Ardını oxu...
 
 

"WhatsApp" məxfiliyə yönəlmiş funksiyaları artırmağa davam edir. Ani mesajlaşma platforması istifadəçilərə barmaq izi və ya şifrədən istifadə edərək müəyyən söhbətləri kilidləməyə imkan verəcək.

 

Bu sayədə istifadəçilər tətbiqdə istədikləri söhbətləri gizlətmək imkanı əldə edəcəklər.

Hazırda "Android" və "iOS"da "WhatsApp"ı kilidləmək mümkün olsa da , konkret bir şəxslə mesajları gizlətmək mümkün deyil.

Yeni kilidlənmiş söhbət funksiyasının təfərrüatları hələlik məlum deyil, ancaq bunun həm qrup, həm də fərdi söhbətləri kilidləməyə imkan verməsi gözlənilir.

Trend

 

XalqXeber.Az
Ardını oxu...
Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlərin uçota alınmasına başlanılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, cari ildən host provayderlər özləri haqqında məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etməlidirlər. Prosesə dünən etibarən start verilib.İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova “Xəzər Xəbər”ə deyib ki, bu addım eyni zamanda internet bazarında şəffaf, əlçatan və informasiyalı mühitin yaradılmasına səbəb olacaq.

Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüzün sözlərinə görə isə, provayderlərin uçotu onların keyfiyyət məsələsini xüsusilə gündəmə gətirir.

Qeyd edək ki, tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.

 
Ardını oxu...
Aİ Şurası avtomobillərin karbon emissiyalarını azaltmaq üçün Avropa İttifaqı üçün yeni hədəfləri təsdiqləyib.

Bu barədə Aİ Şurasının çərşənbə axşamı dərc olunmuş qərarında deyilir.

Sənədə görə, 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci idən sonra isə 100% azaldılmalıdır.

Faktiki olaraq, bu, benzin və ya dizellə işləyən daxili yanma mühərriki olan yeni avtomobillərin satışına qadağa deməkdir.

Sənədə əsasən, yeni qaydaların məqsədi avtomobil nəqliyyatından emissiyaların azaldılmasıdır, bu da onunla əlaqəlidir ki, bütün nəqliyyat növləri arasında emissiyaların ən yüksək payı məhz qeyd olunan nəqliyyat növünün payına düşür. Yeni qaydalar həmçinin yenilikçi yanaşma təqdim etməyə davam etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün təkan verəcək.

“Yeni qaydalar aşağıdakı hədəfləri müəyyənləşdirir: 2030-2034-cü illərdə yeni avtomobillər üçün emissiyalar 2021-ci il səviyyəsi ilə müqayisədə 55%, qoşqular üçün isə 50% azaldılmalıdır. 2035-ci ildən karbon emissiyaları 100% azaldılmalıdır”, - sənəddə deyilir.

Yeni qanunvericiliyin mühüm elementi Aİ-də hidrogen kimi “karbonsuz yanacaq”la işləyən avtomobillərin qeydiyyata alınması qaydalarının yaradılması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam edə bilər.
Ardını oxu...
Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, hücumu rusiyameylli “NoName” haker qrupu həyata keçirib.

Qrup Teleqram hesabında bildirib ki, hücum Fransanın Ukraynadakı “neofaşist rejimə” dəstəyinə görə edilib.

Parlamentin yuxarı palatası – Senatın da saytı hücuma məruz qalsa da, giriş mümkündür.
Ardını oxu...
İnsanın ana dili onun beyninin müxtəlif məlumat emal qovşaqları arasında necə əlaqə qurduğunu müəyyən edə bilər.

Cebhe.info xəbər verir ki, bununla bağlı yeni araşdırma aparılıb.

Araşdırma ana dili alman və ərəb dilləri olan şəxslər üzərində aparılıb.

“NeuroImage” jurnalında dərc olunan araşdırma Almaniyanın Maks Plank Koqnitiv Elmlər və İnsan Beyni İnstitutunun tədqiqatçıları tərəfindən analiz edilib.

Dil şəbəkəsi beynin ən güclü şəbəkələrindən birinə çevrilsə də, doğuş zamanı onun əlaqələri zəif olur. Tədqiqat rəhbəri Alfred Anvander “Live Science”-ə bildirib ki, danışmağı öyrəndikcə, beynin müxtəlif sahələri, məsələn, səslərdən sözləri tanımaq və cümlələrin mənasını şərh etmək kimi əlaqələr güclənir.

Tədqiqatçılar bu fərqlərin beyində əlaqələrin yaranmasına necə təsir etdiyini öyrənmək istəyiblər.

Araşdırmada 94 nəfər iştirak edib. Onların yarısı Almaniyada yenicə məskunlaşaraq yalnız alman, digər yarısı isə ərəbcə danışanlar olub. Fərqli dillərdə danışsalar və fərqli mədəniyyətlərdə böyüsələr də, iştirakçılar yaş və təhsil səviyyəsi kimi beyin fəaliyyətinə təsir edə biləcək digər amillərdə bir-birinə yaxın olublar.

Beyin skanları "diffuziya MRT" istifadə edərək aparılıb və almanca danışanların ərəbcə danışanlarla müqayisədə sol yarımkürənin dil emalında iştirak edən bölgələrində əlaqənin artdığı görünüb. Anvander qeyd edib ki, alman dili sintaktik cəhətdən mürəkkəb hesab olunur, yəni cümlənin mənası söz sırası ilə deyil, onların qrammatik formaları ilə müəyyən edilir:

“ Sintaktik emal sahələri daha çox frontal sol yarımkürədədir, buna görə də sol yarımkürədə daha yüksək əlaqənin mənası var”.

Bunun əksinə olaraq, ərəb dilini semantik cəhətdən mürəkkəbdir, cümlədəki söz sırası daha sabit qalsa da, söz mənalarını deşifrə etmək daha çətin ola bilər. Tədqiqatçılar ərəb dilində danışanlarda beynin sol və sağ yarımkürələr arasında əlaqənin artdığını qeyd ediblər.

London Universitet Kollecinin Psixologiya üzrə fəxri professoru Devid Qrin nəşrə müsahibəsində deyib ki, dilin linqvistik xüsusiyyətləri ilə yanaşı, söhbətin mədəni xüsusiyyətləri, məsələn, insanların jestlərdən istifadə etməsi də beyni formalaşdıra bilər.
 
 
 
Ardını oxu...
Türkiyənin Düzce vilayətində də hava qaraldıqdan sonra Ay və Venera planeti yan-yana görüntülənib.

İftardan sonra küçələrə çıxan vətəndaşlar Ayın düz altında səmada parıldayan işıq görüblər. İlk olaraq bunun ulduz olduğu düşünsələr də, nəticədə parıltının Venera planeti olduğu məlum olub.

Bu qeyri-adi və gözəl görüntü vətəndaşlar tərəfindən telefonlarla lentə alınıb.

Ardını oxu...
Ardını oxu...
Mənbə: Hürriyet
 
Ardını oxu...
“Baku City Hospital”ın rəsmi saytında texniki problem yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu, klinika rəhbərliyinin serverin ödənişini etmədiyi üçün baş verib.

Bu səbəbdən sayta daxil olanda ““Baku City Hospital”ın 120 AZN borcunu ödəməyə maddi gücü çatmadığı üçün serverləri bağlanıb. Ən ucuz “chek-up”ları belə 120 AZN-dən daha baha olan şirkət borcunu ödəməyə pul tapmır” cümləsi yazılıb.

Texniklərin etiraz mesajından qısa müddət sonra problem həllini tapıb və saytın fəaliyyəti bərpa olunub.
Ardını oxu...
Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yeni nəsil kosmos kostyumunu təqdim edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu kostyumlar daha müasir, elastik və qadınlara uyğun hazırlanıb.

NASA-dan verilən açıqlamaya görə, astronavtlar bu geyimi planlaşdırılmış Artemis III Ay missiyası çərçivəsində Aya enərkən geyinəcəklər.

Geyimi “Axiom Space” şirkəti hazırlayıb.
Ardını oxu...
 
Ardını oxu...
“Təxminən, bir ay əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müalicəm üçün köməklik göstərilməsi ilə bağlı müraciət etdim. Kinostudiyamızın Həmkarlar İttifaqının sədri Elxan Qasımov mənə zəng etdi ki, dedi, nə kömək istəyirsən? Dedim “nəyə gücləri çatırsa, onu etsinlər”. Öz əziyyətimlə müalicəmi davam etdirirəm. Həkim nəzarətindəyəm, ev şəraitində müalicə alıram, sanatoriyalıq deyiləm. Müalicəmə kömək etsinlər, maddi dəstək versinlər. Xəstə-xəstə sanatoriyaya gedib, orada ölmək istəmirəm. Əlaqə saxlayacaqlarını bildirdilər. Söhbətimizin üstündən beş-altı gün keçib. Amma konkret bir mövqe bildirilmədi, əlaqə də saxlamadılar. Dünyada sadə vətəndaşların, fəhlə sinfinin, kolxozçuların ən böyük dayağı Həmkarlar İttifaqları Konfederasiyalarıdır. İnsanlara böyük dəstək verirlər. Sovet hökuməti vaxtı insanları hər il istirahətə, xaricə göndərərdilər. İndi həmin qaydalar nə dərəcədə qalıb, bilmirəm. Başqalarına nə edirlər-etmirlər, bundan da xəbərim yoxdur, amma fakt mənim məsələm yarımçıq qalıb, nəticəsi olacaq, ya yox, məlum deyil. Bu məsələni Elxan Qasımov yox, Səttar Möhbalıyev həll etməlidir. Elxan Qasımov tələbə yoldaşımdır, dostumdur. Amma bu məsələ onun səalhiyyətində deyil. O, vəzifə borcunu yerinə yetirib, əlaqə yaradıb”.

TEREF.AZ bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti Əbdül Mahmudov deyib.

O, hər kəs vəzifə borrcunu dövlətin qanunlarına, Konstitusiyasına uyğun icra edirsə, bu, yaxşı haldır: “Səttar müəllim, siz məni tanıyırsınız. Təxminən, on il əvvəl görüşümüz olmuşdu. Şah İsmayıl Xətai ilə bağlı görəcəyimiz işdə dəstək göstərməyinizi istəmişdik. Amma həmin vaxt da hansısa səbəbdən görüşümüzün nəticəsi olmadı. Artıq Şah İsmayıl Xətaiyə yox, Şeyx Əbdül Mahmudova kömək etmək lazımdır. Ağır xəstəliklə mübarizə aparıram. İmkanın varsa, fonddan maliyyə ayır. O fonddan ki illərlə ora pul köçürmüşük. 60 ildir, iş təcrübəm var, amma bu illər ərzində Həmkarlar İttifaqı həmişə məndən pul tutub. Qarşılığında bir qəpik dəstək görməmişəm. İndi ikinci Şeyx Əbdül Mahmudov yoxdur axı. Biz beş-on min qonorar alırdıq, o puldan həmin vaxtlar görün neçə faiz Həmkarlara gedirdi...”
Ardını oxu...
Astronomlar təxminən 175 işıq ili uzaqlıqdakı günəşəbənzər ulduzun ətrafında fırlanan iki yeni ekzoplanet kəşf ediblər.

Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, HIP 104045 b və HIP 104045 c olaraq qeyd olunan planetlər müvafiq olaraq Yupiterin analoqu və super-Neptun kimi təsnif edilir. Bu yeni kəşf haqqında məqalə arxiv serverinə yerləşdirilib.

San-Paulo Universitetinin astronomlar qrupu Avropa Cənub Rəsədxanasının (ESO) 3,6 metrlik teleskopunda yüksək dəqiqlikli (HARPS) spektroqrafından istifadə edərək günəşəbənzər HIP 104045 ulduzunu müşahidə ediblər. Solar Twin Planet Search (STPS) proqramı tərəfindən aparılan müşahidələr iki nəhəng planetin kəşfinə səbəb olub.

HIP 104045 b-nin kütləsi təxminən 0,5 Yupiter kütləsidir. Planetin ulduz ətrafında dolanma dövrü 2315 gün, ulduzdan məsafəsi 3,46 aastronomik vahiddir. Digər planetin kütləsi isə təxminən 0.136 Yupiterin kütləsinə bərəbərdir, planetin orbital dolanma dövrü isə 316 gündür.

Bu super-Neptun tipli ekzoplanetdir və ulduzdan ~0,92 astronomik vahid məsafədə yerləşir.

Qeyd edək ki, HIP 104045 ulduzunun kimyəvi tərkibi də Günəşinkinə çox yaxındır. Belə ki, ulduzun tərkibində odadavamlı və uçucu elementlərin miqdarı Günəşin digər əkizlərindən daha azdır. Məhz tərkibinə görə alimlər ilkin olaraq ulduzun planet sisteminin Günəş sisteminə bənzədiyini – daxili hissədə bərk səthi olan planetlər, xarici oblastda isə qaz nəhənglərinin yerləşdiyini düşünürdülər. Nəticə olaraq, ulduzun tərkibində odadavamlı elementlərin miqdarının cüzi artıqlığını, ulduzun hansısa qayalı planetin materiallarını udması ehtimalı ilə əlaqələndiriblər.
 

Dünyapress TV

Xəbər lenti