Ardını oxu...
“WhatsApp” istifadəçiləri videoları yüksək keyfiyyətlə göndərə biləcəklər.

Bu barədə “9To5Mac” portalında elan edilib.

Məqalə müəllifləri izah ediblər ki, əvvəllər mesencerdə videolar avtomatik olaraq 480p təsvir ölçüsünə sıxılırdı, yəni təsvirin keyfiyyəti azalırdı. Yeni funksiya ilə istifadəçilər video yükləməzdən əvvəl standart və yüksək keyfiyyət arasında seçim edə biləcəklər.
“Əgər siz “HD Quality” funksiyasından istifadə etsəniz, video 720p ölçüsündə göndəriləcək. Bu, hələ də 1080p və ya 4K-dan çox aşağıdır, lakin görüntü keyfiyyəti daha məqbul olacaq”, - deyə onlar bildiriblər.

Yeniləmələr tətbiqin “Android” və “iOS” cihazları üçün ən son versiyasında mövcuddur.
 
Ardını oxu...
Hindistanın "Çandrayan-3" Ay stansiyasının eniş aparatı Ayın səthinə yumşaq enişi uğurla həyata keçirib.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb .
Bildirilib ki, eniş 18:03 (Bakı vaxtı ilə 16:33) radələrində baş verib.
ISRO rəhbəri Şridhara Somanat enişin uğurlu olduğunu təsdiqləyib.
Qeyd edək ki, “Vikram” eniş modulu Yerin peykinə 26 kiloqramlıq kiçik Aysal “Praqyan” (“bilik”, “hikmət”) aparatını çatdırıb. Beləliklə, Hindistan SSRİ, ABŞ və Çindən sonra cihazın Aya yumşaq enişini həyata keçirə bilən dünyada dördüncü ölkə olub.

 
Ardını oxu...
Teref.az yazır ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gunduz qardaş Türk dövləti Özbəkistanın İT sektorunun müvəffəqiyyətlərindən yazıb. Osman bəy bu müvəffəqiyyətlərdən yazaraq qeyd edir:
"Son illər Özbəkistan İT, elektron hökumət və innovasiyalar sahəsində beynəlxalq reytinqlərdə xeyli irəliləyib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ilə bağlı bir il bundan öncə yazdığım yazını yenidən paylaşıram"

Özbəkistanın İT sektoru haqqında.
İldırım sürətli İT inkişaf
Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri davam edir. Səfər çərçivəsində ölkələr arasında bir çox sahələr üzrə, o cümlədən innovasiyalar və hərbi-texniki əməkdaşlıqla bağlı rəsmi sənədlər imzalanıb.
Prezident Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.
Maraqlı olacağını düşünərək Özbəkistanın İT sahəsi lə bağlı bəzi məqamları diqqətə çatdırmaq istədim.
Rusiyanın Ukraynaya təcavüzündən sonra baş verən sanksiyalar nəticəsində Belarusdan və Rusiyadan köçən İT mütəxəssislərin Özbəkistana gətirilməsi üçün bu ölkə çox ciddi işlər apardı, aqressiv tədbirlər həyata keçirdi.
Özbəkistan rəsmiləri bildirir ki, müharibədən sonra adı çəkilən ölkələrdən Daşkəndə 5000 İT mütəxəssis gəlib.
Yalnız Belarusdan 2000 İT mütəxəssisin gəldiyi açıqlanıb.
Xatırladıram ki, Rusiya rəsmiləri müharibə başlayandan sonra bu ölkəni 70 000 İT müətxəssisin tərk etdiyini rəsmi olaraq açıqlayıblar.
Daşkənd bu mütəxəssisləri gətirmək üçün çarter resyləri təşkil etmişdi, təkcə Belarusa 12 çarter reysi təşkil etmişdi ki, İT mütəxəssiləri relokasiya edə bilsin.
Reyslərin birisnin qarşısını Batya almağa çalışsa da, skandal baş versə də, sonda bu baş tutmamışdı
Ardını oxu...
Rusiyanın "Luna-25" avtomatik stansiyasının qəzaya uğramasının səbəbi açıqlanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Roskomos”-un baş direktoru Yuri Borisov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, avtomatik stansiyanın qəzaya uğramasının səbəbi onun mühərrikinin lazım olandan daha uzun müddət işləməsi ilə bağlıdır.

"Luna-25" planetlərarası stansiyanın hərəkət sistemi orbitin korreksiyası zamanı nəzərdə tutulan 84 saniyə əvəzinə 127 saniyə işləyib. Bu, cihazın qəzaya uğramasının əsas səbəbi olub, - Roskosmos-un baş direktoru bildirib.

Qeyd edək ki, avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb. Bildirilmişdi ki, avqustun 19-da “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib.
 
Ardını oxu...
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi son bir neçə ayda 140 provayderi uçota cəlb edə bilib.
Bu provayderlərin siyahısı da icta.az -da yerləşdirilib.
İKTA-nın bu addımı istehlakçılara dəstək və əlçatanlıq baxımından, ictimai nəzarətin təşkilinə kömək və şəffaflıq baxımından, eyni zamanda istehlakçılarda özəl provayderlərə etimadın yaradılması baxımından çox əhəmiyyətli bir addımdır.
Provayderlərin siyahısına nəzər saldıqda isə diqqət cəlb edən bəzi məqamlar ortaya çıxır.
Qəribə də olsa, bu siyahıda 30-dan çox provayderin saytının olmadığı görsənir.
İnternet xidmətləri təqdim edən bir şirkətin saytının olmaması xeyli düşündürücüdür.
Eyni zamanda bu siyahıda provayderlərin xidmət göstərdiyi ərazinin təqdim edilməməsi, təqdim etdiyi xidmətlər və əlçatanlıqla bağlı yetərli məlumatların olmaması da xoşagəlməz haldır.
Düşünürəm ki, yetərincə gəlir götürən , müştərilərinə hörmətlə yanaşan, internet xidməti göstərən provayderin ilk işi məhz özünə sayt yaratmaq olmalıdır .
Bildiyim qədər İKTA telekommunikasiya xidmətlərinin keyfiyyət standartlarını hazırlayır.
Ümid edirəm İKTA bu standartlarda yuxarıda qeyd olunan məqamları da nəzərə alacaq.
Yeri gəlmişkən, müşahidələr göstərir ki, yeni tikilən binalarda MTK ilə sövdələşməklə haqsız rəqabət yaradan, "bir bina bir provayderindir" prinsipi ilə işləyən bəzi provayderlərin adları İKTA siyahısında gözə dəymir.
Xatırladıram ki, bir müddət öncə uçotdan yayınan bir provayderi də İKTA cərimələyib.
Görünür ki, bu tip provayderlər hələ də var.
Ümid edirəm İKTA, Antiinhisar Dövlət Xidməti və Şəhərsalma və Arxitektura Komitəsi yeni yaşayış komplekslərində internet xidmətlərinin təşkili üçün münbit şərait yarada biləcəklər.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Ukraynalı mühəndislər yaralıların təxliyəsi üçün robot tırtıllı xərəklər hazırlayırlar.

"DogruXeber.az" xəbər verir ki, hələlik Liman istiqamətində 125-ci Teoroborona briqadası üçün yalnız nümunə toplanıb.

İstehsaldan əvvəlki dron evakuatorunun qiyməti 70.000 qrivnadır, yükgötürmə qabiliyyəti 150 kq-dır və Ukrayna mediasına görə, "evakuasiya qrupunu yeddi nəfərdən iki, maksimum üç nəfərə endirməyə imkan verir".

İdarəetmə paneli 100 metrə qədər məsafədə işləyir ki, bu da planlaşdırıldığı kimi evakuasiya qrupunun üzvləri arasında məsafəni saxlamağa imkan verir və pilotsuz təyyarədən atəş və ya bombardman zamanı onun sağ qalma əmsalını xeyli artırır.
Ardını oxu...
Türkiyənin ilk kosmos missiyası zamanı həyata keçiriləcək layihədə kosmos mühitindəki bitkilərə genetik müdaxilə ediləcək.

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, kosmos səyahəti zamanı kosmos səyahətçisi universitetlər və elmi-tədqiqat qurumları tərəfindən hazırlanan 13 fərqli təcrübə həyata keçirəcək.

Layihə çərçivəsində kosmosda gen transferi və genetik manipulyasiya yoxlanılacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın orbitinə girib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

Qeyd edək ki, “Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.
 
Ardını oxu...
Elm adamları suni zəka ilə bağlı daha bir araşdırmaya imza atıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, elm adamları suni zəka söhbət robotlarının təməllərini yaradan dil modellərinin (LM) politik görüşləri olduğunu isbatlayıblar.

Amerikada aparılan bir araşdırmada data bilgi hovuzlarının hazırda geniş olaraq işlədilən suni zəka söhbət robotlarının quruluş daşı dəyərindəki LM-lərin siyasi düşüncələri (görüş) üzərində təhlillər ediblər.

Bu çərçivədə elm adamları 14 fərqli LM üzərində yatılı qurşaq sağ və sol olmaq üzrə iqtisadi dəyərlər, düzünə qurşaqda isə liberal və mühafizəkar olmaqla sosial dəyərləri olan siyasi kompas sınağını ediblər.

Ayrıca, araşdırmada LM-ləri öyrətmək üçün işlədilən xəbərlər, çəkişmə formaları, kitablar, on-line ensiklopediyalar kimi çeşidli bilgi qaynaqlarının içindəki siyasi meyillənmələrin təbii dil işləmə modeli (NLP) üzərindəki təsiri və eyni təsir nəticəsində LM-lərin emal etdiyi dezinformasiya və nifrət sözlərini analiz ediblər.

Araşdırma nəticəsində öyrədikdiləri data bilgi hovuzundakı qaynaqların siyasi meyllənmələrini daşıyan LM-lərin düşüncələri ilə paralel yönəlmədə nifrət sözləri və dezinformasiyaya səbəb olduğu öyrənilib.

Araşdırmanın nəticələri “Association for Computational Linguistics”in 61-ci illik toplantı hesabatında yayımlanıb.
 
Ardını oxu...
Bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı bir məlumat açıqlayıb. Qurum bildirib ki, yarım ildə 200 mindən çox Asan imza sertifikatı verilib.
Dərhal düşündüm ki, bunun ardınca da aktiv “Asan imza” istifadəçilərin sayı görsənəcək, lakin yanılmışam.
Bu tip açıqlamalarda yeganə ictimai əhəmiyyət kəsb edən məlumat yalnız aktiv imza istifadəçilərinin sayı ola bilərdi ki, DVX də bunu açıqlamayıb.
Güman ki, DVX ehtiyat edib ki, bu açıqlansa biz birdən Yana xanımın Best Solutions şirkətinin gəlirini hesablaya bilərik
Yeri gəlmişkən, biz açıqlaya bilərik bu məlumatı.
İndiki məqamda, müəyyən statistikalar və təhlillər, açıq məlumatlar əsasında təxminən 400 min civarında aktiv "Asan imza" istifadəçisinin olduğunu hesablamaq olar.
Bunun açıqlaması da odur ki, hər ay xarici vətəndaşa məxsus olan Best Solitions şirkəti 1 milyon manat bu resursdan gəlir götürür.
Əlbəttə, imzanın texniki-texnoloji və administrativ dəstəklənməsində iştirak edən DVX və mobil operatorların da burada gəlirləri olmamış deyil.
Maraqlı tərəfi həm də odur ki, DVX son zamanlar ASAN İmzanın çevikliyinin və effektivliyinin artırılmasında, onun şəxsi kabinetinin yaradılmasında, “Asan imza”çıların sayının kəskin artmasını göstərməkdə çox aktivləşib
Adətən DVX yuxarıdakı formada məlumatlar açıqlamırdı.
Bütün bunlar çox yaxşıdır .
Amma problem ondadır ki, bu cür diqqət digər bir dövlət rəqəmsal imzası olan SİMA-ya sərgilənmir.
Hələlik ölkədə mobil imza bazarında “Asan imza”-nın inhisarçılığı hökm sürür.
Elə bir neçə gün öncə bu resursun sistemində yaranan problem ucbatından uzun müddət dövlət və özəl sektorda , kritik infrastruktruda ciddi problemlər yaşandı.
Nədənsə bu imzaya alternativ olacaq, daha əlçatan və daha çevik, daha ucuz olan SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, dövlət xidmətlərinə, xüsusilə də vergi xidmətlərinə inteqrasiyası olduqca ləng gedir.
Dəfələrlə bu haqda deyilib.
Təəsüfləndirici haldır ki, mən heç hüquqi şəxslərdən danışmıram, hələlik hətta adi fiziki şəxslər, sahibkarlar da vergi xidmətlərini bu imza üzərindən əldə edə bilmirlər.
Ölkədə bütün əsas ictimai əhəmiyyət kəsb edən xidmətlər “Asan imza” üzərində "oturub".
Hələlik bu sektorda hökmranlıq Asan imza üzərindədir
RİNN, DVX indiyədək də açıqlama verməyiblər ki, necə ola bilər ki, bir dövlət sektoru dövlət resursları hesabına, fiziki şəxslər-sahibkarlar üçün SİMA rəqəmsal həllini hazırlayıb, amma digər dövlət xidmətinə inteqrasiya olunmur ?
Ümid edək RİNN SİMA-nın inteqrasiyasına diqqəti gücləndirəcək, hüquqi şəxslər üçün olan versiyanı qısa zamanda aktivləşdirəcək.
Həmçinin Dövlət Vergi Xidmətinin hazırda öz sistemlərində apardığı genişmiqyaslı rəqəmsal yenilənmə işlərindən sonra, qısa zamanda, SİMA-ya inteqrasiyanı həm AVİS-də, həm də yaradılması nəzərdə tutulan mobil vergi həllərində də görə biləcəyik.
Osman Gunduz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti