“ABŞ VƏ RUSİYA ZELENSKİNİ SƏHNƏDƏN ÇIXARMAQ İSTƏYİR” –
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya səfər edərkən, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri Ukraynadakı müharibəni müzakirə etmək üçün bir araya gəlmişdilər.

Bu barədə yazı dərc edən “The Telegraph”-ın qeyd etdiyi kimi, Türkiyədə Ukrayna Prezidentinin əhvalının tutqun, düşüncələrinin isə başqa yerdə olduğunu görməmək mümkün deyildi: “Müharibə 2022-ci ilin fevralında başlayandan bəri ilk dəfə Zelenski (danışıqlardan) kənarda qaldı”.

Nəşr qeyd edib ki, Donald Trampın seçkilərdəki qələbəsi ərəfəsində də Zelenskinin Qərbdə təsirinin zəiflədiyini göstərən əlamətlər var idi. Belə ki, müəllifin yazdığına görə, Ukrayna Prezidenti hələ 2024-cü ilin sentyabrında Vaşinqtona səfər edərkən nüfuzlu şəxslərlə görüşməkdə çətinlik çəkib. Lakin bu həftə onun ümumiyyətlə hesaba alınmadığı nümayiş etdirildi: “Ukrayna Prezidenti Atatürkün məzarının pilləkənlərini qalxarkən Ər-Riyadda onun ölkəsinin gələcəyinin şəkli çəkilirdi. Orada ABŞ nümayəndə heyəti ilk dəfə rusiyalı həmkarları ilə müharibədən çıxış yollarını müzakirə etmək üçün görüşürdü”.

Nəşr qeyd edir ki, sammitdən gələn ilk xəbərlər rusların və amerikalıların Zelenskini müzakirələrə dəvət etməmələrinin səbəbi barədə təsəvvür yaradıb: “Hər iki nümayəndə heyəti hər hansı sülh sazişi imzalanmadan Ukraynada seçkilərin keçirilməsi ideyası ilə razılaşıb”.

“The Teleqraph” vurğulayıb ki, Zelenskinin vəzifəsindən kənarlaşdırılması Putinin əsas məqsədidir. Çünki heç kim Kremlin Ukraynanı əsarət altına almaq və onun ruhunu sındırmaq ambisiyalarının qarşısını almaqdan ötrü Zelenski qədər iş görməyib: "Rusiya FSB-sinin onu öldürə bilməməsi biabırçılıq hesab olunur. İndi Kreml hesab edir ki, əsas ümid Ukraynanı seçkilərə sövq etmək, seçkiyə həmişəki adi sxem üzrə müdaxilə etmək və hakimiyyətə Zelenskinin heç zaman imzalamayacağı alçaldıcı sülh müqaviləsini imzalayan moskvapərəst “marionetka” gətirməkdir".

Lakin qəzetin yazdığına görə, Zelenskini vəzifədən uzaqlaşdırmaq cəhdləri ciddi çətinliklərlə üzləşəcək. Çünki Rusiya üçün indi Ukrayna seçkilərinə təsir etmək müharibədən əvvəlki kimi asan deyil: "Əhalinin əksəriyyəti Putinin adı gələndə tüpürür. Dezinformasiya ilə cəmiyyətdə (Zelenskiyə qarşı) nifrət oyandırmaq olmaz. Ukrayna əhalisinin ən çox moskvayönlü təbəqəsi onsuz da ruslar tərəfindən işğal olunmuş və buna görə də Ukraynadakı seçki prosesində iştirak edə bilməyən Donbasda yaşayır".

Qəzet qeyd edir ki, Putin və Tramp Zelenskini seçki yolu ilə səhnədən çıxarmaq istəsə də, onların bu planının müvəffəqiyyət qazanacağına heç kim təminat verə bilməz. \\AzPolitika.info
 

Bölmənin digər xəbərləri

02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib

Dünyapress TV

Xəbər lenti