dəqiq desək, Neftçilər prospektinin üzü Bayıl istiqamətinə gedən tərəfi – Qız qalası tərəfdən gələn avtobus zolağı ləğv edilsə də, Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən üzü 8 Noyabr prospekti istiqamətində gələn avtobus zolağı saxlanılıb. Bu isə Niyazi küçəsi və Bayıl istiqamətindən gələn avtomobillərin sıxlıq yaşamasına səbəb olur. Həm işıqforun lazımsız şəkildə saxlanılması, həm də avtobus zolaqlarında yarımçıq və sistemsiz dəyişikliklər yollarda xaosa gətirib çıxarır.

Qısacası, AYNA-nın düşünülməmiş qərarları Bakının əsas yollarında vəziyyəti çıxılmaz hala salıb. Əvəzində isə nə yeni həll yolları təqdim edilir, nə də mövcud problemlərin aradan qaldırılması üçün effektiv addımlar atılır. Sırf bu qurumun başdansovdu fəaliyyətinin nəticəsidir ki, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti tamamilə tormozlanıb, yollar tıxac içindədir və vətəndaşlar hər gün bu vəziyyətin əziyyətini çəkirlər.

Qurumun əsas vəzifəsi şəhər yollarında hərəkəti rahatlaşdırmaq olsa da, görünən odur ki, AYNA prosesə tam tərsinə yanaşır. Məntiqsiz qərarlar, sistemsiz planlaşdırma və uğursuz yol siyasəti paytaxtı nəqliyyat cəhənnəminə çevirib. Əgər bu yanaşma bir müddət də davam edərsə, Bakıda nəqliyyatın vəziyyətinin daha da acınacaqlı hala düşəcəyini kimsə istisna etmir.

 

Bölmənin digər xəbərləri

01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var

Dünyapress TV

Xəbər lenti