Ardını oxu...
“Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirildiyi günlərdə hər kəs kosmonavtlarla söhbətləşməyə can atır, onların səyahətləri haqqında maraqlanır, səmanın ənginliklərini öyrənməyə çalışırdılar. Bu günlərdə əksəriyyət bir dəfə də olsa, Aya, kosmosa səyahəti beynində canlandırıb, araşdırıb, əvvəllər bizim üçün utopik gələn bu arzunu əslində, reallaşdıra biləcəyini düşünüb. Gənc startapçılardan ibarət komanda isə “Virtual reallıq-Aya səyahət” avadanlığı ilə konqres iştirakçılarına iki dəqiqəlik Aya səyahət imkanı yaradıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan bayraqlı, xarı bülbüllü və doğma musiqili səyahət. NASA, JAXA kimi qurumların stendinin sərgiləndiyi konqresdə gənc startapçılar bu avadanlıqla əcnəbilərin marağını cəlb etməyi bacarıblar. Nəinki əcnəbilər, hətta NASA təmsilçiləri belə onlara yaxınlaşıb, Aya “səyahət”dən sonra əməkdaşlıq təklif ediblər.

Xarı bülbüllü, Qarabağ qoxulu səyahət

“Virtual reallıq-Aya səyahət” VR simulyatoru ilə reallaşır. Əvvəlcə tərəziyə çıxırsan, çəkin qeyd edilir. Daha sonra dəmir avadanlığa əyləşirsən və eynəkləri taxırsan. Həmin avadanlıq səni yuxarı-aşağı hərəkət etdirir. “Azərkosmos”un ofisində virtual olaraq astronavt kostyumunu geyinir, raketə minirsən və Aydasan... Qəribəsi isə odur ki, Aya səyahət edən vaxt Qarabağın qoxusunu hiss edirsən. Ayı gözəlləşdirən xarı bülbüllər göz oxşayır, Yer kürəsi üzərindəki Azərbaycan bayrağı qürurlandırır. Nümayiş olunan xəritədə Zəngəzur dəhlizi xüsusilə işarələnib, diqqəti çəkir. Ən maraqlısı isə, əcnəbilərin 2-3 dəqiqəlik səyahətə reaksiyası idi.

Qonaqlarımız sadəcə uçmurdular...

Komandanın rəhbəri Fuad Tağıyev bildirib ki, avadanlıqda Zəngəzur dəhlizinin nümayişi, “Azərkosmos” raketinin üzərində Azərbaycan bayrağının olması, ay səthində çiçək açan xarı bülbüllər qonaqları çox maraqlandırıb:

“Onlar eynəyi taxarkən sadəcə uçmurlar, ayda açan xarı bülbülləri gördükcə, bu gül haqqında maraqlanırlar, biz də izah edirdik. Çünki yekunda xarı bülbül böyüyür, Yer kürəsi fırlanır, bu anda Azərbaycanın bayrağı, xəritəsi görünür. Bu, subliminal mesaj idi. Mesajı ötürür, əcnəbiləri maraqlandıran suallarını cavablandırır, öz həqiqətlərimizi onlara çatdırırdıq”.

Dörd kosmik agentlik bizimlə maraqlandı

F.Tağıyev qeyd edib ki, sərgidə iştirak edən bütün xarici kosmik agentliklər bu avadanlıqla maraqlanıblar:

“Artıq dörd kosmik agentlik bizimlə maraqlandı və bildirdilər ki, bu startapı təkmilləşdirib son versiyada onlara sataq. Kosmik agentliklər tələbə və şagird heyətinin kosmosa olan maraqlarını artırmaq üçün bu avadanlıqdan istifadə etməyi düşünürlər. Həmçinin, bizim layihəmiz tək Aya səyahətlə yekunlaşmayacaq. Marsa, Saturna, Neptuna insanların virtual səyahətlərini təşkil etməyi planlaşdırırıq. Hətta yalnız səyahətlə kifayətlənmir, oyunlar vasitəsilə, kim orada xəyali nə etmək istəyirsə, onu da canlandıracağıq. Bu, tələbə və şagirdlərin fantaziyalarını inkişaf etdirəcək, kosmosa marağı artıracaq, ən əsası, reallaşmayan arzunun olmadığını anlayacaqsan”.

Aya səyahət arzusu Azərbaycanda reallaşan italyan

Yuxarıda da qeyd edilən kimi, bu stend əcnəbilərin marağına səbəb olub. Onlardan ən yadda qalanı isə 75 yaşlı italyan professorun reaksiyasıdır: “75 yaşlı italyan professor bizə yaxınlaşdı. Aya virtual səyahət etmək istədiyini bildirdi. Çəkisini, ad soyadını qeyd etdikdən sonra səyahəti başladı. O qədər maraqlı emosiya ilə ayrıldı ki... Dedi ki, buraya gəlməzdən öncə Azərbaycanı tanımırdım. Gəldim, gözəlliyi gördüm. Ən əsası, uşaqlıqdan Aya səyahət etmək arzumu məhz bu ölkədə reallaşdırdım”.

Hər gün 80-dən çox insan Aya səyahət edirdi

Məhsul meneceri Təravət Əsgərova isə bildirib ki, sərgidə məhsul təqdim edən yeganə yerli şirkət olublar: “VR simulyatorla insanlar cihaza minir və Aya səfər edirlər. Qəribədir ki, stendimizə yerli vətəndaşlardan çox, əcnəbilər yaxınlaşırdı. Hər gün 80-dən çox insan bizimlə Aya səyahət edirdi”.

T.Əsgərova da NASA-nın onlarla maraqlandığını vurğulayıb:

“Bu cihaz onlara çox maraqlıdır və çox sadə yolla hazırlanıb. Həm qiymət baxımından əlverişlidir, həm də rahatlıqla insanlar qısa müddətdə 2-3 dəqiqəyə geyinir və aya səyahət edirlər”.

Bu qurğunu 20-30 yaş arası gənclər düzəldiblər

Məhsulun dizayneri İsmayıl Rasilov bildirib ki, bu qurğunu 20-30 yaş arası gənclər düzəldiblər. VR simulyatoru yazan hazırda magistraturanın birinci kurs tələbəsidir. İsmayıl özü də Azərbaycan Texniki Universitetinin tələbəsidir:

“Sərgi haqqında öyrəndikdə əsas hədəfimiz ixtisaslaşdığımız sahələr üzrə məhsulla çıxış etmək idi. Fərqli ölkələrdən iştirakçıların məhsulumuza maraq göstərməsi qürurludur. NASA-nın diqqətini cəlb etmək bizim üçün böyük hadisədir.

“Azərkosmos”la olan əməkdaşlığımız bizə imkan yaratdı ki, layihəmizi NASA-nın da diqqətinə çatdıraq. Nəhəng kosmik təsisatla əməkdaşlıq çərçivəsində daha geniş layihələrdə çalışmaq hədəfimizdir”.

Bir vaxtlar gülünc gələn nə var idisə, bu gün reallaşdı

Sonda komanda rəhbəri Fuad Tağıyev vurğulayıb ki, bir vaxtlar bizim üçün gülünc gələn nə var idisə, bu gün reallaşır:

“Azərbaycanda olan şirkətlərə və gənc mütəxəssislərə demək istəyirəm ki, möcüzəyə inanmaqdan imtina etməsinlər. Bir vaxtlar NASA ilə bir stenddə olmaq, NASA mütəxəssislərinin bizim avadanlıqdan istifadəsi, hətta onlarla işləmək imkansız görünürdü, hətta “bu olacaq” desəydilər, gülərdik. Amma reallıq göstərdi ki, yaxşı ideyaların açmadığı qapı yoxdur. Əsas işə başlamaqdır. Çünki NASA belə çox yaxındadır, müraciət etməklə öz ideyanızı orada həyata keçirə bilərsiniz”.
 
Ardını oxu...
Elmi bir ilk olaraq, tədqiqatçılar güclü lazerdən istifadə edərək səmada ildırımın istiqamətini dəyişməyi bacarıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısını ala bilər.

Lazerlər ABŞ-də hər il orta hesabla 43 nəfərin ölümünə səbəb olan təhlükəli tufanlardan qorunmaq üçün istifadə edilə bilər.

Yeni aparatı sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazerlərini İsveçrədəki 2000 metr yüksəklikdəki Santis dağının zirvəsinə gətiriblər.

Bu yerin üstünlüyü ildə ən azı 100 dəfə ildırım vurmasını etibarlı şəkildə qəbul edən 400 metrlik rabitə qülləsidir.
Ardını oxu...
 
Ardını oxu...
İndiki anda vətəndaşlarımız üçün informasiyaya əlçatanlığı daha da gücləndirmək faydalı olardı
Hazırda ölkədə çox ciddi proseslər gedir.
Uzun illər Azərbaycana və vətəndaşlarımıza qarşı terrorçuluq və separatçılıq edənləri hökumət bir-bir məsuliyyətə cəlb edir.
Ölkə və cəmiyyət 35 il arzusunda olduğu hadisələrə şahidlik edir.
Məhz indiki məqamda vətəndaşların hökumətin bu istiqamətdəki fəaliyyəti haqqıda, nələrin baş verdiyi haqqında daha çevik və effektiv məlumat alması, informasiya münasibətlərində iştirak etməsi faydalı və zərurudir.
Maraqlıdır ki, belə bir məqamda vətəndaşlarımız Qarabağ bölgəsində bir çox ərazilərdə antiterror əməliyyatları ilə bağlı ötən ayın 19-dan internetə və mobil rabitəyə tətbiq edilən məhdudiyyətin indiyədək aradan qaldırılmadığını bildirirlər.
Artıq antiterror əməliyyatları başa çatıb.
Düşünürəm ki, indiki məqamda hökumətin bu istiqamətdə məhdudiyyətləri aradan qaldırması, vətəndaşların ictimai informasiyalara əlçatanlığı təmin etməsi daha faydalı və ağlabatan olardı.
Osman Gunduz
Teref.az

NASA Ayda evlər tikməyi planlaşdırır.

Məlumata görə, evlərin tikintisi 2040-cı ilə qədər planlaşdırılır.

Qeyd edək ki, evlər həm astronavtlar, həm də adi mülki şəxslər üçün nəzərdə tutulacaq.
Mənbə: Lenta dnya
 
Ardını oxu...
Məşhur alim Süni İntellektdən niyə qorxur?!
Tanınmış alim, Beynəlxalq İqtisadi Forumun rəhbəri Klaus Şvabın müşaviri Yuval Huh Harari Bakıdakı çıxışında son vaxtlar tez-tez toxuduğu Süni İntellekt mövzusundan da danışıb. Alim 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında deyib ki, Süni intellekt bir çox məsələlərin həllində bizdən üstündür. Onu yeni səviyyəyə çatdırmaq üçün cəmi bir neçə onillik lazım olacaq.
Süni intellektin bəşəriyyətə faydalarından danışan israilli tarixçi qeyd edib ki, o, kosmosun tədqiqində, həmçinin, Yer planetinin ekosistemini qorumaqda, həyat standartımızı yüksək səviyyəyə çatdırmaqda yardım edə bilər.

Hərçənd, cənab Harari Süni İntellektə skeptik yanaşanların düşərgəsinə aiddir. O, İT sənayesinin minlərlə mütəxəssisi, o cümlədən, İlon Mask, “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak ilə birlikdə süni intellektin yaratdığı təhlükələrlə bağlı açıq məktubu imzalayanlardan biri idi. Müraciətə qoşulanlar əmin idirlər ki, süni intellekt tərtibatçıları “daha güclü rəqəmsal ağıllar yaratmaq üçün nəzarətsiz yarışa” girişiblər. Məktub müəlliflərinin fikrincə, maşın şüuru üçün xüsusi təhlükəsizlik protokolları yaratmaq, süni intellektlə qarşılıqlı əlaqə və etik standartları müəyyən etmək üçün bu işlərə altı aylıq fasilə vermək lazımdır. Əks halda, texnologiya yalanların yayılmasına, kütləvi ixtisarlar ehtimalını artırmağa və “sivilizasiya üzərində nəzarəti itirmək” riski yaratmağa davam edəcək.

Harari əvvəlki çıxışlarında Sİ-nin vira biləcəyi ziyanlardan kifayət qədər danışıb. Hararinin fikrincə, Süni İntellekt demokratiyaya avtoritar rejimlərdən daha çox təhlükə yaradır. Çünki demokratiya mahiyyət etibarilə dialoqdur. Süni intellektlə isə həqiqi dialoq mümkün deyil. Sİ ictimai fikirlə manipulyasiya etməyə imkan yaradır. Rəqəmsal şüur avtoritar rejimlərin əlinə keçərsə, böyük problemlər ortaya çıxar.

Harari həmçinin hesab edir ki, maşın intellekti bir gün qeyri-bərabər rəqabət və “homo sapiens”lərdə müəyyən bacarıqların olmaması səbəbindən insanları işdən uzaqlaşdıracaq: "Biz elə bir həddə çata bilərik ki, iqtisadi sistem milyonlarla insanı tamamilə dəyərsiz hesab edər. Bunun dəhşətli psixoloji və siyasi nəticələri olacaq ".

İsveçrədəki “Frontiers Forumu”nda çıxışı zamanı alim bildirmişdi ki, süni intellektin bəşər sivilizasiyasına təhlükəyə çevrilməməsi üçün onun şüura malik olmasına və fiziki dünyada olan obyektləri idarə etməsinə imkan verilməməlidir. Amma süni intellekt alətləri artıq ictimai sferaya daxil olub və sivilizasiyamıza gözlənilməz istiqamətdən təhlükə yaradır. "Süni intellekt öz-özünə öyrənə və təkmilləşə bildiyindən hətta onu tərtib edənlər də yaratdıqlarının bütün imkanlarını bilmirlər və özləri bu alətlərdə yaranan qabiliyyətlərə təəccüblənirlər", - alim deyib.


Süni intellektin sürətlə inkişaf edən mətnlər yazmaq, şəkillər və musiqi yaratmaq qabiliyyəti hamıya məlumdur. Başqa istiqamətlər də var: insanların səsləri və təsvirləri əsasında dipfeyklər yaratmaq. Ancaq daha əhəmiyyətlisi odur ki, yeni süni intellekt texnologiyaları insanlarla dərin və emosional əlaqələr qura bilirlər.
“Davam edən süni intellekt inqilabının ən mühüm xüsusiyyəti odur ki, neyron şəbəkə dili orta səviyyəli insandan daha yaxşı mənimsəyir. Bununla da Sİ bütün institutlarımızı aça biləcək açara çevrilir. Dil tarixdə hər bir mədəniyyətin “əməliyyat sistemi” olub. Süni İntellekt bəşər sivilizasiyasının “əməliyyat sistemini” sındırıb.

“Əvvəlcə söz var idi. Biz sözdən mifologiya və qanunlar, tanrılar və pullar, incəsənət və elm, dostluq və millətlər yaratmaq üçün istifadə edirik. İnsan hüquqları bioloji deyil, onlar bizim DNT-mizdə yoxdur. İnsan hüquqları bizim dil vasitəsilə hekayələr danışmaq və qanunlar yazmaqla yaratdığımız şeydir... Pul da bioloji və fiziki reallıq deyil. Əskinaslar dəyərsiz kağız parçalarıdır, hazırda pulun 95%-i heç əskinas da deyil, sadəcə olaraq, kompüterlərdə bir yerdən başqa yerə ötürülən elektron informasiyadır. Pula dəyər qazandıran bankirlərin, maliyyə nazirlərinin və kripto-investorlarının bizə danışdığı hekayələrdir”,- Harari deyir.

Alim bu cür hekayələrin, melodiyaların, obrazların, qanunların və qərarların əksəriyyətinin insan şüurunun zəifliklərini və ehtiraslarını bilən qeyri-insani zəka tərəfindən hazırlandığı bir dünyada yaşasaq, nələrin baş verə biəcəyini təsəvvür etməyə çağırır.
Onun sözlərinə görə, süni intellekt artıq insanlarla dərin və hətta məhrəm münasibətlər qurmağı bacarır. Şahmat kimi oyunlarda heç bir insan kompüteri məğlub edə bilməz. Bəs sənətdə, iqtisadiyyatda, siyasətdə, hətta dində eyni vəziyyət yaranarsa, nə olacaq? İnsanlar ChatGPT-nin təhlükələri haqqında danışanda məktəblilərin ondan inşa yazmaq üçün istifadə edəcəklərindən narahat olurlar. Ancaq bu cür fikirlər tam mənzərəni gizlədir. Axı məhrəmlik istənilən siyasi qarşıdurmada ən təsirli silahdır. Süni intellekt artıq yüz milyonlarla insanla yaxın əlaqələr qurmaq imkanı qazanıb.

“ABŞ-dakı növbəti prezidentlik kampaniyası haqqında düşünün. Manifestlər və saxta xəbərlər yazmaq üçün istifadə olunacaq yeni süni intellekt texnologiyalarının təsirini təsəvvür etməyə çalışın”, - alim bildirib.
Harari qeyd edib ki, biz botlarla nə qədər çox ünsiyyətdə olsaq, onlar bizi bir o qədər yaxşı tanıyacaq, mesajları siyasi və ya iqtisadi baxışlarımıza təsir edəcək şəkildə necə quracaqlarını anlayacaqlar. Bir insanla saxta yaxınlıq yaratmaq üçün süni intellektin özünün hisslərinin olması lazım deyil, o, yalnız bizdə hisslər oyatmağı bacarmalıdır ki, ona bağlanaq.
"2022-ci ilin iyun ayında məşhur bir hadisə baş verdi. “Google”un bir mühəndisi üzərində işlədiyi çat-botun hisslər keçirməyə başladığını iddia etdi. Bu mübahisəli açıqlama ona işini itirmək bahasına başa gəldi. Amma ən maraqlısı, çox güman ki, yalan olan bu açıqlama deyil, onun riskə getməyə və çat-botun xeyrinə işini itirməyə hazır olması idi. Əgər süni intellekt insanların işini itirməsinə təsir göstərə bilirsə, o daha nələrə qadirdir!?" - Harari soruşmuşdu.

Tariyel Həsənov
AzVision.az
Ardını oxu...
“Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür”.

Bizim.Media xəbər verir ki, bunu "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada çıxışında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov bildirib ki, Azərbaycan son 10 ildə kosmik sahənin inkişafına 600 milyon dollar investisiya yönləndirib.
Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proqramını davam etdirəcək.

“Azərkosmos” dövlətə məxsus agentlik olsa da, biz, eyni zamanda, kosmik fəaliyyətlə bağlı bir sıra beynəlxalq qaydaları qəbul edib, bununla yanaşı yerli kommersiya və qeyri-biznes strukturları ilə də əməkdaşlıq edirik", - deyə Saməddin Əsədov vurğulayıb.
Ardını oxu...
Azercell, məlumata görə digər mobil operatorlar da Xankəndi və ətraf ərazilərdə fəaliyyətə başlayıb.
Düşünmək olar ki, operatorlar ətraf ərazidə mövcud baza stansiyaların gücünü artırmaqla bərabər, həm də mobil (daşınan) baza stansiyalardan da istifadə edirlər.
Burada diqqət çəkən, ictimai əhəmiyyət kəsb edən məsələ həm də odur ki, görəsən bu operatorlar Ermənistan kodu ilə işləyən Karabakh Telecom operatorunun infrastrukturundan istifadə edirlərmi?
Görəsən hansı operator Karabakh Telekocom infrastrukturundan (baza stansiyalar və yerləşdiyi ərazilər, fiber-optik infrastruktur, generatorlar, xidmət mərkəzləri və s.) bəhrələnə bilib ?
Yoxsa, hələlik bu infrastruktur nəzarət-yoxlama altındadır?
Xatırlayıram ki, ötən illərdə bu infrastrukturdan istifadə üçün daha çox Azercell-ə münbit şərait yaradılmışdı.
Əlbəttə, anlaşılandır ki, indiki anda bölgədə mülki qurumlar deyil, hərbi-inzibati qurumlar vəziyyətə nəzarət edirlər.
Güman ki, telekommunikasiya infrastrukturunun qurulması da bu qurumların nəzarəti altında gerçəkləşir.
Düşünürəm ki, Xankəndi və ətraf ərazilərdə telekommunikasiya və mobil infrastrukturunun, poçt rabitəsinin, nömrə resurslarının, internet infrastrukturun yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilməlidir.
RİNN, İKTA bu sahədə bərabər imkanlar, rəqabətli şərait yaratmalıdır.
Yeri gəlmişkən, görəsən Karabakh Telecom-un taleyi necə oldu? Onun sonuncu sahibi Araik Arutunyan indi haradadır görən ? Bu gün Baş prokuror Kamran Əliyev Araikin beynəlxalq axtarışa verildiyini də açıqlayıb.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Azərbaycanın azad edilmiş ərazilərinin sürətli dirçəlişinə öz töhfəsini vermək məqsədilə “Nar” geniş mobil şəbəkəsi ilə Qarabağı əhatə edir. “Nar” Qarabağın və Şərqi Zəngəzurun bir çox yaşayış məskənlərini baza stansiyaları ilə artıq təmin edib.
“Nar” texniki heyəti Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə “Nar” şəbəkəsi abunəçilərə təqdim edilib.
Azərbaycan brendi olması ilə hər zaman qürur duyan “Nar” azad edilmiş ərazilərə xüsusi diqqət ayırmağı özünə borc bilir. “Nar”ın həyata keçirdiyi layihələrlə bağlı ətraflı nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 
 


 
Ardını oxu...
“X” şirkətinin sahibi Elon Mask Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn il “TEKNOFEST”də iştirakla bağlı dəvətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Bundan əvvəl Türkiyə lideri onun bu mötəbər festivalda iştirakından məmnun olacağını qeyd edib.

“Elon Mask! Növbəti il sizi dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest” də görməkdən çox məmnun olarıq. İnanıram ki, bu əməkdaşlıq bir çox sahələrdə ölkəmizə və bəşəriyyətə böyük töhfələr verəcək”, – Ərdoğan paylaşımda vurğulayıb.
 
 

Ardını oxu...

Multimilyarder İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti ABŞ Kosmik Qüvvələri ilə “Starshield” sistemindən istifadə edərək ABŞ ordusunu peyk rabitəsi ilə təmin etmək üçün ilk müqaviləni imzalayıb.

Məlumata görə, ABŞ Kosmik Qüvvələrindən müqavilələr almaqda 15 şirkət “SpaceX”ə rəqibdir. Söhbət 2028-ci ilə qədər 900 milyon dollar məbləğində işlərə dair sifarişlərdən gedir.

“SpaceX” və Pentaqon arasında müqavilə sentyabrın 1-də bağlanıb və bir il müddətinə qüvvədədir. Müqavilənin həcmi 70 milyon dollar olacaq.

 

Gundemxeber.az

 
 
 

Dünyapress TV

Xəbər lenti