Saatlıda təcili tibbi yardım vətəndaşın ölümünə səbəb olub? - VİDEO
Saatlıda xəstəxanaya aparılarkən yolda qəzaya düşən təcili tibbi yardım avtomobilində ağır xəsarətlər alan 36 yaşlı Rahibə Nuruşova bir gün sonra həmin xəsarətlərdən həyatını itirib.

Mərhum ölümündən bir qədər əvvəl baş verənləri danışıb və yaxınları da həmin anı videoya çəkiblər.

Həkimlərdən dərdinə dərman tapa bilməyən Rahibə Nuruşova beş gün əvvəl dünyasını dəyişib.

Məlumata görə, anidən vəziyyəti pisləşən qadını ailə üzvləri təcili tibbi yardım xidməti çağıraraq xəstəxanaya yola salıblar. Amma vəfat edən qadın videoda bildirir ki, həkimlər təcili tibbi yardım maşınına mindirəndən sonra ona qarşı laqeyd münasibət göstəriblər.

Problem bununla da yekunlaşmayıb. Çünki, qadın təcili tibbi yardım avtomobilində olan zaman yol-nəqliyyat hadisəsi baş verib. Saatlı rayonunun, Əhmədbəyli kəndi ərazisində baş verən bu hadisə qadının ölümünə səbəb olub.

Qəzadan bir gün sonra vəfat edən 36 yaşlı Rahibə Nuruşovanın qayınatası gəlininin ölümündə, nəvəsi 13 yaşlı Aysunun və digər gəlini Əfsanə Nuruşovanın xəsarət almasında günahkar kimi təcili tibbi yardım həkimi Cavid Ələkbərovu görür. Zərərçəkmişlər iddia edirlər ki, təcili yardım maşını yaxın məsafəni qoyub, əlavə 25 kilometr yol qət edib.

Şirvan xəstəxanası isə qadının vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onu Bakıya göndərib.
Bakıda isə bildirilib ki, qadının bel fəqərəsi və boyun sümüyü sındığı üçün ölümünə qısa bir vaxt qalıb. Elə həkimlərin dediyi kimi, iki-üç saatdan sonra qadın dünyasını dəyişib.

Qəza baş verən zaman təcili tibbi yardım maşınında anasının yanında olan 13 yaşlı Aysun Nuruşova da hadisə barədə danışıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 9-da epileptik tutma səbəbi ilə təcili tibbi yardım stansiyasına çağırış daxil olub:

“Təhvil alarkən xəstə müayinə olunub və təcili tibbi yardım şöbəsinə təxliyə olunmasına qərar verilib. Xəstə yaxınlarının briqadanı yönləndirdiyi qrunt örtüklü yol xəstənin mövcud vəziyyətinə görə əlverişli olmadığı üçün təxliyə zaman asfalt örtüklü digər marşrut yolu seçilib. Təəssüf ki, təxliyə zamanı yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində xəstənin baş-boyun nahiyəsi zədələnib və Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. Xəstə doqquz iyul, 20:45-də xəstəxanaya müştərək travmalarla qəbul olunub, bütün zəruri müayinələrdən keçirilib. Başda sadə səthi travma, boyunun beş fəqərəsinin yerdəyişmiş kompession sınığı və çoxsaylı döş qəfəsinin sümüklərinin sınığı diaqnozu qoyulub, stasionara müalicəyə cəlb olunub. Buna baxmayaraq, xəstə yaxınları yazılı iltizamnamə əsasında xəstəni tibb müəssisəsindən aparıblar. Xəstə evdə vəfat edib. Hadisədə günahkarın müəyyən olunması üçün hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 

 

Bölmənin digər xəbərləri

15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə

Dünyapress TV

Xəbər lenti