“Baku City Hospital”ın rəsmi saytında texniki problem yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, bu, klinika rəhbərliyinin serverin ödənişini etmədiyi üçün baş verib.
Bu səbəbdən sayta daxil olanda ““Baku City Hospital”ın 120 AZN borcunu ödəməyə maddi gücü çatmadığı üçün serverləri bağlanıb. Ən ucuz “chek-up”ları belə 120 AZN-dən daha baha olan şirkət borcunu ödəməyə pul tapmır” cümləsi yazılıb.
Texniklərin etiraz mesajından qısa müddət sonra problem həllini tapıb və saytın fəaliyyəti bərpa olunub.
“Təxminən, bir ay əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müalicəm üçün köməklik göstərilməsi ilə bağlı müraciət etdim. Kinostudiyamızın Həmkarlar İttifaqının sədri Elxan Qasımov mənə zəng etdi ki, dedi, nə kömək istəyirsən? Dedim “nəyə gücləri çatırsa, onu etsinlər”. Öz əziyyətimlə müalicəmi davam etdirirəm. Həkim nəzarətindəyəm, ev şəraitində müalicə alıram, sanatoriyalıq deyiləm. Müalicəmə kömək etsinlər, maddi dəstək versinlər. Xəstə-xəstə sanatoriyaya gedib, orada ölmək istəmirəm. Əlaqə saxlayacaqlarını bildirdilər. Söhbətimizin üstündən beş-altı gün keçib. Amma konkret bir mövqe bildirilmədi, əlaqə də saxlamadılar. Dünyada sadə vətəndaşların, fəhlə sinfinin, kolxozçuların ən böyük dayağı Həmkarlar İttifaqları Konfederasiyalarıdır. İnsanlara böyük dəstək verirlər. Sovet hökuməti vaxtı insanları hər il istirahətə, xaricə göndərərdilər. İndi həmin qaydalar nə dərəcədə qalıb, bilmirəm. Başqalarına nə edirlər-etmirlər, bundan da xəbərim yoxdur, amma fakt mənim məsələm yarımçıq qalıb, nəticəsi olacaq, ya yox, məlum deyil. Bu məsələni Elxan Qasımov yox, Səttar Möhbalıyev həll etməlidir. Elxan Qasımov tələbə yoldaşımdır, dostumdur. Amma bu məsələ onun səalhiyyətində deyil. O, vəzifə borcunu yerinə yetirib, əlaqə yaradıb”.
TEREF.AZ bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti Əbdül Mahmudov deyib.
O, hər kəs vəzifə borrcunu dövlətin qanunlarına, Konstitusiyasına uyğun icra edirsə, bu, yaxşı haldır: “Səttar müəllim, siz məni tanıyırsınız. Təxminən, on il əvvəl görüşümüz olmuşdu. Şah İsmayıl Xətai ilə bağlı görəcəyimiz işdə dəstək göstərməyinizi istəmişdik. Amma həmin vaxt da hansısa səbəbdən görüşümüzün nəticəsi olmadı. Artıq Şah İsmayıl Xətaiyə yox, Şeyx Əbdül Mahmudova kömək etmək lazımdır. Ağır xəstəliklə mübarizə aparıram. İmkanın varsa, fonddan maliyyə ayır. O fonddan ki illərlə ora pul köçürmüşük. 60 ildir, iş təcrübəm var, amma bu illər ərzində Həmkarlar İttifaqı həmişə məndən pul tutub. Qarşılığında bir qəpik dəstək görməmişəm. İndi ikinci Şeyx Əbdül Mahmudov yoxdur axı. Biz beş-on min qonorar alırdıq, o puldan həmin vaxtlar görün neçə faiz Həmkarlara gedirdi...”
Astronomlar təxminən 175 işıq ili uzaqlıqdakı günəşəbənzər ulduzun ətrafında fırlanan iki yeni ekzoplanet kəşf ediblər.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, HIP 104045 b və HIP 104045 c olaraq qeyd olunan planetlər müvafiq olaraq Yupiterin analoqu və super-Neptun kimi təsnif edilir. Bu yeni kəşf haqqında məqalə arxiv serverinə yerləşdirilib.
San-Paulo Universitetinin astronomlar qrupu Avropa Cənub Rəsədxanasının (ESO) 3,6 metrlik teleskopunda yüksək dəqiqlikli (HARPS) spektroqrafından istifadə edərək günəşəbənzər HIP 104045 ulduzunu müşahidə ediblər. Solar Twin Planet Search (STPS) proqramı tərəfindən aparılan müşahidələr iki nəhəng planetin kəşfinə səbəb olub.
HIP 104045 b-nin kütləsi təxminən 0,5 Yupiter kütləsidir. Planetin ulduz ətrafında dolanma dövrü 2315 gün, ulduzdan məsafəsi 3,46 aastronomik vahiddir. Digər planetin kütləsi isə təxminən 0.136 Yupiterin kütləsinə bərəbərdir, planetin orbital dolanma dövrü isə 316 gündür.
Bu super-Neptun tipli ekzoplanetdir və ulduzdan ~0,92 astronomik vahid məsafədə yerləşir.
Qeyd edək ki, HIP 104045 ulduzunun kimyəvi tərkibi də Günəşinkinə çox yaxındır. Belə ki, ulduzun tərkibində odadavamlı və uçucu elementlərin miqdarı Günəşin digər əkizlərindən daha azdır. Məhz tərkibinə görə alimlər ilkin olaraq ulduzun planet sisteminin Günəş sisteminə bənzədiyini – daxili hissədə bərk səthi olan planetlər, xarici oblastda isə qaz nəhənglərinin yerləşdiyini düşünürdülər. Nəticə olaraq, ulduzun tərkibində odadavamlı elementlərin miqdarının cüzi artıqlığını, ulduzun hansısa qayalı planetin materiallarını udması ehtimalı ilə əlaqələndiriblər.
Çinin Henan əyalətinin səlahiyyətliləri inanclı insanları ibadət üçün “Smart Religion” proqramında qeydiyyatdan keçməyə məcbur edir.
“Fox News” xəbər verir ki, Henan, əsasən dünyəvi bir ölkənin ən dini əyalətlərindən biridir və Çinin ən görkəmli xristian icmalarından birinə ev sahibliyi edir.
Çinin insan haqlarını müdafiə edən “ChinaAid Qrupu”na görə, Henan əyalətinin dindarları dindaşları ilə görüşməzdən əvvəl hökumət formasını doldurmalı və ibadət yerlərini təsdiqləməlidirlər. Müraciət edənlər rezervasiya etməzdən əvvəl ad, telefon nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi, daimi yaşayış yeri, məşğuliyyət və doğum tarixi daxil olmaqla şəxsi məlumatları təqdim etməlidirlər. Kilsəyə buraxılanların hərarətləri ölçülməli və rezervasiya kodu göstərilməlidir.
Tənzimləmə sistemi dinindən asılı olmayaraq ibadət etmək istəyən bütün vətəndaşlar üçün məcburidir - vətəndaşlar kilsə, buddist məbədi, məscid və digərləri ilə mənsubiyyətlərini seçə bilərlər. Qaydalar Henan əyalətinin Etnik və Dini Məsələlər Komissiyası tərəfindən hazırlanıb.
İlon Maskın beyin çipləri yenə gündəm olub. “SpaceX” və “Twitter”dən sonra İlon Mask indi də “Neuralink” ilə diqqət çəkir. ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) insanlar üzərində beyin implantlarının sınaqdan keçirilməsi üçün İlon Maskın “Neuralink” proqramını təsdiq etməyib.
Milyarder iş adamı tərəfindən 2016-cı ildə yaradılan “Neuralink” neyrotexnologiya şirkəti düşüncələri hərəkətə çevirən beyin-kompüter interfeyslərinin yaradılması üzərində işləyir. Mask deyir ki, texnologiya istifadəçiləri robotu insana çevirməklə yanaşı, beyin xəstəliklərinin müalicəsində də istifadə oluna bilər.
Şirkət 2018-ci ildən bəri yeniliklərini heyvanlar üzərində sınaqdan keçirir. Ötən ilin dekabr ayında şirkət təxminən 1 500 heyvanın öldürülməsi iddiası ilə araşdırılıb. Test subyekti kimi istifadə edilən meymunların sağlamlıqlarında ciddi problemlər olub.
Armstronqdan yarım əsr sonra – NASA yenidən Aya insan göndərəcək “Anadolu Agentliyi” xəbər verir ki, bu barədə ABŞ-ın NASA kosmik agentliyinin direktoru Bill Nelson öz “Tvitter” şəbəkəsində məlumat verib.
NASA 50 ildən də çox fasilədən sonra yenidən Ay səthinə astronavtların göndərilməsi üçün tarixdə ən sanballı raketin inşasını başa çatdırmaq üzrədir.
Xatırladaq ki, amerikalı astronavt Nil Armstronq 16-24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdu. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə eniblər.
Armstronq ilk dəfə Aya ayaq basmış insandır. “Apollon-11” gəmisinin heyəti iyulun 24-də Yerə qayıtmışdı.
Rusiyanın Vıborq şəhərinin hava məkanında gecə saatlarında Sankt-Peterburq istiqamətində hərəkət edən naməlum obyekt görünüb.
Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, yerli vaxtla saat 22:30 radələrində hava hücumundan müdafiə sistemləri (HHM) 7 000 metr yüksəklikdə 200 km/saat sürətlə hərəkət edən “hava hədəfi” aşkarlayıb. Baş verənlərlə əlaqədar Vıborq üzərində səmada “rejim” siqnalı (Rusiya hava məkanını tərk etmək tələbi) elan edilib.
“Hava hücumundan müdafiə sistemləri nadir astronomik hadisəyə - Venera və Yupiterin yaxınlaşmasına reaksiya verə bilər. “Rejim” siqnalı planetlərin hərəkətinə görə tətbiq oluna bilər”, - deyə nəşrdə əlavə edilib.
Qeyd edək ki, Rusiya hava məkanında uçan naməlum obyektlərin görünməsi hələ təsdiqlənməyib.
Müsavat TV-nin Youtube kanalı haker hücumuna məruz qalıb.
Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu APA-ya deyib ki, saat 23 radələrində əvvəlcə kanalın bağlı olduğu email ünvanı ələ keçirilib. Daha sonra isə kanal ələ keçirilib və videolar silinməyə başlanılıb.
Rauf Arifoğlu deyib ki, bu, kanalın çökdürülməsinə hesablanmış sui-qəsddir: "Artıq Prezident Administrasiyası və DTX-ya müraciət edilib. Kanalın geri qaytarılmasına və kiber hücumu edənlərin aşkarlanmasına çalışırıq".