ABŞ-ın prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. keçmiş prezident Co Baydenin prostat xərçəngi diaqnozunu ictimaiyyətə açıqlanmasının ardından sosial mediada onun həyat yoldaşı Cill Baydenə istehza dolu münasibət sərgiləyib.
Tramp Jr. X-da paylaşdığı yazıda doktor elmi dərəcəsinə malik olmasına baxmayaraq Cill Baydenin həyat yoldaşında bu cür ağır xəstəliyin beşinci mərhələyə çatmasını necə görmədiyini soruşub. O, paylaşımında belə yazıb:
"Mən bilmək istəyirəm, doktor Cill Bayden metastatik xərçəngin beşinci mərhələsini necə qaçırdı? Yoxsa bu da başqa bir gizlətmə hadisəsidir?".
Tramp Jr. digər paylaşımında isə prostat xərçənginin ən asan diaqnoz qoyulan növlərdən biri olduğunu və müalicə olunmadan 5-7 il ərzində metastaz verdiyini qeyd edən bir yazını sitat gətirib. Həmin paylaşıma görə, Bayden bu xəstəliklə artıq prezidentliyi dövründə də mübarizə aparırıb, lakin bunu ictimaiyyətdən gizlədib.