Ardını oxu...
Rusiya futbolunda növbəti qalmaqal yaşanır.

Aut.az xəbər verir ki, “Zenit” (Penza) və “Znamya” arasında yoxlama görüşünün saxta olduğu aşkarlanıb. Bu, ikincilərin mətbuat xidmətinin açıqlamasından sonra məlum olub. Noqinsk təmsilçilərinin rəsmiləri belə matçın keçirilmədiyini bəyan edib:

“Biz bu oyunda iştirak etməmişik. Kimsə bizim suvenir mağazamızdan 10 dəst forma alıb. Həmin görüş vaxtı komandamız öz şəhərimizdə məşq edirdi. Maraqlıdır ki, “Zenit” də həmin vaxt Penzada məşqdə olub. Onlarla bu barədə danışmışıq və görüşdə iştirak etməyiblər. Amma maraqlıdır ki, onların mətbuat xidməti qarşılaşmanın hesabını verib. Rusiya Futbol İttifaqına müraciət etmişik. Onlar məsələ ilə məşğul olduqlarını bildirdilər”.

İnformasiyaya inansaq, “Zenit” – “Znamya” qarşılaşmasının birinci hissəsi 0:0, matç isə 4:4 hesabı ilə başa çatıb. Görüşün bir neçə bukmeker kontorunun mərc proqramına daxil edildiyi məlum olub. Həmin oyuna pul qoyuluşları da edilib. İddia olunur ki, bu oyun elə kontorların fırıldağıdır.
Ardını oxu...
ABŞ-də gecə səmasında qalaktikaya bənzəyən sirli mavi spiral görənləri heyrətə gətirib. Bununla bağlı sosial şəbəkələrdə yayılan kadrlar çoxlu müzakirələrə səbəb olub.

Kadrlar Havay adalarında Mauna Kea vulkanının zirvəsi yaxınlığında astronomik rəsədxana tərəfindən Yaponiyanın “Subaru-Asahi Star Camera”sı tərəfindən qeydə alınıb.


Sonradan məlum olub ki, fantastik görünüşünə baxmayaraq, spiralın çox sadə izahı var imiş. Məlumata görə, həmin gün Floridadakı kosmodromdan “Falcon 9” raketi buraxılıb. Kameranın qeydə aldığı görüntülər isə atmosferə atılan raket yanacağının donmuş qalıqlarının izi olub.

Mənbə: Daily Mail
 
Ardını oxu...
2022-ci ildə Azərbaycana 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub, ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 1 mlrd. 57 mln. 800 min dollar olub – yəni, ortalama hər avtomobilin qiyməti 14184 dollar olub. Maraqlı məsələ odur ki, saya görə 2022-ci ildə 2021-ci ilə nisbətən 13,1% az olsa da, dəyər ifadəsində 2022-də 2021-ci ilə nisbətən 18,2% çox artım olub. Bu o deməkdir ki, ölkəyə gətirilən avtomobillərın də ortalama qiyməti artıb. Ölkəyə 155,4 mln. dollarlıq 11337 ədəd hibrid, 17,7 mln. dollarlıq 486 ədəd sırf elektriklə işləyən maşın gətirilib. Elektriklə çalışan maşınların sayı keçən il 2021-ə nisbətən 3 dəfə artıb.
Ötən il elektriklə işləyən maşınlara rüsumlarla bağlı güzəşt elan edildi, amma son 3 ildə istehsal edilən maşınlara bu güzəştlər tədbiq edilir. Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqaisədə çox-çox azdır, cüzidir. Səbəbi də odur ki, 3 illik istehsal məhdudiyyəti məntiqsizdir – benzin/dizellə çalışan yeni avtobobillərə təşviq təyin etməyin məntiqi var, yeni avtomobillər ekoloji olaraq daha az zərərli olurlar. Amma elektriklə işləyən maşınlara belə yanaşma absurddur – 2010-cu il istehsalı elektrikli maşınla 2020-ci il istehsal tarixi olan elektrikli maşının ekoloji cəhətdən HEÇ BİR fərqi yoxdur. Hər ikisi elektriklə işləyir, hər ikisi ekologiyaya ziyan vurmur, çünki eyni TEXNOLOJİ məntiqlə çalışırlar. Ona görə də, hökumət elektrikli maşınlara tədbiq etdikləri 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalı, bu məsələ, ən azı son 10 il istehsal tarixi olan maşınlara tədbiq edilməlidir...
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
Bütün dünyada populyarlıq qazanan “WhatsApp” özü ilə təhlükəsizlik problemlərini də gətirir.
Şirkət tətbiqi istifadəçilər üçün daha təhlükəsiz və mütəşəkkil saxlamaq üçün bir sıra yeniliklər həyata keçirir.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu qaydalara əməl etməyənlər “WhatsApp”da bir müddət, hətta həmişəlik qadağan edilə bilər.
“WhatsApp”da qadağan olunmağınıza səbəb ola biləcək hərəkətlər bunlardır:
Qeyri-rəsmi “WhatsApp” proqramlarından istifadə
Tətbiq mağazalarında üçüncü tərəf tərtibatçıları tərəfindən dərc edilən qeyri-rəsmi “WhatsApp” proqramları son vaxtlar kifayət qədər geniş yayılmışdır. GB WhatsApp, WhatsApp Plus, WhatsApp Go, WhatsApp Prime və OG WhatsApp kimi proqramlar bunlar arasındadır. Bu kimi qeyri-rəsmi proqramlardan istifadə etməklə daimi olaraq qadağan oluna bilərsiniz.
Spam mesajlar
Siz “WhatsApp”da digər şəxsə təhqiredici və istənməyən mesajlar göndərməməlisiniz. Bu halda, hesabınız bildirilərsə, “WhatsApp’ komandası ən son 5 mesajı nəzərdən keçirəcək. Buna uyğun olaraq eyni səbəbdən birdən çox şikayət edilirsə və tətbiq siyasətlərinin pozulduğu görülərsə, hesabınız daimi olaraq bloklana bilər.Spam mesajlar “WhatsApp’da eyni mesajın birdən çox şəxsə göndərilməsi spam adlanır. Bu, bəzən reklam üçün edilsə də, digər istifadəçi bu vəziyyətdən narahat ola bilər.
Təhdidlər və ayrı-seçkilik
“WhatsApp”da digər şəxsə təhdid mesajı göndərməməli və din, dil, irq və cinsinə görə ayrı-seçkilik etməməlisiniz. Bu halda hesabınıza baxış keçirilə və lazım gələrsə, sizə həmişəlik qadağa qoyula bilər.
 
Ardını oxu...
Avtomobil istehsalçısı “Volvo” əyləc dəstəyi sistemindəki nasazlığa görə 2023-cü ildə istehsal olunmuş yeddi modeli təmsil edən 12 min avtomobili geri çağırır.


Bildirlir ki, söhbət C40, XC40, S60, V60, XC60, V90 və XC90 modellərindən gedir.

Məlumata görə, potensial nasazlıq proqram təminatında olduğundan, avtomobilin idarəetmə sistemini yeniləmək kifayətdir.

Qeyd olunur ki, problem təkcə İsveçdə yox, digər ölkələrdə satılan Volvo avtomobillərinə də təsir edir, ona görə də geri çağırılacaq avtomobillərin ümumi sayı 106 minə çata bilər.

Mənbə: TASS
 
 
 
Ardını oxu...
"WhatsApp"-a səsli status paylaşma xüsusiyyəti gəlib.

"DogruXeber.az" xəbər verir ki, yenilik səs yazmaqla "WhatsApp" statusu vasitəsilə paylaşmağa imkan verir. Bu səslər 30 saniyəyə qədər paylaşılır.

Yuxarıdakı şəkildə olduğu kimi, səsli yazıları status yeniləməsinin aşağı sağ küncündə yerləşəcək. Bundan əlavə, istifadəçilər paylaşmadan əvvəl səsli yazısını dinləyə biləcək və bu yolla paylaşmalarına nəzarət edəcəklər.

 
Ardını oxu...
Hər bir smartfon sahibi aldıqdan sonra yeni gadcetı necə dolduracağını bilməlidir.

Tribunainfo.az xəbər verir ki, bu, telefonun akkumulyatorunun uzun müddət davam edib-etməməsindən və şarjı yaxşı saxlayıb-saxlamayacağından asılıdır.
Yeni smartfonu necə doldurmaq olar?

Mütəxəssislər yeni telefon aldıqdan sonra onu yandırmağı və tamamilə boşalıb sönənə qədər gözləməyi tövsiyə edirlər.

Söndürülmüş smartfonu enerjiyə qoyuruq və 100 faizə qədər doldururuq.

Sonra gadcetı yenidən yandırırıq, boşalmasını və sönməsini gözləyirik və yenidən doldururuq.

Smartfonunuzu ən azı üç dəfə, ən yaxşısı isə beş dəfə tam boşaltmalı və doldurmalısınız.
 
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 230 alimin hazırladığı hesabata görə, ozon təbəqəsi bərpa olunur.
Teref.az Hürriyet-ə istinadən xəbər verir ki, hesabtda Ozon dəliyinin 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıda biləcəyi bildirilir.
Hesabata görə, atılan addımlar insanların ozon təbəqəsinə vurduğu ziyanın geri qaytarıla bilən həddə çatdırıldığını ortaya çıxarıb.
30 ölkədən təxminən 230 elm adamının töhfələri ilə dərc etdilən hesabtda bildirlir ki, ozon təbəqəsi 1980-ci ildəki vəziyyətə qayıdacaq. Ozon dəliyinin daralması sayəsində dünyada qlobal istiləşmənin qarşısının 0,5-1 dərəcəyədək alınacağı proqnozlaşdırılır.
 
Ardını oxu...
“WhatsApp” bir çox yeni funksiyalar təqdim edir.
Teref.az xəbər verir ki, Trend-in məlumatına görə, bunlardan biridə “Saxlanan Mesajlar” funksiyasıdır.
İstifadəçilər itirilmiş mesajları saxlamaq və hamının görməsi üçün yoxa çıxan mesajlar funksiyasından istifadə edə bilərlər. Bu xüsusiyyət sayəsində mesajın müddəti bitmiş olsa belə onu görmək mümkün olacaq.
İstifadəçilərin istənilən vaxt onu saxlamaq və silmək imkanı olacaq. Bu seçimi seçdikdən sonra mesaj hər kəs üçün silinəcək. Bütün bunlara əlavə olaraq, bu mesajları digər adi mesajlardan fərqləndirmək üçün kiçik bir vizual fərq olacaq.
Ekran görüntüsünə baxdıqda mesajın yanındakı işarənin “Instagram Saved” işarəsi ilə eyni olduğunu görmək olar . “WhatsApp” “Saxlanan Mesajlar” funksiyası hələ də inkişaf mərhələsindədir. Buna görə də, funksiyanın nə vaxt və necə istifadə olunacağı barədə məlumat yoxdur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Facebook administrasiyası ölkənin eks-prezidenti Jair Bolsonaronun tərəfdarları tərəfindən Braziliyada təşkil edilmiş iğtişaşlara dəstək verən nəşrləri yığışdıracaq.

Bu barədə bazar günü Meta-nın sözçüsü Endi Stouna istinadən CNN məlumat yayıb.
Onun sözlərinə görə, “bu hərəkətləri dəstəkləyən və ya təsdiq edən məzmun silinəcək. Biz vəziyyəti izləyirik və siyasətimizi pozan yazıları silməyə davam edəcəyik”, – Facebook-un sözçüsü bildirib.

Xatırladaq ki, yanvarın 8-də sabiq prezident Bolsonaronun tərəfdarları ilə polis arasında toqquşma olub və ölkənin paytaxtında hökumət binalarında iğtişaşlar törədib. İlkin hesablamalara görə, iğtişaşlarda 5 minə yaxın insan iştirak edib. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün tüstü bombalarından və gözyaşardıcı qaz qumbaralarından istifadə edib. 400-dən çox adam saxlanılıb.
 

Dünyapress TV

Xəbər lenti