Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs - Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

TEREF "Unikal"a istinadla xəbər verir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib:

"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən, niyə boynuna almırsan? Uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".

Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki, bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orada da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm, gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".

Yaşar Abbasovun zalda olan bibisi qızı isə İpək Əhmədovanı ittiham edib: "Sən Yaşara narkotik satıb tanış olmusan".

Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəsatəti təmin edib.

Vəkil Yaşarın necə işgəncə verməsini soruşub.

İpək Əhmədovanın cavabı belə olub: "Uşağı döyüb krovatın altına, məni də paltar şkafına salırdı. Uşağın ölməsi səhər saatlarına təsadüf edib. Uşaq öləndən sonra mənə hədə-qorxu gəlirdilər ki, heç yerə demə. Telefonlarımı sındırmışdı Yaşar".

Vəkilin sözlərinə görə, ekspert rəyində Mirəlinin ayağının sınması və döyülməsi barədə heç bir qeyd yoxdur.

Hakim Yaşardan İpəyə bədən xəsarətləri yetirdiyini soruşub. Yaşar İpəyi narkotik istifadə etdiyinə görə döydüyünü bildirib.

Vəkillər məhkəmə istintaqının yekunlaşmasına etiraz edərək əlavə şahidlərin gəlməsini istəyiblər. Hakim isə məhkəmə istintaqının yekunlaşmasını elan edərək dövlət ittihamçısına çıxış üçün söz verib.

Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi 19 fevral tarixinə kimi təxirə düşüb.

Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, 9 yaşlı Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə işgəncə verməklə qəsdən öldürüb.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.
 

Bölmənin digər xəbərləri

02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib

Dünyapress TV

Xəbər lenti