“Üstümə bıçaq çəkdi, tapança çıxardı, bağ evinə hücum etdi“ - Nazirlər Kabinetinin İdarə müdiri
Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqsirləndirilən Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hikmət Xəlilov ifadə verib.

O ifadəsində deyib ki, təqsirləndirilən Vahid Xələfovu 2006-cı ildən tanıyır: "Polkovnik dostum bizi tanış etdi. O, dedi ki, qonşum işləmək istəyir ona kömək edim. Mən də onu SOCAR-da Sosial şöbədə olan tanıdığım şəxslə tanış etdim. Dedim baxın işindən razı qalsanız buna da iş verin".

Zərərçəkmiş ona 3 sifariş verdiyini bildirib: "Əvvəl atamın evini, daha sonra oğlumun evini sifariş etdim. Sonradan qardaşım oğlunun evini də sifariş etdim. Bütün bunların pulun ödəmişəm".

H.Xəlilov ifadəsində 2015-ci ildən təqsirləndirilən şəxsin ondan pul tələb etdiyini deyib: "Bir gün zəng elədi ki, gəl görüşək. Sənin mənə borcun var. Daha sonra məktub gəldi ki, mənim ona 1 milyon borcum var. Mənim işlərimi görmək üçün kredit götürüb ödəyə bilmir".

O, sonradan təqsirləndirilən şəxslə görüşdüyünü qeyd edib: "Görüşəndə mənimlə çox aqressiv danışırdı. Üstümə bıçaq çıxardı və borcu olan pulu ödəməyimi istədi. Sonradan mənimlə bağlı araşdırma aparılmasını istəyib. Yoxlandı gördülər ki, təmizəm".

Hikmət Xəlilov təqsirləndirilən Vahid Xələfovun 2016-cı ildə onun bağ evinə hücum etdiyini deyib: "Bir axşam bağ evimdə mühafizə zəng etdi ki, evə hücum ediblər. Bütün hadisələrin video görüntüsünü polisə verdim. Daha sonra mənə zənglər etməyə, SMS-lər göndərməyə başladı. Mənə hədə- qorxu gəlirdi. Deyirdi ki, əlimdə sənədlərin var. Mən də dedim ki, sənəd var, hara istəyirsən apar ver".

Zərərçəkmiş Vahid Xələfovun iki dəfə onun maşınının qabağını kəsdiyi bildirib: "Keçən il maşınımın qabağını kəsdi. Başladı dalaşmağa. Dedi ki, 250 min ver borcunu bağlayım. Bu ilin aprelin 6-da yoldaşımla maşında gedəndə qabağımızı kəsdi. Əlində dəmir vardı. Düşdü maşından bizə tərəf gəldi. Sonradan belindən tapança çıxardı. Qışqırırdı ki, düş maşından 1 milyon manat borcumu ver. Yoldaşım qışqıranda oyandım. Qaza basdım getdim".

Təqsirləndirilən şəxs Vahid Xələləfov zərərçəkmiş Hikmət Xəlilova cavab olaraq onun 3 yox, 12 sifarişini icra etdiyini deyib.

Daha sonra hakim Azad Məcidov təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənədlər içində Hikmət Xəlilovun ona 4 milyon manat və 324 min dollar borcu olduğunu qeyd edib.

Məhkəmə iclası oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Vahid Xələfov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə tələb olunan pul 4 milyon 600 min manatdır.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev

Dünyapress TV

Xəbər lenti