Ardını oxu...
2006-cı ilədək ölkəmizdə 6 dekabr Rabitə işçiləri günü olaraq qeyd edilib.
2 dekabr 2006-ci ildə Prezidentin sərəncamı ilə bu kateqoriyaya "informasiya texnologiyaları sahəsi" də əlavə edilərək, 6 dekabr Rabitə və İT sahəsi işçilərinin peşə bayramı günü olaraq qəbul edilib.
Məntiqli idi, o zaman üçün bu sektorda işçilərin demək olar hamısı Rabitə və İT sektorunda çalışırdı.
Amma indi situasiya xeyli fərqlidir.
Düşünürəm ki, Prezidentin həmin sərəncamından sonra həm bu sektorun özündə , həm də burada çalışanlar arasında ciddi keyfiyyət dəyişiklikləri baş verib.
Ölkədə böyük rəqəmsal transformasiya prosesləri baş verib, yeni bir rəqəmsal sektor formalaşıb.
Həm dövlət sektorunda, həm də özəl sektorda on minlərlə insanlarlar məhz bu sektorda rəqəmsal işlərlə məşğuldur.
Elə bu sektorda olan Nazirliyin adında bir neçə dəfə dəyişikliklər edilib ( Rabitə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi).
Düşünürəm ki, indiki mərhələdə, digər ölkələrdə olduğu kimi bu sahə ilə əlaqəli peşə bayramı günlərini ayırmaq, "Rabitə işçiləri" və "Rəqəmsallaşma və İT sahəsi işçiləri" günü olaraq ayrılıqda qeyd etmək daha məntiqli olardı.
İndiki halda isə, Rabitə işçilərinin, informasiya texnologiyaları sahəsi işçilərinin və rəqəmsallaşma sahəsi işçilərinin peşə bayramını təbrik edirəm!
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
ABŞ-nin Milli Aerokosmik Agentliyi (NASA) Aya eniş edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Amerikalı astronavtlar yenidən Aya getməyə hazır olduqlarını bildiriblər. Onlar yanvarın 25-də Aya insan olmayan “Pereqrin” adlı kosmik qurğunu endirməyi planlaşdırıblar.

Qeyd edək ki, amerikalı astronavtlar Aya 1969-cu ildə eniş ediblər. Ümumiyyətlə, indiyə kimi Aya ABŞ, SSRİ, Çin və Hindistan uğurla eniş edib.
Ardını oxu...
Maraqlı tərəflərin diqqətinə çatdırıram ki, bir neçə dəfə təxirə salınmasına baxmayaraq, Ermənistan özəl peykini orbitə qaldıra bilib.
Çəkisi cəmi 1 kg olan Hayasat-1 peykinin hər hansı xüsusi təyinatı (müşahidə, kəşfiyyat, telekommunikasiya və s) yoxdur.
Burada diqqətçəkən iki məqam var.
Ermənilər bu peykin özəl olduğunu, yəni öz laboratoriyalarında erməni mütəxəssislər tərəfindən hazırlandığını qabardırlar.
Həmçinin də, ermənilər peykin idarəetməsinin onun hazırlandığı Bazumk (Bazoomq Space Research Lab) tərəfindən reallaşacağını bildirirlər.
Hayasat-1 Space X -in Falcon-9 raketdaşıyıcısı vasitəsilə Kaliforniyadakı bazadan orbitə qaldırılıb.
Yeri gəlmişkən, xatırladıram ki, Azərkosmos-la Anlaşma əsasında “İsrael Aerospace Industries” şirkəti ilə birgə gələn il Azərbaycanda Peyklərin inkişafı Mərkəzi yaradılacaq.
Azersky-2 proqramı çərçivəsində hazırlanması nəzərdə tutulan ikinci müşahidə-kəşfiyyat peykinin məhz bu Mərkəzdəki öz mütəxəssislərimiz tərəfindən Azərbaycanda hazırlanacağı da açıqlanıb.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
“WhatsApp” çoxdan gözlənilən funksiyanı əlavə edəcək.

Məlumata görə, yeni mesencer yeniləməsində istifadəçiləri sadəcə telefon nömrəsi ilə deyil, təxəllüslə tapmaq mümkün olacaq.
Mənbə: ura.ru
 
Ardını oxu...
Çərşənbə günü kosmosda bədbəxt hadisə baş verib. Beynəlxalq Kosmik Stansiyada (BKS) astronavtlar Rusiyanın “Progress MS-23” kosmik gəmisinin Yer atmosferində yüksək sürətlə yandığının şahidi olublar.

NASA tərəfindən “Progress 84” olaraq təyin olunan “Progress MS-23” kosmik gəmisi orbital forpostla birləşib. “Progress MS-23” yük gəmisi may ayında BKS-də dayanıb. O, özü ilə kosmonavtlar üçün yemək və avadanlıq kimi ləvazimatlar gətirirdi.

Ən maraqlısı o idi ki, kosmik stansiyadakı ekipaj da Rusiya kosmik gəmisinin yanmasının şahidi olub. Yer atmosferində atəşfəşanlıq partlayışına bənzəyən görüntülər ortaya çıxıb. Bundan əlavə, NASA astronavtı Jasmin Moghbeli kosmik gəminin son anlarının bəzi fotolarını çəkib.

Qeyd edək ki, “SpaceX”in “Dragon” kosmik gəmisindən fərqli olaraq, “Progress” təkrar istifadə edilə bilməz. Hazırda “Progress” kosmik gəmisi həm də nəhəng zibil qutusu rolunu oynayır.
yenisabah
Ardını oxu...
Yüksək Texnologiyalar Nazirliyi bunun 2 gün təxirə salındığını açıqlayıb.
Hayasat-1 adlandırılan peyk Ermənistanın 3 il öncə yaradılan qeyri-kommersiya qurumu, Bazumk (Bazoomq Space Research Lab) tərəfindən hazırlanıb.
Bu qurum Ermənistanda kosmik fəaliyyət üçün lisenziya alan ilk özəl laboratoriyadır.
Əvvəllər tələbə və məktəblilərin iştirakı ilə CubeSat adlı peyk hazırladıqları və Hindistan raketinin köməyi ilə orbitə qaldırdıqları da məlumdur.
İndi hazırladıqlarının çəkisi 1 kg-dır, hər hansı xüsusi təyinatı yoxdur, ermənilər bunun sadəcə özəl məhsul olmağını vurğulayırlar.
İdarəetməsini də özləri Bazumk-dan reallaşdıracaqlar.
Hayasat-1 SpaceX-in Falcon-9 raketdaşıyıcısı vasitəsilə orbitə qaldırılacaq.
Xatırladıram ki, Ermənistan ötən il İspaniyanın Satlantis şirkətinin dəstəyi ilə ArmSat1 müşahidə peykini də orbitə qaldırıb.
Hazırda bunun idarəetmə mərkəzinin qurulması üzərində çalışırlar.
Osman Gunduz
Teref. Xocanın Blogu
Ardını oxu...
Son zamanlar müxtəlif SMS-lər və mənşəyi naməlum olan linklərin vətəndaşların mobil nömrələrinə göndərilməsi, onlara qarşı kiber dələduzluq faktlarının çoxalması ilə əlaqədar Daxili İşlər Nazirliyindən əhaliyə xəbərdarlıq edilib və bildirilib ki, vətəndaşlar bu cür cinayətkar əməllərə qarşı hüquq-mühafizə orqanlarına köməklik etsinlər: "Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş fürsəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatlandırmalıyıq: Kömək edin!"
Məsələ ilə əlaqədar "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info xəbər portalının müvafiq suallarını cavablandırıb. O, bildirib ki, bu sahədə ciddi maarifləndirici işlər aparılmalı, eyni zamanda mobil operatorlar və müştərilərinin təhlükəsizliklərinin təminatı üçün ciddi maliyə ayırmalıdırlar:

"Düşünürəm ki, ilk öncə mobil operatorlar müştərilərinin maraqları nöqteyi-nəzərdən müəyyən addımlar ata bilərlər. Texnologiya imkan verir ki, öz sistemlərində müasir proqramlar qura bilərlər ki, bəzi zərərverici proqramlara, xaricdən gələn mesajlara qarşı effektiv ola bilər. Xarici təcrübə də onu göstərir ki, mobil operatorlar müəyyən qədər xərc çəkməklə, əziyyət çəkməklə bu sistemləri özlərinin mərkəzlərində qura bilirlər. Tam olaraq yüz faizlik nəticə olmasa da, ən azından, öz müştərilərini qorumaq istiqamətindən əvvəlkindən daha yaxşı mühit yarada bilərlər.

İkinci addım ondan ibarətdir ki, operatorlar da, banklar da öz müştərilərinin maarifləndirilməsi istiqamətində işlər aparmalıdırlar, öz müştərilərini ziyanlı proqramlardan və dələduzlardan qorumaq üçün xərc çəkməlidirlər. Maarifləndirmə işi ilə yanaşı, müştərilərə əlavə məlumat məqsədli mesajlar da göndərilə bilər. Burada maarifləndirmə çox önəmlidir.

Üçüncü addım isə müştərilərin özlərinin diqqətli olması ilə bağlıdır. Bura rəqəmsal dünya, rəqəmsal mühitdir. Necə ki real dünyada təhlükələr var, rəqəmsal dünyada da bu mövcuddur. Vətəndaşların özləri də öz elementar təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Diqqətli olmalı, şirnikləndirici mesajlara aldanmamalı, informasiya münasibəti qurduqları şəxslər haqda məlumatlı və ehtiyatlı olmalıdırlar" - deyə, Osman Gündüz əlavə edib.
Ardını oxu...
Erməni rejissorun telefonla çəkdiyi kino beynəlxalq festivalın qalibi olub. Rejissor Şoğakat Vardanyanın “1489" filmi Hollandiyanın məşhur İDFA beynəlxalq sənədli film festivalında qalib seçilib. Qeyd edək ki, debüt olan filmi əsgərin bacısı çəkib. Rejissor "Qarabağda etnik təmizləmə" məlumatlarını da titrlərə əlavə edib. Beləliklə, Şoğakat Vardanyan "1489" filmini işğalçı əsgərin hekayəsini dünyaya "əzabkeş xalqın faciəsi" kimi təqdim edib.

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov qeyd edib:

“Bu hələ İDFA-dır, Kann və Oskarı gözləyəcəyik, yoxsa kino sahəsindəki dövlət vəsaiti idarəçiliyi ilə bağlı yaranmış çaşqınlığı çevik ləğv edib, kəmiyyət və keyfiyyətcə yüksək addımlar atacağıq?

Nə qədər beynəlxalq kino arenalarında “Xocalı” baş verməyib, ildə iki dəfədən az olmayaraq, zəkalı münsif heyəti ilə layihə, şərtləri zəkiləşmiş müsabiqə, ildə 3 dəfədən az olmayaraq, ssenari müsabiqəsi keçirmək, Kinematoqrafçılar İttifaqları rəhbərliyi ölkə rəhbərliyi ilə eksklüziv əlaqələrindən istifadə edib sərt addımlar atmamış, kino ictimaiyyəti ilə sıx, davamlı, məhsuldar iş birliyi qurmaq lazımdır".

Qeyd edək ki, Azərbaycanın öz ərazilərinin işğaldan azad etməsindən, Zəfərindən artıq 3 ildən çox vaxt keçib. Bu illər ərzində Qarabağ hadisələri, həqiqətlərimiz barədə barmaqla sayılacaq filmlər çəkilib ki, onlar da beynəlxalq festivallara çıxarılmayıb. Halbuki təkcə Şuşanın işğaldan azad olunması, əfsanəvi Şuşa döyüşləri ilə bağlı ortaya çox möhtəşəm filmlər çıxartmaq olardı. Lakin nədənsə hələlik bunu görə bilmirik.

Yalnız aylar öncə Vaqif Mustafayev əvvəl “Fəryad 2", daha sonra isə "Həyat, deyəsən, gözəldir" adlanan filmini çəkdi. Lakin kino tənqidçiləri bildirdilər ki, adıçəkilən film heç də Zəfər, Şuşaya bayraq sancan əsgərlərimizin, şəhidlərimizin şücaətini əks etdirən bir qəhrəmanlıq salnaməsi, Azərbaycan tamaşaçısının gözlədiyi kimi film olmadı.

Ermənilər isə dayanmadan, hələ müharibə gedə-gedə, müharibədən sonra Azərbaycan əleyhinə absurd filmlər çəkir, böyük, nüfuzlu beynəlxalq film festivallarına təqdim edir, əksər hallarda da mükafatlar qazanırlar.

Məsələn, bir müddət əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görülüb. Xatırladaq ki, 2022-ci ildə rejissor Roman Muşeqyan tərəfindən çəkilən film “Bahar...” adlanır və 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. Filmdə ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar. Film “Accolade Qlobal Film Yarışması”nın “Ən yaxşı şou film” kateqoriyasında qalib olub. Həmçinin Ermənistanda “Fəxri mükafat”a layiq görülüb.

Onu da əlavə edək ki, Azərbaycan əleyhinə olan uydurma “Bahar... ” filmi həmçinin ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, “Mükəmməllik Mükafatı”na layiq görülüb, Amerika festivalı “Qlendeyl Beynəlxalq Film Festivalı”nın müsabiqə proqramına daxil edilib.

Bu kimi filmlərin siyahısı çoxdur. Bəs niyə hələ də Azərbaycanda Qarabağ həqiqətləri, Şuşa döyüşləri, Zəfəri, Azərbaycan həqiqətləri haqda bədii filmlər çəkilmir? Kinematoqrafiyaçılar bunu hansı səbəblə əsaslandırır?

Mövzu ilə bağlı tanınmış kinorejissor Namiq Ağayev “Yeni Müsavat”a danışıb: “Bəli, Zəfərimizdən artıq 3 ildən çox vaxt keçib, lakin bu müddət ərzində bununla bağlı bir dənə də olsun bədii film çəkilməyib. Bu çox ayıbdır və heç bir dəftərə yazılacaq məsələ deyil. Hətta bunun məntiqi də yoxdur ki, niyə biz bu mövzuda film çəkmirik. Ermənilər artıq bu mövzuda azı 4-5 bədii film çəkib.

Hesab edirəm ki, bu mövzuda hələ də film çəkə bilməməyimizin əsas səbəblərindən biri, birincisi maliyyə problemidir, buna büdcə ayrılmamasıdır.

Belə ki, biz rejissorlar həm böyük, həm də kiçik süjetlərlə ssenarilər yazırıq, amma maliyyə problemi nəticəsində onu çəkə bilmirik. Məsələn, artıq bir neçə ildir ki, Qarabağ, İrəvan xanlığı haqqında film hazırlayıram. Amma maliyyə problemi səbəbindən hələlik bu işlərimi reallaşdıra bilmirəm.

Məlum olduğu kimi, Qarabağ müharibəsi haqqında film çəkilməsinin məsuliyyətinin bir müddət əvvəl Türkiyənin üzərinə qoymuşdular. Belə ki, təcrübə barteri etmək istəyirdilər, amma bu sistem də alınmadı.

Həm də mənə elə gəlir ki, həm də kinoçular arasında şüuraltı bir qorxu var. Düşünülər ki, çəkərlər, birdən alınmaz. Bir mən, bir də Elxan Cəfərov qorxmur. Məsələn, Şuşanın işğaldan azad edilməsi, əfsanəvi Şuşa döyüşləri ilə bağlı film çəkməyə hazırıq, yəni həm material, həm də ssenari baxımından. Amma ssenarilərin təsdiqi ilə bağlı o qədər şərtlər irəli sürülür ki, sonda ssenaristlərin də həvəsi olmur. Hesab edirəm ki, şərtləri irəli sürən təşkilat gərək bu məsələdə ssenaristlərə köməklik göstərsinlər, hansısa blankların doldurulmasında onlara yardımçı olsunlar. Yəqin ki, hansısa kinonun çəkilməsi ilə bağlı təqdim olunan son şərtlərlə tanışsınız. Adam onlara baxanda, vallah, həvəsi “qaçır”.

Onu da qeyd edim ki, beynəlxalq festivallar erməni-Azərbaycan mövzusu olanda nə erməni, nə də Azərbaycan tərəfinin qəbul etmirlər, bildirirlər ki, bu region üzrə problemdir. Amma ermənilər bu mövzunu çox böyük ustalıqla işləyib, festivallara təqdim edirlər və mükafatlar da qazanırlar. Daha bir məsələ, bir sıra erməni sənətçiləri bu müharibə ilə bağlı film çəkəndə Azərbaycan əsgərlərini “ilan-qurbağa”, əcaib şəkildə vermirlər. Ona görə də onların filmləri keçərli olur.

Əlbəttə ki, ermənilər dayanmadan Qarabağ mövzusunda film çəkirlər. Çünki onlar uduzan millətdir və uduzan millətin də çəkdiyi kino sanki daha qəhrəmanlıq simasında olur. Beləliklə, çox təəssüf ki, Azərbaycanda kino sahəsində hələ ki bir xaos yaşanır və bu xaosu aradan qaldırmaq çox çətin məsələdir. Mədəniyyət Nazirliyində də tez-tez rəhbər dəyişikliyi olur, təzə gələn bu problemi köhnənin üzərinə atır, digər təzə gələn o birinin üzərinə atır, nəticədə xaos bitmir".
 
 
 
Ardını oxu...
Azərbaycan yeni “AH-12,7” iriçaplı pulemyot hazırlayıb.

“Qafqazinfo”nun məlumatına görə, sözügedən silah ilk dəfə Bakı Ekspo Mərkəzində Mərkəzi təşkil olunan sərgidə nümayiş etdirilib
Ardını oxu...
Avrupa’da aklın başat konumu ve bilimsel bilginin akıl gelişme süreci 17. yy’da “Aydınlanma çağı” ile başladı. 1763'te James Watt, İskoçya'da buharla çalışan makineyi bulması ile Avrupa’da “Sanayi devrimi” ivme kazandı.
1807'de Robert Fulton adındaki Amerikalı buharlı makineyi gemilere uyguladı. 1840'ta ilk düzenli okyanus ötesi buharlı gemi seferleri başladı.1812 tarihinde, buharlı makine ilk kez lokomotiflerde kullanılmaya başlandı.
Almanya tarım teknolojisinde gelişmelere öncülük etti. Almanlar pancardan şeker çıkarma tekniğini buldu. Bir başka Alman kimyager suni gübreyi yaptı. 1834'te bir Amerikalı mühendis biçerdöveri icat etti.
***
Batı’da bunlar olurken Osmanlı ne yapıyordu? Şimdi İstanbul’a bir göz atalım.
İngiltere Kraliçesi Victoria Sultan Abdülmecit’e İstanbul’da bir Anglikan Kilisesi yaptırmak isteğini iletti. Abdülmecit bu isteği kabul etti, İngilizlere Tünel ile Tophane arasında yer verdi. Kilise yapımı 10 yıl sürdü. 22 Ekim 1868’de kilise ibadete açılacaktı.
Sultan Abdülmecit ölmüş, yerine Sultan Abdülaziz geçmişti. Kraliçe Victoria, kilisenin açılışı anısına Abdülaziz’e son model bir otomobil armağan etti. Osmanlı sarayından bir kişiye de otomobili sürmesi öğretildi. Bu İstanbul’un gördüğü ilk otomobildi.
Fakat çok önemli bir sorun vardı: Halk otomobili görünce şeytan görmüş gibi tabanları yağlayıp kaçıyordu; kaçanların en önünde de medrese hocaları ve öğrencileri vardı. “Zatü’l-Hareke” (Kendi kendine hareket eden zat) denilen bu aracın “şeytan işi olduğu kulaktan kulağa bütün İstanbul’a yayıldı.
1844'te Samuel Morse Amerika Birleşik Devletleri'nde ilk ticari amaçlı telgraf servisini hizmete sokmuştu. 1876'da Alexander Graham Bell telefonu buldu. Batı aklı ve bilimi öne alarak yeni buluşlarına hızla devam ediyordu.
“Zatül Hareke”nin şeytanlığından huzursuz olan Sultan Abdülaziz, Şeyhülislam Hacı Mehmet Refik Efendi’den fetva istedi. Ancak Şeyhülislam haftalarca uykusuz kaldı, ayetlerde, hadislerde konuyla ilgili bir yorum aradı, bulamadı… En sonunda “Bu otomobilin şeytan işi olduğu” fetvasını verdi ve Haliç’ten denize atıldı.
Bu fetvadan sonra İstanbul’a 40 yıl otomobil giremedi. Bazı zenginler özellikle Yahudiler el altından otomobil getirdiler ama “Bilim ve fenne önem veren Sultan” olarak yeni nesillere anlatılan Abdülhamit “Yollar bozulur, kazalar olur” korkusu ile bu otomobillerin kullanılmasına yasak getirdi. Acaba Abdülhamit, Şeyhülislam Hacı Mehmet Refik Efendi’nin “şeytan işi” fetvasından mı korkmuştu?..
Arabanızın direksiyonuna geçtiğinizde “Osmanlı’yı kim yıktı?” sorusu aklınıza gelirse bu verdiğim bilgileri anımsayınız. Osmanlı’yı Batı yıkmadı, İttihatçılar yıkmadı, Yahudi bankerler yıkmadı işte bu “Akla kapalı, bilime kapalı, medreselerinde fen bilimleri olmayan yobaz zihniyet" yıktı.
Alper Aksoy
Teref. Xocanın Blogu
 
 
 

Dünyapress TV

Xəbər lenti