"İran savaşdan qaça bilməyəcək" - Ekspert
"Yaxın Şərqdə genişmiqyaslı müharibə və İranın da bu savaşa cəlb edilməsi qaçılmazdır. İran istəsə də, HƏMAS lideri İsamyıl Haniyənin Tehranın mərkəzində, özü də SEPAH-ın qonaq evində qətlə yetirilməsindən sonra savaşdan qaça bilməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Mürtəza Bünyadlı deyib.

Mürtəza Bünyadlı bildirib ki, artıq bir neçə aydır Yaxın Şərqdə genişmiqyaslı müharibəyə hazırlıq gedir və bunun üçün son aylarda bölgədəki proseslərin xronologiyasına diqqət yetirmək kifayətdir:

"Birincisi, İranın savaşa hələ bir neçə ay bundan əvvəl, daha doğrusu mərhum prezident İbrahim Rəisinin ölümündən əvvəl cəlb edilməsi planlaşdırılırdı. Lakin Tehran Yaxın Şərqdə başlayacaq genişmiqyaslı müharibədən uduşla çıxa bilməyəcəyini gördüyündən Rəisini aradan götürdü. Bununla vaxt qazanmağa çalışdı. "İslahatçı" Məsud Pezeşkianın da prezident seçilməsi də İranın müharibədən yan keçməsinə və Qərblə hansısa formada münasibətlərin qurulmasına xidmət edirdi. İkincisi, Pezekian qalib gəldikdən sonra maraqlı güclər İranın Qərblə münasibətlərində gözlənilən yumşalmanın qarşısını almaq üçün növbəti bir prosesə start verdi. Hizbullah-İsrail, Yəməndəki husilərlə İsrail arasında qarşıdurmasının gərginləşməsi və bunun pik həddə çatması, Qırmızı dənizdəki gərginliyin artması, Qəzza zolağında İsrail əməliyyatları dayandırmaq əvəzinə davam etdirməsi, İsrail baş naziri benyamin Netanyahunun ABŞ-a səfəri, orada keçirilən görüşlər, Konqresdə çıxışı, Suriyada PKK/YPG terror dövlətinin yaradılmasına cəhd, İraqda İrana bağlı "Həşdi əş Şəəbi" təşkilatın qarşı reydlər və digər faktorlar Tehranı Yaxın Şərqdəki müharibənin tərəfi olmaq istiqamətində atılan addımlardır.

Üçüncüsü, Tehran nə qədər zəif olsa da, hələlik bölgədəki geosiyasi proseslərdə proksi güclərindən ağıllı istifadə edərək faydalanırdı. Tehran proksi gücləri hesabına həm İsrail, həm də Qərblə açıq qarşıdurmadan yayınırdı. Ona görə də Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanmasında maraqlı olan güclər Haniyəyə İranın yeni prezidentinin andiçmə mərasimi günü sui-qəsd təşkil etməklə Tehrana başqa alternativ buraxmadılar. Artıq İranın bölgədə gözlənilən müharibəyə açıq şəkildə başlamaqdan və ya qoşulmaqdan başqa alternativi qalmır. Bu baxımdan, Haniyənin öldürülməsi Yaxın şərqin yenidən dizayn edilməsinin tərkib hissəsidir".

Ekpsert onu da əlavə edib ki, Yaxın Şərqdə başlayacaq müharibədə təkcə İsrail və Qərb deyil, eyni zamanda bu gün İranla eyni cinahda olan Rusiya və Çin də maraqlıdır:

"Rusiya və Çin müharibə coğrafiyasının genişlənməsinə çalışmaqla Qərbin onlara olan təzyiqlərindən, sanksiyalarından özlərini yayındırmağa, arxa plana keçirib vaxt qazanmağa çalışırlar. Həm də Yaxın Şərqdəki müharibədən öz maraqlarını təmin etməyə çalışırlar. Odur ki, hazırki beynəlxalq münasibətlər sistemində Tehranla müttəfiq qolunda çıxış edən Moskva və Pekin İranı Yaxın Şərqdəki "cəhənnəmə" sürükləməkdə bəlkə də Qərbdən, İsraildən daha çox istəyirlər. Çünki onlar bu müharibəyə həm də özlərinin xilası kimi baxırlar".

Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailə birbaşa hücum əmri verib. Beləliklə, İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda məhv edilməsinə cavab vermək istəyir. Adı açıqlanmayan üç İran rəsmisi mətbuata bildirib ki, Xameneinin əmri İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası zamanı verilib.

Eyni zamanda, NYT mənbələri aydınlaşdırıb ki, İran hərbi komandanlığı Tel-Əviv və Hayfa yaxınlığındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə növbəti zərbə endirmək imkanını nəzərdən keçirir. Eyni zamanda, İran "mülki hədəflərə hücumlardan qaçmağa çalışacaq". Jurnalistlərin həmsöhbətləri onu da aydınlaşdırıblar ki, bu, İran və onun Yəmən, Suriya və İraqdakı "müttəfiq qüvvələrinin" koordinasiyalı hücumu ola bilər.

Adı açıqlanmayan rəsmilər bildiriblər ki, Xamenei hərbi komandirlərə müharibənin genişlənəcəyi və İsrail və ya ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə həm hücum, həm də müdafiə planları hazırlamağı tapşırıb.
 
 
 

Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti