Güneyli azərbaycanlılardan Rusiya sülhməramlılarına
Güney azərbaycanlıları ictimai fəalların və ekologiya üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Şuşa-Laçın yolunda keçirdiyi aksiyanı dəstəkləyir.

DİA.AZ bildirir ki, bunu Modern.az-a açıqlamasında Cənubi Azərbaycanın milli fəalı, "Gunaz TV" rəhbəri Əhməd Obalı deyib. Onun sözlərinə görə, Güneydə yaşayan soydaşlarımız Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşıdır:

"Amerikanın, Rusiyanın, Avropa ölkələrinin, o cümlədən BMT-nin qəbul etdiyi kimi Qarabağ Azərbaycan torpağıdır. Qarabağda qanunsuz işlərin qarşısını almaq və mədənlərində monitorinq aparmaq Azərbaycanın haqqıdır. Təəssüf ki, sülhməramlılar Azərbaycan dövlətinin bu təbii hüququnun qarşısını almaq istəyir. Belə olan halda fəalların və Azərbaycan dövlətinin məsələyə etiraz etməsi qaçılmaz olub. Bu baxımdan güneyli azərbaycanlılar olaraq, azərbaycanlı fəalların Şuşa-Laçın yolunda Rusiya sülhməramlılarına etirazını dəstəkləyirik. Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz olaraq talanmasına etiraz edirik. Yeri gəlmişkən hesab edirik ki, Azərbaycan yeraltı qaynaqlarının talan edilməsinin qarşısını almaqla yanaşı, talan zamanı ətraf mühitin çirkləndirilməsinin də qarşısını almalıdır".

Ə.Obalı vurğulayıb ki, güneyli soydaşlarımız Laçın yolundakı dinc aksiyanı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni edəcəklər:

"Rusiya sülhməramlıları üçtərəfli bəyanat əsasında öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər. Əslində onlar sülhü təmin etməlidirlər. Sülhməramlılar ermənilərin tərəfini tutub azərbaycanlıların yolunu kəsməli deyillər. Bu, onların qəbul etdiyi bəyannamənin müddəalarına ziddir. Biz güneylilər olaraq sülhməramlılara öz etirazımızı bildiririk. Qardaşlarımızın aksiyalarını dəstəklədiyimizi bir daha qeyd etmək istəyirəm. Biz də etirazçıların səsinə səs verməli, onların haqlı mübarizələrini dünyaya çatdırmalıyıq. Bunu mütləq edəcəyik".

Qeyd edək ki, azərbaycanlı fəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ermənilərin ərazilərimizdəki təbii yeraltı sərvətləri talamasına və ekoloji terror törətməsinə etiraz olaraq aksiya keçirirlər. Bu gün artıq aksiyanın 4-cü günüdür. Əsas tələb Rusiya sülhməramlılarının baş komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsi və Azərbaycanın monitorinq qrupunun bölgəyə buraxılmasına şərait yaradılmasıdır. Lakin indiyə qədər aksiya iştirakçılarının heç bir tələbi yerinə yetirilməyib. Buna müvafiq olaraq azərbaycanlı fəallar tələbləri yerinə yetirilməyincə öz aksiyalarını davam etdirəcəklərini bildirirlər.

Bölmənin digər xəbərləri

03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy

Dünyapress TV

Xəbər lenti