Rusiya saxta məlumatlar verərək törətdiyi hərbi cinayəti gizlətməyə səy göstərir -ANALİZ
Azərbaycanın irəli sürdüyü haqlı tələblərə cavab olaraq, Rusiya Prezident Administrasiyasının Rusiya mediasına müəyyən təlimatlar verdiyi barədə məlumatlar var. Bu təlimatlar nəticəsində Rusiya mediasında hadisənin fərqli aspektlərinin işıqlandırılması və Azərbaycanın iddialarının təkzib edilməsi istiqamətində materiallar yayımlanır. Məsələn, bəzi Rusiya mənbələri təyyarənin vurulması ilə bağlı fərqli versiyalar irəli sürərək, hadisənin texniki nasazlıq və ya pilot səhvi nəticəsində baş verdiyini iddia edirlər. Azərbaycan tərəfi isə beynəlxalq ictimaiyyəti hadisənin obyektiv araşdırılmasına çağırır və məsuliyyətin müəyyənləşdirilməsini tələb edir. Bu hadisə Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olub və hər iki tərəf məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə müzakirələr aparır. Son günlərdə Rusiya mediasında Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Bu kampaniya çərçivəsində 2020-ci ilin noyabrında Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında paralellər aparılır. Lakin bu cür müqayisələr əsassız və yersizdir. 2020-ci ilin noyabrında baş verən hadisədə, Rusiya helikopteri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində, aşağı hündürlükdə və hava müdafiə sisteminin radar müşahidəsindən kənar zonada uçuş həyata keçirərkən səhvən vurulmuşdu. Azərbaycan tərəfi dərhal üzr istəyərək, təzminat ödəməyə hazır olduğunu bildirmişdi. Halbuki, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı iddialar tamamilə fərqli şəraitdə baş verib və bu iki hadisə arasında paralellik aparmaq doğru deyil. Belə müqayisələr, sadəcə olaraq, ictimai rəyi manipulyasiya etməyə və diqqəti əsas məsələdən yayındırmağa xidmət edir. Rusiya onsuz da dostsuz qalıb və belə bir şəraitdə Azərbaycan kim dostu da itirmək ərəfəsindədir. Rusiya mediasına və onlara Kremldən təlimat verənlərə tövsiyə edərdik ki, onsuz da Azərbaycanında ictimaiyyət arasında pis olan imiclərini daha da aşağı salmasınlar.

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Rusiyanın Azərbaycanın təyyarəsinin vurulmasına verdiyi reaksiya humanizm prinsiplərindən tamamilə uzaqdır:

“Eyni zamanda beynəlxalq hüquq normalarına kəskin şəkildə ziddir. Kreml həmişə olduğu kimi indi də absurd, məntiqsiz və yalnız Rusiyanın hegomonluğunu qabardan mövqedən çıxış etməyə cəhd göstərir. Digər tərəfdən isə Kreml sözügedən məsələ üzərində manupulyasiyalar etməkdədəir. Rusiya siyasi dairələri onlarla insanın həyatına son qoyan hərbi cinayəti yalan xarakterli təbliğatla ört-basdır etməyə çalışır. Həmçinin müxtəlif bəhanələr uyduraraq Azərbaycana qarşı ittihamlar irəli sürməyə cəhd göstərir. Onsuz da Rusiyadan bundan fərqli yanaşma gözləməyin özü də sadəlövlük olardı. Rusiya dünyanın ən ədalətsiz, dünyanın beynəlxalq hüquq normalarına uymayan dövlətlərindəndir. Ona görə də rəsmi Bakının, bütövlükdə Azərbaycan dövlətinin Rusiyanın davranışlarına qarşı prinsipial, qətiyyətli və sərt mövqe tutması haqlı tələbdir. Rəsmi Moskvanın AZAL-ın təyyarəsinin Rusiya ərazisində vurulması ilə 2020-ci ilin noyabrında rus helikopterinin vurulmasını müqayisə etməsi olduqca absurd yanaşmadır. Çünki həmin helikopterin kimin tərəfində vurulduğu bəlli deyil və birmənalı şəkildə sübuta yetirilməyib. Digər tərəfdən isə bəzi məlumatlara görə rus helikopterinin vurulmasını Rusiya Xarici Kəşfiyyat Xidməti xüsusi əməliyyat şəklində təşkil edib. Rusiya helikopteri Azərbaycanla sərhəddə erməni hərbi hissələrinin yerdəyişməsinə müşaət edirdi. Həmin zaman Azərbaycan bu məqamı əsas gətirərək Rusiya helikopterinin rəsmi Bakıya qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edə bilərdi. Helikopterin vurulmasından sonra Rusiya sülhməramlılarının bir neçə saat ərzində Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsi həmin helikopetin məhz Rusiya Xarici Kəşfiyyat Xidmətinin planı əsasında vurumlası versiyasını inandırıcı edir”.

Ekspert qeyd edib ki, bütün bunları Rusiyanın yenidən gündəmə gətirməsi onların özünün də əleyhinə hərəkət edə bilər:
“Hazırda Azərbaycan dövləti həqiqətləri açıqlaya bilər, belə olan halda Rusiyanın hansı qaranlıq oyunlar oynadığı ortaya çıxacaq. Rusiya AZAL-ın sərnişin təyyarəsini vurdu və daha sonra Xəzər dənizində batırmaq üçün yaxın olan hava limanlarında enməyə icazə vermədilər. Ona görə də Rusiya saxta məlumatlar verərək törətdiyi hərbi cinayəti gizlətməyə səy göstərir. Azərbaycan isə heç vaxt Rusiyaya həmin imkanı verməyəcək və bütün həqiqətləri ortaya çıxacaq. Daha sonra Rusiya lazımından artıq şəkildə Azərbaycandan üzr istəməli olacaq”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy

Dünyapress TV

Xəbər lenti