Stalin Çörçilin qətlinə icazə verməyib, rus sürücü Ruzvelti xilas edib -Yalta konfransının nüansları.
Ən yeni tarix. Maraqlı faktlar.
AntiHitler koalisiyasının rəhbərlərinin Yalta konfransı düz 80 il əvvəl, 1945-ci il fevralın 4-dən 11-dək baş tutub. İştirakçıların təhlükəsizliyinin təşkili gərgin iş və bir çox gizli məsələlərin həllini tələb edib.
Onilliklər ərzində müharibədən sonrakı dünya nizamını müəyyən edən görüşün bəzi sirləri heç vaxt açılmayacaq. Buna baxmayaraq, bir çox nüanslar məlumdur.
Şərab zirzəmisində gizlənən SSRİ rəhbərliyi
29 yanvar 1945-ci ildə sovet nümayəndə heyəti yaxşı mühafizə olunan xüsusi qatarla Moskvadan Minskə yola düşüb. Məqsəd “Böyük üçlük” qrupuna daxil olan dövlətlərin SSRİ, ABŞ və Böyük Britaniyanın rəhbərlərinin sammitində iştirak olub.
SSRİ tərəfdən görüşdə Nazirlər Sovetinin sədri İosif Stalin, Böyük Britaniyadan baş nazir Uinston Çörçill və Amerika Birləşmiş Ştatlarında prezident Franklin Ruzveltin qatılacağı nəzərdə tutulub.
Lakin Stalin Minskə gedən qatarda olmayıb. Onun qatarı yerli vaxtla saat 16:00-da Moskvadan Melitopol vasitəsilə Simferopola gedəcəkmiş. Qatarı mühafizəçilərin yerləşdiyi iki vaqonlu bir parovoz izləyib. Zenit silahları ilə təchiz edilən qatar çox yavaş, orta hesabla 33 km/saat sürətlə hərəkət edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739694945_2.jpg
Sonra Stalin avtomobillə Koreizdəki Yusupov sarayındakı iqamətgahına gedib.
Stalin və xarici işlər komissarı Vyaçeslav Molotovun iqamətgahı sarayın gözəlliyi ilə deyil, qayalıqların dərinliklərində oyulmuş nəhəng şərab zirzəmisinin olmasına görə seçilib.
Zirzəmidə elektrik və dövlət rabitə sistemi quraşdırılıb. Stalinə məlumat verilib ki, zirzəminin müdafiəsi 1000 kiloqramlıq bombanın birbaşa zərbəsinə tab gətirə bilər.
Yaltadakı müttəfiqlər bir-birinə mütəmadi olaraq güzəştə gedib. Məsələn, Çörçill və Ruzvelt 1944-cü il mayın 18-dən 20-nə kimi tatarların Krımdan deportasiya edilməsi barədə tam məlumatlı olublar, lakin konfransda bunu heç vaxt dilə gətirməyiblər.
Çörçilin və Ruzveltin xilas edilməsi
1944-cü ilin noyabrında qırmızı ordunun Balkanlarda irəliləməsi səbəbindən mühasirəyə düşməkdən qorxan nasistlər Yunanıstandan tamamilə geri çəkilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739694945_3.jpg
Bütün ölkə kommunistlərin tərəfdarı olan ELAS partizanlarının nəzarətinə keçib. İngilislərin Yunanıstana hücumu da elə həmin vaxt başlayıb. Bu dəfə ingilis qoşunlarının sayı 1941-ci ilin yazında Yunanıstanda almanlara qarşı döyüşdükləri zaman olduğundan iki dəfə çox olub.
ELAS ilə ingilislər arasında müharibə başlayıb. 25 dekabr 1944-cü ildə Uinston Çörçill Afinaya gəlib və ən yaxşı hotel olan “Böyük Britaniya”da qalıb.
Partizanlar səfərdən xəbər tutublar və otelin zirzəmisinə bir ton partlayıcı maddə yerləşdiriblər. Lakin Stalinin göstərişi ilə sovet kəşfiyyatçıları partlayışın qarşısını alıblar.
SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşı isə Ruzvelti xilas edib. Prezidentin “Livadiya” sarayından ayrılması zamanı mühafizəçilər əlil arabasında olan Ruzvelti “Villis” markalı avtomobilin ön oturacağına əyləşdiriblər.
Səhlənkarlıq ucbatından Ruzveltin arabası üçün xüsusi hazırlanmış dayaq barmaqlıqları möhkəm bağlanmayıb və bərbad yolda ABŞ prezidenti qapısı açılan avtomobildən düşməyə başlayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739694945_4.jpg
Ruzvelti dövlət təhlükəsizlik leytenantı (vəzifəsi: 1-ci kateqoriyalı kəşfiyyatçı sürücü) Fyodor Xodakov ölümdən xilas edib. O, fövqəladə vəziyyətə dərhal reaksiya verib və maşından yıxılan ABŞ prezidentini paltarından tutub yenidən maşına çəkib.
Qeyd edək ki, Krım konfransı adını almış bu konfransda qərara alınıb ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir.
SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.
İlkin Nəcəf
TEREF
 

Bölmənin digər xəbərləri

02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib

Dünyapress TV

Xəbər lenti