"Onun yazdığı tərbiyəsiz yazıya münasibət bildirmək fikrində deyiləm" - ETİRAZ
Təhsil eksperti Elşən Qafarov Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyevin sosial şəbəkədə onun haqqında yazdığı ittihamlara, onu “separatçı” adlandırmasına münasibət bildirib.
TEREF.AZ bildirir ki, E.Qafarov Pravda.az-a verdiyi açıqlamada deputatı sərt tənqid edib.

“Deputat Etibar Əliyevin haqqımda yazdığı böhtan və təhqir dolu yazı bir daha onun tərbiyəsindən və davranışından xəbər verir. Milli Məclisdə layiqli, qanunvericiliyini, hakimiyyətini layiqincə təmsil edən onlarla millət vəkillərimiz var. Təsadüfən parlamentə düşən, davranışı, danışığı, əxlaqı ilə təəssüf doğuran tək-tək adamlardan biri də Etibar Əliyevdir. Onun yazdığı tərbiyəsiz yazıya münasibət bildirmək fikrində deyiləm. Amma bir şeyi diqqətə çatdırmaq istəyirəm ki, mən Elşən Qafarov olaraq hələ 17 yaşım yeni tamam olanda Lerikin ucqar dağ kəndindəki evimdən hətta valideynlərimin icazəsi olmadan Ağdamın kəndlərində yerli özünümüdafiə batalyonlarına qoşularaq düşmənə qarşı döyüşmüşəm. Baxmayaraq ki əyani oxuyurdum və şəhid qardaşı idim, iki bronum var idi, bunlardan imtina edərək qardaşımın 40 mərasimini verdikdən sonra yenidən cəbhə bölgəsinə qayıdıb döyüşmüşəm. Bilməlidir ki, separatçılara qarşı ən gənc yaşlarından qəti mübarizə aparan şəxslərdən biriyəm. Etibar Əliyev ən azından bilməli idi ki, hələ o zamanlar Bakıda ayrı-ayrı insanları şantaj edən məqalələr yazan zaman separatçıların ilk həbs etdiyi altı nəfərdən biri mən olmuşam. O vaxtkı mətbuat da bunu yazmışdı. Quru aclıq elan etmişdik. Lənkəran ictimaiyyətinin təzyiqi nəticəsində bizi həbsdən azad etdilər. Separatçı mənbələrdə mənə qarşı olan videolar, yazılar onların öz sosial şəbəkə ünvanlarında hələ də durmaqdadır. Təəssüfedici haldır ki, bu insan qanunverici məclisdə təmsil olunur, onu tanıyanlar haqqında yaxşı bilirlər. Onun yazdığı yazının quruluşu tərbiyəsindən xəbər verir...”, - ekspert deyib.

E.Qafarov Etibar Əliyevin “təhsil sistemindən xüsusi maddə ilə qovulub, adam tam ictimai arenadan silinmişdi, lakin Emin Əmrullayevin mənəvi və maddi dəstəyi ilə son 3 ildən sonra yenidən zühur edib” sözlərinə isə belə cavab verib: “Elşən Qafarovun kim olduğunu təhsil işçiləri çox yaxşı bilirlər. Mənim işdən getməyim şəxsi ərizəmə əsasən olub. Etibar Əliyevin özünə yaraşan üslubda yazıları bir daha göstərir ki, bu insan kimdir. Təkcə indi deyil, illərdir ki, mənə qarşı qərəzli yazılar yazır. Əvvəllər öz adı ilə yox, anonim yazırdı. Bu dəfə cürətlənib, öz adı ilə yazıb. İstənilən halda bu tip insanların təhsil adından danışması, özünü “təhsil eksperti”, “təhsil nümayəndəsi” kimi təqdim etməsi utanvericidir. Digər tərəfdən, bu insan fəlsəfə üzrə fəlsəfə doktorudur, amma bir dəfə də olsun fəlsəfə ilə, yaxud təhsillə bağlı maarifləndirici çıxışları olmayıb. Ordan-burdan köçürdüyü kitabları çıxmaq şərtilə özünü güclü mütaliəçi kimi təqdim edir, amma indiyə qədər ortaya təhsillə bağlı konsepsiya, təklif verən kimi görünməyib. İşi ancaq ayrı-ayrı təhsil müəssisələrinin rəhbərlərini şantaj etmək, tənqid adı ilə təhqir etməkdir. Nəticə etibarilə, bunlar müəyyən “qazanc” əldə etmək məqsədilə görülən işlərdir. Təkrar deyirəm, onun yazdıqları səviyyəsindən, tərbiyəsindən xəbər verir. Elşən Qafarovun necə bir azərbaycanlı, vətənpərvər olduğunu az-çox tanıyanlar bilir. “Youtube” kanalımda, şəxsi səhifələrimdə də keçmişimlə bağlı hər şey ortadadır. Nə etmək olar? İnsandır... Azərbaycan demokratik ölkədir, söz azadlığı var. Çox təəssüf ki, söz azadlığından bu cür sui-istifadə edən şəxslər var. Hətta demokratik vəziyyətdən istifadə edib təsadüfən ölkənin qanunvericilik məclisinə düşən bu tip insanlar da var...”
 

Bölmənin digər xəbərləri

15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə

Dünyapress TV

Xəbər lenti