Cənubi Qafqazdakı avropalı casuslar təşvişə düşüb: Qərb Ermənistandakı missiyanın müddətini uzadır Region
Avropa İttifaqının Ermənistandakı EUMA missiyası Azərbaycana yaxın ərazilərdə müşahidəni gücləndirib. Sosial şəbəkələrdə müşahidəçilərin Azərbaycan sərhədi boyunca hərəkətini əks etdirən görüntülər yayılıb. Missiyanın mandatı fevral ayında başa çatmalı olsa da, Aİ onun fəaliyyətini daha iki il uzatmağı qərara alıb. Bununla yanaşı, Ermənistan İranla sərhəddəki rus sərhədçilərindən azad olduğunu qürurla bəyan edir, lakin Azərbaycanla sərhədin qorunması üçün EUMA-dan yardım istəyir.

"Report" xəbər verir ki, bu barədə "NEWS.ru" saytının məqaləsində deyilir.

Məqalədə deyilir ki, yanvarın 28-də Azərbaycan mətbuatı EUMA müşahidə missiyasının avtomobil karvanının Ermənistanla şərti sərhəd boyunca hərəkətini əks etdirən videonu yayımlayıb. Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Bildirilir ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Eyni zamanda, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən az sonra 2022-ci ildə yaradılan mülki missiyanın taleyini həll etməli olduğu tarix yaxınlaşır. 2023-cü ilin fevralında missiya bu il fevralın 20-də başa çatacaq mandatını alıb.

İki həftə əvvəl Aİ-nin Mətbuat xidməti müşahidəçilərin daha iki il qalmasını təxmin etmişdi. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, missiyanın vaxtının uzadılması artıq Aİ üzvləri tərəfindən razılaşdırılıb və yalnız hüquqi prosedurlar qalıb.

"Caliber.az" saytı Brüsselin daha çox vaxta ehtiyac duyacağını iddia edir: “Bizim məlumatlara görə, mandatın genişləndirilməsi planlaşdırılır. Bu, missiyanın yalnız kəşfiyyat xarakterli deyil, tam hərbi nümayəndəlik formatına keçməsinə imkan verən yeni elementləri əhatə edir”.

Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfəri zamanı qürurla bəyan edib ki, İrəvan artıq öz sərhədlərini müstəqil qorumaq iqtidarındadır. O, bu sözləri İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrində 1990-cı illərdən fəaliyyət göstərən rus sərhədçilərinin çıxarılmasını şərh edərkən bildirib.

“Biz artıq məlumat vermişik ki, bu sərhəd hissəsi bundan sonra öz qüvvələrimiz tərəfindən qoruna bilər. Burada böyük siyasi qalmaqal üçün heç bir əsas görmürəm”, - Mirzoyan NEWS.ru saytına Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra bildirib.

Bununla belə, Ermənistan Azərbaycanla sərhədlərin monitorinqi üçün üçüncü ölkələrin yardımına müraciət edir. Mirzoyanın sözlərinə görə, Aİ missiyası delimitasiya tam başa çatana qədər bölgədə qalacaq. Məlum olduğu kimi, Qarabağ münaqişəsi tamamilə həll edilib, İrəvan və Bakı delimitasiya və demarkasiya üzrə birgə iş aparmaq barədə razılığa gəliblər.

"Əslində missiya Ermənistana heç bir fayda vermir, çünki bu, sadəcə müşahidəçilərdən ibarətdir və onların hər hansı praktiki addım atmaq səlahiyyəti yoxdur", - Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan "NEWS.ru"ya deyib.

Onun sözlərinə görə, Qərb heç bir şəkildə Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, buna baxmayaraq, hakimiyyət nəyəsə görə NATO ölkələrinə üstünlük verir. Bu kurs İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra başlayıb.

“Hamı ilə yaxşı münasibətlər qurmağa çalışan balanslaşdırılmış siyasət sadəcə bir pərdə idi və Ermənistan hakimiyyətinin real niyyətini gizlədirdi. Rus sərhədçilərinin çıxarılması Ermənistan üçün fəlakətli addımdır”, - Sarkisyan vurğulayıb.

Missiyanın qərargahı Ermənistanın sərhədyanı Vayotsdzor bölgəsində, Yexeqnadzor şəhərində yerləşir. Missiyanın tərkibi 200 nəfərdən, əsasən polyak, alman, isveçli və digər Aİ ölkələrindən olan zabitlərdən ibarətdir.

Yeni mandatın uzadılması isə Bakı tərəfindən çoxsaylı suallarla qarşılanır, çünki missiya nəinki casusluqda, hətta ümumilikdə Cənubi Qafqazda sabitliyi pozmağa çalışmaqda şübhəli bilinir.

Moskva EUMA missiyasına başlayandan onun fəaliyyətinə şübhə ilə yanaşıb. Keçən ilin sentyabrında Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirmişdi ki, Avropa müşahidəçiləri faktiki olaraq Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə missiyanın fəaliyyətinin mənfi xarakter daşıdığını qeyd edib.

"Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya və anti-İran məqsədləri aydındır. Üstəlik, ona NATO ölkələri də qoşulub. Aydın olur ki, bu, Cənubi Qafqazda Qərbin mövcudluğunu möhkəmlətmək üçün istifadə olunan geosiyasi layihədir", - M.Zaxarova vurğulayıb.

"Bu sadəcə müşahidəçilər deyil, NATO tərəfindən idarə olunan, xüsusən Fransanın dəstəklədiyi hərbi missiyadır. Qərb bu missiya vasitəsilə Gürcüstanda olduğu kimi eyni məqsədi güdür", - politoloq Aleksandr Razuvaev söyləyib.Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin birinci müavini Aleksey Jurarov bildirib ki, avropalılar heç nəyi müdafiə etməyə hazır deyillər: "Bu, hərbçilər deyil, sadəcə müşahidəçilərdir və əslində kəşfiyyat funksiyalarını yerinə yetirirlər".
 

Bölmənin digər xəbərləri

03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy

Dünyapress TV

Xəbər lenti