Ardını oxu...
Şəkildə işarələnmiş şəxs 30 ilə yaxındır ki, Biləsuvarın Aranlı və Çinarlı kənd icra nümayəndəsi vəzifəsində çalışan İbayev Habil İmaş oğludur.

O, 69 saylı Biləsuvar Seçki Dairəsindən namizəd olan Bəhruz Məhərrəmovun görüşündə iştirak edir. Bu isə Azərbaycan Seçki Məcəlləsinə ziddir və seçki prosesinə birbaşa müdaxilədir.

Bu barədə bitərəf namizəd Nurlan Mirəli "Arqument.az"a məlumat yayıb.

Ardını oxu...

Nurlan Mirəli Biləsuvarın icra başçısı Faiq Qürbətovu da "Feysbuk"da tag edərək ona: "Bu adam hələ də vəzifəsinin nə olduğun bilmir. Əslində onda günah görmürəm. Siz Bəhruzun şəkilin layk edəndə işçiniz də təbliğat təşviqat kompaniyasın aparacaq. Və bu adamlar Biləsuvar Rayon İcra Hakimiyyətinin aynasıdır, sizin fəaliyyətinizi əks etdirirlər", - deyə müraciət edib.

Ardını oxu...

Biləsuvarın icra başçısı Faiq Qürbətov

İcra başçısı Faiq Qürbətov isə namizədin bu postuna heç bir cavab yazmayıb.

Nurlan Mirəli digər postunda isə qeyd edib ki, onun lövhəyə vurduğu namizədlik posterini cırıblar. Bunun yerli qurumlar tərəfindən edildiyini bildirən namizəd qeyd edib ki, rayon rəhbərliyi faktiki Bəhruz Məhərrəmovun seçilməsi üçün bütün adminstrativ rusursları səfərbər edib.

Ardını oxu...

***

Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.

2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Hakimiyyətin Milli Məclisdəki "bitərəf" deputatlarındandır.
 
Ardını oxu...
Xatırladıram ki, bir neçə ay öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti qeydiyyat prosesində kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdir.
Bildirilmişdi ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-in Portal.edu.az platforması üzərindən olacaq. Universitetlər tələbələrdən, magistrlərdən və 2-ci ali təhsil alanlardan heç bir kağız sənəd tələb etməməliydi.
Bir daha bildirirəm ki, indiyədək universitetlərə qəbul üzrə qeydiyyat 3 mərhələdə həyata keçirilirdi :
1. Mərkəzləşdirilmiş qaydada, ETN-in Portal.edu.az platforması vasitəısilə
2. Əksər universitetlər paralel olaraq qeydiyyat aparırdı, özləri üçün kağız sənədlər tələb edirdilər
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər
Magistarturaya qəbuldan sonra apardığımız monitorinqlər onu deməyə əsas verdi ki, bu istiqamətdə atılan addımlar özünü doğrultmuş, on minlərlə tələbələrdən paralel olaraq kağız sənədlər tələb edilməmişdi.
Görəsən indi, bakalavrlarla bağlı vəziyyət necədir ?
Artıq universitetlərə qeydiyyat başlayıb. Qısa bir araşdırma aparmaqla görmək olar ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib. Sosial mediada universitetlərin qəbul elanlarından gorsənir ki, yeni qəbul olunanlar qeydiyyat üçün yalnız ETN-in Portal.edu.az rəqəmsal platformasına yönləndirilir.
Hələlik yalnız bir Universitetin elanında qeyri-adi bir durumla rastlaşdım.
ADPU rəhbərliyi tələbələri qedyiyyatla bağlı Portal.edu.az –a yönəltsə də, maraqlıdır ki, elanda belə bir qeyd də yerləşdiriblər :
“Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər”
Düşünürəm ki, bunlar yolverilməzdir və bu, paralel qeydiyyat, həm də kağız formada yenidən qeydiyyat deməkdir.
ETN-in rəqəmsal platformasında olan sənədləri, bu platformadakı bütün sənədlərə ADPU-nun sərbəst girişi olduğu halda yenidən onları kağız formada tələbələrdən tələb etmək, yumşaq desəm hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır.
Ümid edirəm ADPU rəhbərliyi, paralel qeydiyyata meyl edən digər universitetlər də bunu nəzərə alacaqlar.
Eyni zamanda İRİA və ETN tərəfindən də bu istiqamətdə monitorinqlərin aparılması, universitetlərə bu istiqamətdə bir daha tövsiyələrin verilməsi doğru olardı.
İRİA və ETN-in universitetlərə sənəd qəbulu prosesini tam olaraq rəqəmsallaşdırması, paralelçilikdən imtina edilməsi, kağız formada sənədləşmədən tam imtina edilməsi istiqamətində addımları çox təqdirəlayiqdir.
Osman Gunduz
TEREF
Ardını oxu...Ardını oxu...
 
 
 
Ardını oxu...
Tovuz rayonunun Ağdam kəndi dağətəyi bölgədə yerləşdiyindən tez-tez sel sularının təsirinə məruz qalır.

Bu dəfə də sel bir küçəni yuyub keçilməz hala salıb. Nəticədə təxminən 200 nəfərdən çox sakinin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib. Küçənin yararsız vəziyyətə düşməsi kommunikasiya xətlərinə də ziyan vurub.

Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı rayon rəhbərliyinə məlumat veriblər. Lakin bir aydır ki, vəziyyət olduğu kimi qalır.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanıb. Veriləcək müvafiq qərardan sonra yolun təmirinə başlanılacaq.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

 
Ardını oxu...
DİN polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətindən "Cebheinfo.az"a bildirilib ki, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu “Toyota” markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, hadisə nəticəsində hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib.
 
 
 
Ardını oxu...
Bakıda ictimai nəqliyyat növü olan avtobusların rahat hərəkət etməsi, yaranan tıxacın qarşısının alınması məqsədilə xüsusi avtobus zolaqları yaradılıb. Avtobus zolağına daxil olan digər nəqliyyat vasitələrinin sürücüsü İnzibati Xətalar Məcəlləsinə görə, 100 AZN cərimə olunur.

Lakin bu qadağa bəzi problemlər də yaradıb. Belə ki, taksidən istifadə edən sərnişinlər mindikləri və ya avtomobildən enəcəkləri ünvanı yolqırağı göstərdikdə taksi də onları avtobus zolağına daxil olmadan yolun ortasında düşürür. Bu üsuldan təkcə taksi sürücüləri yox, digər şəxsi avtomobil idarə edənlər də istifadə edirlər. Bu da qəza şəraitinin yaranmasına səbəb olaraq sərnişinlərin həyatını təhlükəyə atır.

Maraqlıdır, sərnişin götürmək və ya onu düşürmək üçün digər nəqliyyat vasitələri avtobus zolağına keçə bilərmi?

Mövzu barədə Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib ki, hazırda avtobus zolağına digər avtomobillərin daxil olması cərimə ilə nəticələnir:

“Ötən il, avtobus zolağının çəkildiyi ilk mərhələlərdə təklif irəli sürmüşdük ki, qanuni taksi fəaliyyəti ilə məşğul olanlar sərnişinin düşüb minməsi üçün avtobus zolağına daxil olsunlar. Burada müəyyən qanuna uyğunsuzluqlar oldu. Ona görə də vəziyyətin əvvəlki kimi, qarışıq olmaması üçün birmənalı olaraq heç kimə icazə verilmədi, hətta bunun cəriməsi 100 manata qədər qaldırıldı. Əvvəl 40 manat idi”.

Ekspertin fikrincə, yaxın zamanlarda olmasa da, gələcəkdə belə hallar nəzərdə tutula bilər:

“Sui-istifadə hallarına yol verilməzsə, hərəkətə mane olunmazsa, gələcəkdə belə bir tətbiq ola bilər. Hələlik yaxın zamanlarda bunun tətbiq olunması gözlənilmir. Hazırda avtobus zolağına girdiyin halda 100 manat cərimə ödəməlisən”.
Ardını oxu...
Gədəbəy rayonu, Qari kənd sakini Qayıbov Natiq Siyaş oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həyat yoldaşını aldadaraq, “DOST” İş Mərkəzindən çıxarıblar:

“Mən, Qayıbov Natiq Siyaş oğlu, yazaraq sizdən xahiş edirəm ki, səsimi lazımi yerlərə çatdırasınız.

1993-1996-cı illərdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ayaqlarımı həmin vaxt soyuq zədələyib, hazırda 1-ci qrup əlilliyim var. Aldığım təqaüd iynə-dərmanımı ödəmir.

Həyat yoldaşım Qayıbova Zərqələm Esnaf qızı “DOST” İş Mərkəzində abadlıq işinə baxırdı. Gərgər kənd icra nümayəndəsi ona deyib ki, iyun ayının 28-də sənin işinə xitam veriləcək. Beləliklə, öz ərizəsi ilə yoldaşım qanunsuz yerə işdən çıxarıldı.

3 qız övladım var, dolanmaq çox çətindir. Kənd icra nümayəndəsi bildirir ki, “DOST” İş Mərkəzi tezliklə bağlanacaq. Amma yalan deyir, bağlanmayacaq. Mənim yoldaşımı aldadıb, öz ərizəsi ilə işdən çıxardılar.

Mən, sizin sayt vasitəsilə “DOST” İş Mərkəzinin rəhbərliyindən xahiş edirəm, yoldaşım yenidən işə götürülsün”.
Ardını oxu...
Paytaxt Bakıda fəaliyyət göstərən iş adamanın bahalı “Land Rover Defender” markalı avtomobilini Naxçıvanda əlindən alıb “həbs ediblər”.

Bu barədə TNS-ə özəl mənbədən məlumat daxil olub.

Məlumata görə, avtomobili Naxçıvanda yüksək vəzifəli şəxs istifadə edir.

Təhlükəsizliyini təmin etmək məqsədilə iş adamının adını hələlik açıqlamırıq.

Sahibkar avtomobilinin geri qaytarılması üçün Naxçıvan rəhbərliyinə müraciət etsə də, nəticəsi olmayıb.

TNS həmin avtomobilin Naxçıvanda hansı vəzifəli şəxs tərəfindən iş adamının əlindən alındığını öyrənib.

Ancaq hələlik həmin vəzifəli şəxsin də adını açıqlamırıq. Mənbə deyir ki, iş admını külli miqdarda ziyana salan, avtomobilini alindən alan vəzifəli şəxsə Naxçıvan əhalisi arasında “canişin” deyirlər.

Hesab edirik ki, bu, çox ciddi məsələdir. Muxtar respublika rəhbərliyi, hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır. Redaksiyaya göndərilən faktları, həmin şəxslərin kimliyini aid dövlət orqanlarına təqim edə bilərik.

Həmin vəzifəli şəxslə bağlı redaksiyaya şok məlumatlar göndərilib. Bir sıra dəqiqləşdirmələrdən sonra onun əməllərini, qısa zaman ərzində əldə etdiyi mülklərin siyahısını ictimaiyyətə açıqlayacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
“Bravo”da çalışan kassirlərdən biri müştərinin “Umico” hesabından gizli bonus çəkərək özünə alış-veriş edib.

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət ünvanlayan Sinəm Qəhrəmanlı adlı müştəri hadisənin “İnşaatçılar” metrostansiyası, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “Bravo”da baş verdiyini bildirib.

“6 iyun saat 20:04 radələrində “Bravo”nun “İnşaatçılar” metrostansiyası, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən filialından su aldım və ödənişi kartla etdim. Həmin an “Umico” kartı təqdim etdikdə mənə kassadakı oğlan dedi ki, xanım, aparat işləmir, mümkünsə kodu yazın. Bonusu adətən tətbiq üzərindən yüklədirəm, ilk dəfə belə alındı. Razılaşdım. Oğlan yüklədi, ödəniş edib çıxdım. Bonus da yükləndi. 7 iyun tarixində isə baxdım ki, bonusdan 17 azn 37 qəpik xərclənib. Zəng edib “Umico” əməkdaşı ilə danışdım. Dedilər ki, 7 iyun gecə saatlarında alış-veriş edilib. Təkzib etdim və elə 7 iyun günü “Bravo”ya yaxınlaşdım. Mənə menecer nə desə yaxşıdır? “Xanım, kassir kodu yadında saxlayıb və sizdən sonra bonusla ödəniş edib. 17 manat 40 qəpik biz sizə kompensasiya edərik”. Neçə ildir, istifadə etdiyim kart bloklanıb. Hirs, əsəb məni bürüyüb, amma bunlar üçün bunu açıqlamaq bu qədər rahatdır? Heç kəsə güvənməyək indi? Təsəvvür edin, kassir özünə içkilər, siqaret, hətta çərəz və çipslər alıb. Adamda rahatlığa bax. Və “Bravo” bunun qarşılığında xüsusi heç nə etmədi. Mənə 17 manat, 30+5+2 qəpik xərclənən pulu verdilər. Nə üzr istəyən oldu nə də heç nə. Mənə qalan əsəb və illərdir istifadə etdiyim kartın bloklanmağı oldu. Heçkəsə etibar etməyin kartlarınızı dostlar.Deməyim budur ki, siz siz olun, “Umico” istifadəçiləri, belə hal ilə rastlaşmamaq üçün kartı etibar etməyin!”, – S.Qəhrəmanlı deyib.

Müştərinin şikayətinə “Bravo” Müştəri Xidmətləri tərəfindən belə mövqe bildirilib:

““Bravo”da qarşılaşdığınız xoşagəlməz hal üçün sizdən üzr istəyirik. Sizə şəxsi mesajlarda müraciət olunmuşdur. Xahiş edirik, nəzər yetirəsiniz…”
 
Ardını oxu...
Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Ardını oxu...
Dövlət Ekoloji Ekpertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin aparıcı mütəxəssisi Hicran Babayeva adından

Bakı şəhəri, Tofiq Abbasov, 40 ünvanında qurumuş ağacın vətəndaşın avtomobilinin üzərinə aşması hadisəsi ilə bağlı təəssüf hissi keçririr və bildiririk ki, adıçəkilən ünvandan qurumuş ağacın götürülməsi ilə bağlı Agentliyimizə hər hansı müraciət daxil olmamışdır.
“Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə - yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməlidir. Onlar da öz növbəsində rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər. Nazirliyin müvafiq əməkdaşları tərəfindən sözügedən ağaclara baxış keçirilir və onların götürülməsinə müsbət rəy verildikdə mərkəzi, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən müvafiq qərar və yaşıllığın götürülməsi vərəqi əsasında ağacların götürülməsi həyata keçirilir. Buna götürülən hər bir ağacın əvəzinə dərhal yenisinin əkilməsi şərti ilə icazə verilir.
Ağacların budanması üçün isə rəy alınmasına ehtiyac yoxdur. Belə ki, torpaq mülkiyyətçiləri mütəmadi olaraq ərazilərində ağacların vəziyyətini yoxlamalı, yaşıllığa zərər vurmamaq şərti ilə aqro-texniki qulluq göstərməli, gövdə ətrafı bərkitmə işləri aparmalı, eyni zamanda qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağac və kolların götürülməsinə rəy alınması üçün isə Agentliyə müraciət etməlidirlər. Çünki ağac 1 həftəyə, 1 aya qurumur, odur ki, mütəmadi aqrotexniki qulluq göstərilməsi sayəsində həm yaşıllıqların ömrünü uzatmaq, həm də onları təhlükəsiz vəziyyətə gətirmək olar.
TEREF
 

Dünyapress TV

Xəbər lenti