SEPAH-ın Azərbaycana qarşı təxribatının gizli MƏQSƏDİ
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə Azərbaycana qarşı həddini aşıb.

Belə ki, SEPAH-ın sosial şəbəkə hesabında paylaşılan mesajında Azərbaycan ərazisində İsrail hərbçiləri olduğuna dair yalan informasiya yayılıb.

Xatırladaq ki, bir neçə gün öncə rəsmi Bakı bu uydurma, əsassız xəbərlərə görə ərazisində heç bir xarici ölkənin hərbi kontingentinin olmadığını bir daha bəyan edib.

Buna baxmayaraq, SEPAH yenə də öz çirkin əməllərindən əl çəkməyərək, ölkəmizə qarşı böhtan xarakterli qarayaxma kampaniyasını davam etdirir.

Maraqlıdır, İranla Azərbaycan arasında münasibətlərin normallaşdığı bir vaxtda SEPAH nə üçün yenidən belə təxribatçı addımlar atır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, SEPAH növbəti dəfə Azərbaycan əleyhinə informasiya təxribatına əl atır:

“Bu isə o deməkdir ki, bu günə qədər Azərbaycan əleyhinə olan bütün dezinformasiyaların arxasında SEPAH-ın dayandığını ortaya qoyur. Əgər həqiqətən ölkəmizdə İsrail hərbçiləri olsaydı, bunu aşkar etmək o qədər də problem olmazdı.

Amma heç bir fakt, görüntü və ya sənəd yoxdur. Buna baxmayaraq, SEPAH belə təxribatlarla Azərbaycanla İran arasındakı münasibətləri barışmaz vəziyyətə gətirmək istəyir.

Xatırladım ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian adından ölkəmizlə bağlı yayılan dezinformasiyanın da arxasında SEPAH dayanırdı. Hərçənd ki, Məsud bəy ölkəmiz əleyhinə fikirlər səsləndirməyib, səsləndirə də bilməz. Nəticədə, sözügedən iddianın da təxribat olduğu sübut olundu”.

Ekspert qeyd edib ki, SEPAH Məsud Pezeşkianın prezidentliyi dönəmində İranın Azərbaycan və Türkiyə ilə münasibətlərinin müsbət mənada ən yüksək səviyyəyə qalxmasından narahatdır:

“Bu konteksdə isə Azərbaycan və Türkiyəyə düşmənçilik edən Ermənistan kimi ölkələr kölgədə qalar. Ona görə də SEPAH kimi qüvvələr münasibətləri korlamaq üçün daim belə dezinformasiyalardan istifadə edirlər.

Bundan başqa, Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi SEPAH-ın nüfuzuna ən böyük zərbə idi. Çünki SEPAH-ın bu günə qədər deyildiyi kimi qüdrətli olmadığı və himayəsindəki yüksək rütbəli qonağı qoruya bilmədiyi ortaya çıxdı.

Bu isə bütövlükdə İran dövlətinin təhlükə altında olduğunu göstərir. Artıq SEPAH bütün nüfuzunu və etimadını itirib. Bunu ört-basdır etmək üçün isə onlara iki əsas lazımdır.

Birincisi, başda Azərbaycan olmaqla, qonşu ölkələrlə münasibətləri gərginləşdirməkdir. İkincisi, İsrailə qısamüddətli də olsa, qarşılıqlı atışma təşkil etməklə SEPAH-ın zəifliyini gizlətməkdir”.
 
 
 

Bölmənin digər xəbərləri

15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır

Dünyapress TV

Xəbər lenti