Xamenei yenə İsraili hədələdi:
İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamenei Fələstinin İslami Cihad Hərəkatının rəhbərliyin qəbul edib.

O, İsrailə qarşı dirəniş göstərən cihadçıların rəhbəri Ziad Al-Nakhalehi qələbə münasibəti ilə təbrik edib.

“İndi sionist rejimin vəziyyəti 70 il əvvəlki ilə müqayisədə xeyli dəyişib və sionist liderlərin bu rejimin 80-ci ilini görməməkdən narahat olmağa haqqı var”, -deyə o vurğulayıb.

Musavat.com-un məlumatına görə bu barədə İranın yarım-rəsmi agentliyi “Fars News” xəbər yayıb.

“Biz (2015-ci ildə) qeyd etmişdik ki, sionist rejim bundan sonra heç 25 il ayaqda dura bilməyəcək, lakin görünən odur ki, onlar özləri tələsirlər və daha aradan tez getmək istəyirlər”, - deyə Xamenei bildirib.

“Bu gün sionist düşmən passiv reaksiya mövqeyindədir və bu vəziyyət göstərir ki, Fələstinin İslami Cihad Hərəkatı və müqavimət qrupları mübarizə yolunu düzgün müəyyən edib və həmin yolu tutub gedirlər”.

Agentlik qeyd edir ki, mayın əvvəlində İsrail Qəzza zolağında ölümcül bombardman kampaniyasına başladı və bu, fələstinli döyüşçülərin işğal olunmuş ərazilərə doğru mindən çox raket atmasına səbəb oldu. Mühasirəyə alınan anklavda aralarında uşaq və qadınlar olmaqla ən azı 33 fələstinli həlak olub, 150-dən çox fələstinli yaralanıb.

Münaqişə Qəzzanın müqavimət qrupları ilə İsrail rejimi arasında 2021-ci ildə baş vermiş 10 günlük müharibədən bəri ən qanlı döyüş sayılır.

İranın rəhbəri çıxışının başqa bir yerində böyük hədəflərə çatmağın böyük risklər tələb etdiyini vurğulayıb: “Bu gün Allahın lütfü ilə Fələstin müqavimət qruplarının və İslami Cihadın gücü və etibarı günü-gündən artır və sionist rejimin beş günlük müharibədə son məğlubiyyəti bunu təsdiqləyir”.

O, İslami Cihad və digər Fələstin müqavimət qruplarının İsrail rejimi ilə mübarizənin əsas “açarını” kəşf etdiyini bildirib və əlavə edib: “İordan çayının qərb sahilində müqavimət qruplarının artan qüdrəti sionist düşməni diz çökdürmək üçün açardır və bu mübarizə davam etməlidir”.

Əli Xamnei İsrailin son 4 ildə 4 baş nazir dəyişməsini də ölkə daxilində ciddi siyasi sarsıntıların və problemlərin olmasının əlaməti kimi dəyərləndirib.

Qeyd edək ki, İran İsrailə qarşı ən radikal mövqedə olan ölkədir. Rəsmi Tehran İsrailə qarşı olan bütün hərəkatlara açıq şəkildə dəstək verir. İsrail də nüvə silahı əldə etməyin bir addımlığında olan İrana qarşı düşmən mövqeyindən çıxış edir. Təsadüfi deyil ki, İsrail dəfələrlə İranın bir sıra hərbi obyektlərini bombalayıb.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır

Dünyapress TV

Xəbər lenti