İcra başçısı həmin gün harada olub? –
Deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı İmişli hadisələrinə toxunub. Belə ki, o, rayon icra başçısını, deputatları, polis rəisini və bir sıra rəsmiləri hadisə yerinə getməməkdə günahlandırıb.

Sitat: “Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadı, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?”

Globalinfo.az-a danışan İmişlidən seçilən deputat Səyyad Salahlı hadisə baş verdiyi gündən İmişli rayonunda olduğunu bildirib.

O, hətta dəfndə də iştirak etdiyini deyib:

“7 gün rayonda oldum. Vəzifəli şəxslərlə, eləcə də rayon başçısı ilə birlikdə dəfn mərasimlərinin hamısında iştirak etdik. Hətta uşaqlardan biri Mərkəzi Klinikada olanda da ziyarət etmişəm. 2-ci və 3-cü günlərində ailələrdə olduq, daha sonra 7 mərasimində iştirak etdik. Uşaqlardan birinin 7 mərasimi Ağdamda keçirildiyi üçün başçı Heydər Əliyev Fondunun nümayəndələri ilə ora getdi. Hamı məclislərdə iştirak edib, məsələ də araşdırılır. Kimin günahkar olduğu da araşdırılacaq. Siyavuş Novruzovun hardan və necə məlumat aldığını bilmirəm”.

İmişli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov deyilənlərin həqiqətə uyğun olmadığını bildirib:

“18 yanvar 2025-ci il tarixdə hadisə baş verdikdən dərhal sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, müavinlər və aparatın digər əməkdaşları prokurorluqla birlikdə hadisə yerində olub. Bundan başqa, yaralıları və həlak olan uşağı xəstəxanaya aparan zaman başçı da onlarla birlikdə ora getdi. Saat 15:30-a qədər reanimasiyada olan uşağa baş çəkdi, sonra orada yaralıların valideyinləri ilə söhbət apardı, ürək sözlərini dedi. Bunun ardınca hadisə baş verən yerə gediblər. Orada da toplaşan insanlarla görüşdülər, söhbət apardılar. Həmin şəxslər də öz sözlərini dedilər”.

R.Muradov dövlət və dövlətçiliyə qarşı heç bir şüar, aksiya olmadığını qeyd edib:

“Hadisə zamanı həlak olan və xəsarət alanlar azyaşlı uşaqlar idi. Buna görə də toplaşan şəxslər aqressivlik göstərmişdilər. Hətta xəbər gəldi ki, insanlar polis idarəsinin qarşısına yürüş etmək istəyirlər. Dərhal polis rəisi, başçı və prokuror kütlənin qarşısına gəldilər, onları dinlədilər və həmin şəxslərə qanunvericilik izah olundu. Bundan sonra da aksiya sonlandırıldı”.

Rüfət Muradov deyib ki, Elçin Rzayev azyaşlıların dəfn, 3 və 7 mərasimində də iştirak edib, ailələrdə olub, başsağlığı verib.
 

Bölmənin digər xəbərləri

02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib

Dünyapress TV

Xəbər lenti