Qırğızıstan və Özbəkistan ruslar üçün niyə təhlükəli əraziyə çevrilir? –
Qırğızıstan Rusiya və Ukrayna arasında hərbi əməliyyatlarda iştirakdan boyun qaçıran, öz ölkələrini tərk edən ruslar üçün ən təhlükəli əraziyə çevrilir. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Rusiya tərəfi ilə fəal əməkdaşlıq etməsi, rusların Bişkek və Oş kimi şəhərlərdəki etiraz dolu fəaliyyətləri barədə məlumatların ötürülməsi bunu təsdiqləyir.

KONKRET.az xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi həmçinin rusların ölkədə mövcud olan beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə təmaslarına da nəzarət edir. Söhbət xüsusilə, “Kılım şamı” hüquq müdafiə fondunun nümayəndələri Əzizə Abdırasulova və qızı Gülşair Abdırasulova ilə rusiyalılar arasındakı əlaqələrdən gedir. Çünki “Kılım şamı” Fondu bir neçə ildir ki, Soros-Qırğızıstan Fondu və USAİD tərəfindən maliyyələşir.

Fəal ictimai-siyasi və vətəndaş mövqeyi sərgiləyən ruslar Qırğızıstanda olmaqla özlərini təhlükəsiz hiss etmirlər, əksinə getdikcə rusofobiyanın təzahürləri ilə üzləşirlər. Onlar hesab edirlər ki, milli vətənpərvərlər tərəfindən həyata keçirilən təxribatların təşəbbüskarı məhz Rusiya və Qırğızıstan Milli Təhlükəsizlik Komitəsidir. Qırğızıstandakı fəal vətəndaş mövqeyi nümayiş etdirən rusların fikrincə, bu təxribatlar onları milli qanunvericiliyi pozmağa sövq etmək məqsədi daşıyır. Beləliklə də ölkənin miqrasiya departamentinin fəalları Rusiyaya deportasiya etməsi üçün hüquqi əsaslar yaradır. Ona görə də, yaxın gələcəkdə yerli hüquq müdafiəçilərinin dəstəyinə baxmayaraq, rusiyalıların müəyyən hissəsi öz təhlükəsizlikləri üçün Qırğızıstan ərazisini tərk etməyə məcbur olacaqlar.

Bununla belə, oxşar vəziyyət Özbəkistanda da hökm sürür. Məlumata görə, iş adamı Sergey Kim Rusiyanın işğalından zərər çəkmiş Ukrayna vətəndaşlarını dəstəkləyən, onların Özbəkistandakı səfirlik və bir sıra Qərb dövlətlərinin nümayəndəlikləri ilə daimi əlaqəsini təmin edən “Özbəkistandan Ukraynaya kömək” yardım layihəsini yaradıb. Özbəkistan hakimiyyəti heç bir şəkildə layihəyə müdaxilə etməsə də, onun işinin təşkilinə də yardım göstərmir. Eyni zamanda, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təklifi ilə layihənin fəaliyyətinə nəzarət edilir. Burada məqsəd Rusiya əleyhinə genişmiqyaslı etiraz aksiyalarının təşkili və keçirilməsinin qarşısını almaqdır. Bu məqsədlə artıq Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları iki ölkə arasında hərbi münaqişə ilə bağlı hadisələri işıqlandırmağa çalışan jurnalistlərin və blogerlərin təqibinə başlayıb. Bundan başqa, Özbəkistana gələn Rusiya vətəndaşları ilə analoji söhbətlər aparılır, onlara Özbəkistanda öz siyasi mövqeyini açıq şəkildə ifadə etmək ənənəsinin olmadığı izah edilir və ölkənin milli təhlükəsizliyinə təhdid yaratmamaq tövsiyə olunur. Bu səbəbdən Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi rusların hərəkətlərini və əlaqələrini diqqətlə izləyir və onlar haqqında Rusiya tərəfinə məlumat ötürür. Bunu söyləmək üçün bütün əsaslar var.
 
 

Bölmənin digər xəbərləri

03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy

Dünyapress TV

Xəbər lenti